KXCP Rəsulzadə-Elçibəy yolunun güvənc mərkəzidir
AXCP sədrinin sabiq müavini Sahib Kərimli Klassik Xalq Cəbhəsi Partiyasına üzv olub.
Bu barədə AzNews.az-a onun özü məlumat verib.
Onun sözlərinə görə, KXCP Rəsulzadə-Elçibəy yolunun güvənc mərkəzidir:
“Ölkədə siyasi proseslər, cəmiyyətin tələbləri yeni mərhələyə keçir. Bu mərhələdə Azərbaycanda güclü siyasi fəallıq müşahidə olunur. Bu fəallıq ehtimalla böyük dəyişikliklərə gətirib çıxardacaq. Azərbaycan cəmiyyəti artıq yeni standartlarla yaşamağı tələb edir. Ölkədə siyasi partiyalar baş verən proseslərdə o qədər də fəal deyil. Mən də siyasətçi kimi siyasi partiyaların rolunu artırmaq istiqamətində niyyətlərimi həyata keçirmək üçün bu addımı atdım”.
Bahar RÜSTƏMLİ