“Ölkə başçısının son kadr dəyişikliklərində hansısa qüsur görmədim. İstər Daxili İşlər Nazirliyində, istərsə də Dövlət Təhlükəsizliyi Xidmətində aparılan dəyişikliklər qanunun tələblərinə və formalaşmış ənənələrə uyğun idi”.

“AzPolitika.info”-nun məlumatına görə, bunları hüquq elmləri doktoru, Ədalət Partiyasının sədri İlyas İsmayılov Prezident İlham Əliyevin DİN və DTX rəhbərliyində apardığı dəyişikliklərə münasibət bildirərkən deyib. O, ovqat.com saytına müsahibəsində bu barədə danışıb.
Partiya sədri daha sonar deyib: “Yeni təyin olunan Daxili İşlər naziri uzun illər eyni strukturda ikinci şəxs qismində təmsil olunurdu. Dolayısıyla indiyədək yürüdülən siyasəti bilir, nazir müavini kimi ciddi təcrübələr qazanıb. Onun nazir təyin olunması tamamilə normaldır.
DTX-nın yeni rəisi barədə də bənzər fikirlər söyləmək olar. Düzdür, o, bir müddət öz doğma kollektivindən uzaqlaşdırılmış, korrupsiya ilə mübarizə aparan bir qurumda yüksək vəzifəyə təyin olunmuşdu. Buna baxmayaraq, Əli Nağıyevin keçmiş MTN-də I müavin işləməsi də bəllidir. Keçmiş MTN rəhbərləri, bu strukturda yüksək vəzifələrdə çalışmış şəxslər yeni nazirin iş qabiliyyəti, savadı, təcrübəsi barədə xoş sözlər dedilər. Təyinata münasibət bildirən hər kəs DTX-nin indi professional və daha əmin əllərdə olduğunu dilə gətirdilər. Sözsüz ki, peşəkarların bu fikirlərini təkzib etmək üçün bizim əlimizdə hər hansı əsas yoxdur. Könül istərdi ki, istər Vilayət Eyvazov, istərsə də Əli Nağıyev cəmiyyətimizin onlara bəslədiyi etimadı doğrultsun və kimlərəsə yox, ancaq və ancaq qanunun tələblərinə qulluq etsinlər”.
Bu təyinatların hökumətin öz təhlükəsizlik kəmərini bərkitmək ehtiyacı hiss etməsi ilə əlaqələndirilməsi barədə suala isə İ.İsmayılov belə cavab verib: “İstənilən qərar barədə müxtəlif fikirlər səsləndirmək olar. Yaşanmamış hadisənin necə olacağını isə zaman göstərəcək. Düşünürəm ki, yeni kadrların fəaliyyətinə yalnız icraatlarından sonra dəqiq qiymət verilə bilər. Ona görə də proqnoz verməyə tələsməyək. Hər şey bir müddət sonra bəlli olacaq və mən onda bu barədə öz fikirlərimi deyəcəyəm.
Uzun illərin təcrübəsi mənə fakta əsaslanmadan danışmamağı öyrədib. Yeni nazirlərin əməli fəaliyyətini şübhə altına almaq üçün isə hazırda hər hansı fakt yoxdur. Amma onu da gizlətməyim ki, sizin təbirinizlə desək, hakimiyyətin şəxsi mənfəətləri və təhlükəsizlik kəmərini bərkitməsi üçün köhnə kadrları yeniləri ilə əvəz etməsinə inanmıram. Çünki bu işi köhnələr də pis bacarmırdılar. Xüsusilə sabiq Daxili İşlər naziri Ramil Usubovun bu sahədə uzun illərə söykənən təcrübəsi var idi. DTX-nın sabiq rəisi də ondan geri qalmırdı. Hətta bu bacarığına görə “Milli qəhrəman” adına layiq görülmüşdü.
Məncə, bu kadr dəyişikliyinin iki səbəbi var. Biri, yaşlanmış bir kadrı daha dinamik şəxslə əvəz etmək idi ki, bunu DİN-dəki dəyişikliyə şamil etmək olar. Digəri dövlətin təhlükəsizliyini daha peşəkar insanlara tapşırmaq idi. Xüsusilə indiki kritik zamanda DTX-da bu cür dəyişikliyə ehtiyac yaranmışdı. Bilirsiniz ki, Rusiya və ABŞ arasındakı geopolitik mübarizə artıq Cənubi Qafqaza qədər yaxınlaşıb. Cənubda isə ABŞ-İran gərginliyi getdikcə artır və rəsmi Tehran onu gözləyən hər hansı zərbəyə ABŞ-ın maraq dairəsində olan dövlətlərdə cavab verəcəyini gizlətmir. Azərbaycan da ABŞ-ın qlobal neft-qaz strategiyasının marşrutu üzərində yerləşir. TANAP, TAP, Cənubi Qaz Dəhlizi və Bakı-Ceyhan boru xətlərinin başladığı bu məkanın təhlükəsizliyi daha peşəkar adamlara tapşırılmalı idi. Məncə, DTX-dakı dəyişikliyin əsas sirri bu həqiqətdə axtarılmalıdır”.
V.Nəsibov
AzPolitika.info