Ölkədəki ictimai-siyasi hadisələrə dövrü mətbuatda vaxtaşırı açıqlamalar verən, münasibətlər bildirən, lakin Milli Məclisin iclaslarında susan 113 saylı Şəki şəhər seçki dairəsindən deputat seçilən, Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu, gənclər və idman kömitələrinin üzvü olan, mandat aldığı gündən səsi eşidilməyən Vüqar İskəndərov son iclasların birində Şəkinin həlli vacib olan problemlərindən məsələ qaldırmasıdır. Əlbəttə bu təqdirəlayiq bir haldır və çox güman ki, Şəki şəhərinin sosial problemlərinin həll olunması istəyindən irəli gəlib. Amma o bunu necə istəyib? Bunu redaksiyamıza təqdim olunmuş videogörüntüdən izləyə bilərsiniz. Çıxışın mətni:
Hörmətli, hökümət üzvləri! Salamlayıram hər birinizi. Demək keçən dəfə mən qeyd etmişdim ki, bu məslə sözün əsl mənasında özünü qoruyub saxlayır. (?) Şəki şəhərində 10 ildir ki, 2010-cu ildən şəhərin su və kanalizasiyasının yenidən qurulması layihəsi həyata keçirilir. Artıq 11 ildir ki, bu məsələ yarımçıq qalıb və şəhərin yolsuzluq halına gəlib. (?) Ümumiyyətlə, şəhər ərazisində hətta avtomobillərin belə yürüməsi tamamilə çətinlik halına gəlib. Bilirsiniz ki, Şəki UNESCO-nun qoruq şəhəridir. (?) Orada cənab prezident və Mehriban xanımın böyük səyi nəticəsində bu böyük nailiyyətləri qazanmışıq. Lakin orada kriteriya da var. Şəhərin (?) qazanması və uyğun gəlməsi məsələsi var. Əgər həmin uyğunluq özünün həllini tapmasa, UNESCO həmin qərarı geri ala bilər. O mənada işlərin görülməsinə böyük ehtiyac var. Yəni, şəhər xüsusi statusu olan bir şəhər olduğu üçün ora xüsusi yanaşmağa da ehtiyac var. Əgər şəhərin yollarının 100 km-ə (?) yaxın hissəsində bu işlərin görülməsi bitib. Biz istərdik ki, 2022-ci ilin büdcəsindən həmin küçələrin asfaltlaşmasına mütləq maliyyə ayrılsın.”
Qeyd edək ki, Şəki şəhərində Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzinin UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil olunmasına dair sertifikatın təqdimatı 7 iyul 2021-ci ildə baş tutub.”İçərişəhər, Qız Qalası və Şirvanşahlar Saray Kompleksi”, “Qobustan Qaya Sənəti Mədəni Landşaftı”ndan sonra “Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi” Azərbaycanın Ümumdünya İrs Siyahısına salınan üçüncü mədəni irs məkanı olub. Eyni zamanda, indiyə qədər “Azərbaycanın xalçası” sənəti, muğam sənəti, aşıq sənəti və Novruz bayramı da UNESCO-nun Bəşəriyyətin Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına daxil edilib. Bu, o deməkdir ki, Şəki Xan Sarayı, tarixi abidələr, sənətkarlıq emalatxanaları və yaşayış evləri təkcə xalqımızın deyil, həm də bəşəriyyətin mədəni irsi hesab olunur.
Məlum olduğu kimi, Bakı şəhərində “İçərişəhər, Qız Qalası və Şirvanşahlar Saray Kompleksi” də “UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilmiş tarixi abidələrdəndir. Amma Bakı şəhəri UNESCO-nun qoruğu deyil. O cümlədən də Şəki şəhəri UNESCO-nun qoruğu deyil, şəhərdəki “Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi “UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilmiş yüzlərlə tarixi mədəniyyət abidələrdən biridir. Qoruq isə tarix və mədəniyyət üçün böyük əhəmiyyəti olan, dövlət tərəfindən mühafizə edilən ərazilər və ya məskənlərə deyilir. Şəkidə isə bu “Yuxarı Baş” Dövlət Tarix-Memarlıq Qoruğu hesab edilir.
Xatırladaq ki, iki il əvvəl professor deputat Xanhüseyn Kazımlının məşhur nitqindən də Azərbaycan əhalisi heç nə başa düşə bilməmişdi. Vüqar İskəndərovun bu “möhtəşəm” çıxışı da uzun müddət Şəki seçicilərinin yaddaşında qalacaqdır. Aktualinfo.org ötən yazılarda Vüqar İskəndərovun tərcümeyi-halına əsaslanaraq onun 1996- 2001-ci illərdə Gürcüstan Respublikası Laqodexi Elmi Tədris İnstitutunun hüquq fakültəsində qiyabi təhsil aldığı barədə məlumat vermişdi. Diplomunda olan şübhəli məqamlara aydınlıq gətirən Vüqar İskəndərov dövrü mətbuata diplomunun Təhsil Nazirliyi tərəfindən 2011-ci ildə tanınındığını açıqlamışdı.O, bu çıxışı ilə bir daha sübut etmiş oldu ki, həqiqətən Laqodexi Elmi Tədris İnstitunun məzunu olmuşdur.
Aktualinfo.org