
Yeni il şənliklərinin daha maraqlı olması üçün qonaqları əyləndirmək üçün təşkilatçılar müxtəlif proqramlardan savayı aukisyonlarda təşkil edirlər.
XALQ xəbər verir ki, belə hadisə Yeni il gecəsi paytaxtın “Altun” sarayında olub.
Məlumata görə Yeni il şənliyində “Altun” sarayında auksiyon keçirilib və 100 manata start qiyməti ilə gül çələngi satışa çıxarılıb.
Auksion zamanı qonaqlar müxtəlif təkliflər versələrdə sonda gül çələngi 3 min manata satılıb.
Bildirir ki, alıcıların müsabiqəsi əsasında həyata keçirilən Auksion dövlət qurumlarının nəzarəti və patronajlığı ilə keçirilməsi tələb olunur. Qeyd edək ki, Hərracların Təşkili Mərkəzi publik hüquqi şəxs tərəfindən heç bir icazə alınmadan keçirilən belə müsabiqə və auksionlar qanunvericiliyin pozulması kimi qeyd olunur.
Məsələ ilə bağlı “Altun” restoranında heç bir açıqlama almaq mümkün olmadı.
Qeyd edək ki, sosial şəbəkələrdə və ölkə mətbuatında “Altun” restoranı Abşeron rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyevin olduğu iddia olunur və bu məlumat təkzib olunmayıb.
“Altun” sarayında keçirilən auskiyonun videosu sosial şəbəkələrdə yayılıb həmin görüntüləri təqdim edirik.





