Həyətdə oynayarkən barmağının üstünə daş düşdü. Həkimin səhv müalicəsi 8 yaşlı Muradın barmağının qanqrena etməsi ilə nəticələndi. Qanqrena olan Muradın barmağını isə valideynlərinin razılığı olmadan əməliyyata saldılar. Əməliyyatda isə onun barmağı yarısından kəsildi.
Bu şikayəti 8 yaşıl Murad Şaldıyevin anası Pərvanə Şaldıyeva bildirib.
O, qeyd edib ki, onun qohumu olan, tanınmış plastik və rekonstruktiv cərrah, professor Vaqif Qələndərli övladının barmağını səhv müalicə edib, müalicə yalnış olunduğu üçün onun barmağı qanqrena edib. Sonra isə onların heç bir razılığı alınmadan, heç bir sənədə imza atdırılmadan sağ əlinin şəhadət barmağı kəsilib.
Pərvanə Şaldıyeva deyir ki, məsələ ilə bağlı Azərbaycan Respublikası Baş Prokurorunun birinci müavini Rüstəm Usubovun qəbulunda olsa da, məsələdən Daxili İşlər Nazirliyini, Prokurorluğu məlumatlandırsa da, şikayət məktubları ünvanlandırılsa da faktla bağlı cinayət işinin açılması rədd edilib.
Eyni zamanda Pərvanə Şaldıyeva Vaqif Qələndərliyə məxsus "Qələndər Klinikası" tibb müəssisəsinin fəaliyyəti ilə bağlı İqtisadiyyat nazirliyinə müraciət edib. Həmin müraciət əsasında Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi tərəfindən araşdırılma aparılıb və bir sıra qanun pozuntuları aşkarlanıb. Qanun pozuntuları ilə bağlı tibb müəssisəinə xəbərdarlıq edilərək lisenziyasının ləğvi ilə bağlı xatırlatma edilib.
Şaldıyeva deyir ki, Vaqif Qələndərli onun övladının barmağını kəsərkən ona heç bir razılıq verməyib, onun fikri belə öyrənilməyib. Lakin onun imzası olduğu iddia edilən sənəd ortalığa çıxarılıb.
Ekspertizaya müraciət edən Şaldıyeva imzanın saxta olduğunu, onların ailəsinə məxsus olmadığını da sübut edib. Lakin hazırda onun müraciətinə baxılmır.
Şikayətçi ana ölkə başçısına və birinci xanıma müraciət edərək oğlunun barmağının qanunsuz olaraq kəsilməsi məsələsinə baxılmasını, günahı olan şəxslərin qanun qarşısında cəzalandırılmasını xahiş edib.
Vaqif Qələndərli isə səsləndirilən bütün iddiaları və ittihamları rədd edib və faktı təkzib edib.
Pərvanə Şaldıyevanın müraciətini oxucularımıza təqdim edirik: