Hal-hazırda barəsində hüquqi araşdırma aparılan keçmiş deputat Nəriman Əliyevin yeni şirkətləri üzə çıxıb. Bu haqda araşdırmaçı jurnalist Cavanşir Həsənli özünün "Facebook" səhifəsində yazıb:
"Köhnə MTN-nin, hazırki DTX-nin akademiyasının yaxınlığındakı 50 sot boş ərazini zəbt edərək oradakı ağacları qanunsuz kəsdirdiyinə görə şirkəti ilə bağlı cinayət işi qaldırılan keçmiş deputat Nəriman Əliyevin şirkətləri:
- "AVROSET" Məhdud Məsuliyyətli Cəmiyyəti (oğlu İsmayıl Əliyevin adına rəsmiləşdirilib, MMC-nin paytaxtın bir neçə yerində servis mərkəzləri fəaliyyət göstərir)
- "V.B.P." Məhdud Məsuliyyətli Cəmiyyəti (AVROSET MMC ilə eyni hüquqi ünvanda - BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYONU, KEÇİD 1410 6 MKR, ev 15/2, m. 69-da qeydiyyatdan keçib)
- "VIP AUTO" Məhdud Məsuliyyətli Cəmiyyəti (Bacısı oğlu ƏFQAN ABDULLAYEV ARİF oğlunun adına)
- "MAGIC MOTORS" Məhdud Məsuliyyətli Cəmiyyəti (Bacısı oğlu ƏFQAN ABDULLAYEV ARİF oğlunun adına)
- "ŞTUTQART" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ (Təsisçisi NƏRİMAN ƏLİYEV ƏLİBALA OĞLU)
- "SƏDA MOTORS" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ (qaynı ARİF ABDULLAYEV MƏMMƏD oğlunun adına)
- Rusiyada daha iki şirkət ((qaynı ARİF ABDULLAYEV MƏMMƏD oğlunun adına)"