Xalid Ağaliyev
“Media haqqında” Qanun layihəsi təklifi ilə bağlı mövqeyimizi, hazırladığımız açıq müraciətdə ifadə etməyə çalışdıq. Vətəndaş cəmiyyəti təmsilçiləri, jurnalistlər də bu mövqe ilə həmrəyliklərini nümayiş etdirirlər.
Ümumi rəyimiz budur ki, belə qanunlar ölkəmizi işıqlı, firavan gələcəyə yox, qapalılığa, qaranlığa aparır.
Müraciətin mətni:
Biz - bu müraciəti imzalayanlar, Azərbaycan Respublikası Milli Məclisində 1-ci oxunuşda qəbul edilən “Media haqqında” qanun layihəsi təklifinin media və ifadə azadlığını məhdudlaşdırmağa geniş imkanlar açmasından təəssüflənir, təklifin ictimai müzakirə testindən keçmədən, tələm–tələsik parlamentdə müzakirəsini demokratik dəyərlərə sayğısızlıq kimi qiymətləndirir, Milli Məclisi sözügedən layihəni gündəlikdən çıxarmağa, yenidən işlənməsi üçün geri qaytarmağa çağırırıq.
“Media haqqında” qanun layihəsi təklifinin parlament müzakirələrinə qədər qapalı tutulması, bilgi açıqlığı ilə bağlı milli qanunlara, eləcə də Azərbyacanın tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun deyil. Layihə yerli media ictimaiyyətinin, habelə, Avropa Şurası Venetsiya Komissiyasının, ATƏT-in Media Ofisinin müsbət rəyini almayıb.
Milli Məclisin 2005-ci ildə qəbul etdiyi “İnformasiya əldə etmək haqqında” qanunu, media hüququ ekspertlərinin, yerli, beynəlxalq ictimaiyyətin iştirakı ilə hazırlanmışdı. Həmin Qanun, ictimai bilgilərə çatımla bağlı əlverişli qanuni mexanizmlər yaradıb, onu indi də beynəlxalq təşkilatlar, mütərəqqi ölkələr örnək kimi göstərirlər. Müzakirəyə çıxarılan “Media haqqında” qanun layihəsi təklifinə münasibətdə bu yaxşı təcrübənin də görməzdən gəlinməsi təəssüf doğurur.
Qanun təklifi ilə Azərbaycan Konstitusiyasının, Avropa İnsan Haqları Konvensiyasının ifadə və media azadlığı hüququnu qoruyan müddəaları arasında ciddi uyğunsuzluqlar var. Konstitusiya hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir, fikir, söz azadlığını, məlumat azadlığını qoruyur. Bütün konstitusion hüquq və azadlıqlar beynəlxalq müqavilələrə uyğun tətbiq edilməlidir. Beynəlxalq müqavilələr milli qanunvericilik sistemimizin ayrılmaz tərkib hissəsidir və onunla milli qanunlar arasında ziddiyyət yaranarsa, həmin beynəlxalq müqavilələr tətbiq edilməlidir. Avropa İnsan Haqları Konvensiyasının ifadə azadlığı hüququnu təminat altına alan 10-cu maddəsi isə ifadə azadlığına müdaxilələrin aydın çərçivəsini, əsaslarını müəyyən edir. Təəssüf ki, qanun layihəsi təklifi qeyd edilən testlərin heç birinə cavab vermir, ifadə, media azadlığına gərəksiz müdaxilələrə münbit şərait yaradır.
Qanun layihəsi təklifi, kimlərin jurnalistika peşəsi ilə məşğul ola biləcəyini müəyyənləşdirməkdə dövlətə geniş imkanlar açır, medianın özünütənzimləməsi modelindən imtinanı ifadə edir. Dövlətin jurnalistlərə reyestr yaratması, reyestrlə bağlı çətin şərtlərin müəyyən edilməsi, vahid vəsiqə qaydasınının tətbiqi, qanunla jurnalistlərə peşə etikasınə əməl etmək, fakt və hadisələri qərəzsiz, obyektiv şərh etmək, birtərəfliliyə yol verməmək, gizli yolla əldə edilmiş bütün məlumatların yayılmasını yasaqlamaq kimi tələblərin qoyulması, ifadə azadlığı hüququnun mühüm komponenti olan media azadlığına sağalmaz yaralar vura bilər.
Layihə təklifində audiovizual media subyektləri ilə bağlı mücərrəd, media qanunvericiliyi yaradıcılığı təcrübəsində rastlanmayan anlayışlardan istifadə olunması, tənzimləmələrin anlaşılmazlığı, təklif edilən layihənin mümkün faydlarını da kölgə altına salır. Xüsusilə, layihə təklifindəki lisenziya şərtinə tabe etdirilən “platforma yayımçı və operatorları” ilə bağlı tənzimləmələr media, ifadə azadlığına məhdudiyyətlər üçün geniş imkanlar açandır. Anlayışlarla bağlı qanun təklifinin mətninin anlaşılan olmaması, internet televiziyalarının tənzimlənməsinin də “platforma yayımçısı” anlayışı altına daxil ediləcəyinə ciddi əsas yaradır.
Biz, qanun layihəsi təklifinin ölkəmizin işıqlı, firavan gələcəyinə deyil, daha da qapalı mühitin formalaşmasına xidmət etməsindən narahatlığımızı ifadə edir, ifadə azadlığı hüququnun bütün başqa hüquqlardan faydalanmaqda mühüm önəmini, eyni zamanda bu hüququn özünün də mütləq hüquq olmadığını vurğulayırıq. Bununla yanaşı, nəzərə alınmalıdır ki, ifadə, media azadlığı ilə bağlı məhdudiyyətlər mütləq legitim, adekvat, demokratik cəmiyyətdə zəruri olmalı və təxirəsalınmaz sosial tələbatdan doğmalıdır. İfadə və media azadlığı yalnız Azərbaycan Konstitusiyasında və Avropa Konvensiyasında aydın ifadə edilmiş əsaslara uyğun olaraq, məhdudiyyətlərə məruz qala bilər. Bu əsaslara adekvat olmaması səbəbindən, hökuməti, Milli Məclisin müzakirəsinə çıxarılan layihənin qanuna çevrilməməsi üçün gərəkli addımları atmağa - onu parlamentin gündəliyindən çıxarmağa, vətəndaş cəmiyyəti təmsilçilərinin də yer aldığı işçi qrup yaratmağa və layihəni yenidən işlənməsi üçün həmin qrupa təqdim etməyə çağırırıq.
İmzalar:
Akif Qurbanov- hüquqşünas
Alya Yaqublu- müstəqil jurnalist
Arif Əliyev- Yeni Nəsil Jurnalistlər Birliyinin rəhbəri
Aygün Muradxanlı - Prime TV
Aynur Elgünəş- müstəqil Jurnalist
Aytən Məmmədova- müstəqil jurnalist
Elçin Şıxlı- Azərbaycan Jurnalistlər Birliyinin rəhbəri
Elçin Rüstəmli- Jurnalist
Elçin Sadıqov- vəkil
Emin Hüseynov- RATİ
Emin Hüseynzadə- Media eksperti
Ələsgər Məmmədli -media hüququ mütəxəssisi, hüquqşünas
Əvəz Zeynallı- Xural TV-nin təsisçisi, jurnalist
Fariz Namazlı- vəkil
Hafiz Babalı- araşdırmaçı jurnalist
Xalid Ağaliyev - media hüququ mütəxəssisi, hüquqşünas
Kamran Mahmudov- müstəqil jurnalist
Qubad İbadoğlu- Biz TV-nin rəhbəri
Qulu Məhərrəmli- media mütəxəssisi, professor
Mehman Əliyev- Turan İnformasiya Agentliyinin rəhbəri
Mehman Hüseynov- Blogger
Pərviz Həşimli - Gununsesi.info, baş redaktor
Natiq Cavadlı- müstəqil jurnalist
Nəsimi Məmmədli - Yayımların Monitorinq Mərkəzinin rəhbəri
Osman Gündüz- Multimedia Mərkəzi
Ramin Deko- müstəqil jurnalist
Rəsul Cəfərov- Bakı İnsan Hüquqları Klubunun rəhbəri, hüquqşünas
Ismayıl Cəlilov - jurnalist
Rəşid Hacılı- media hüququ mütəxəssisi, hüquqşünas
Rizvan Qənbərli- Media mütəxəssisi
Rövşən Hacıbəyli- jurnalist
Sevinc Vaqifqızı- müstəqil jurnalist
Seymur Kazımov- media eksperti
Şahin Nəcəfov- Prime TV
Şahvələd Çobanoğlu- jurnalist
Şəhla Hümbətova- vəkil
Şəmşad Ağa- jurnalist, Arqument.az saytının baş redaktoru
Ülkər Abdullayeva- jurnalist
İlkin Rüstəmzadə - ictimai-siyasi fəal
Samir Kazimli – hüquq müdafiəçisi
Şeyda Nəsibli – fəal
Aytən İmanova – jurnalist
Mütalib Həsənov – sıravi vətəndaş
Fizzə Heydərova- jurnalist
Ramin Jamal - sulh.info.az
Şuqay Fərrux –sıravi vətəndaş
Ramil Qasımlı - sıravi vətəndaş
Aydın Məmmədov - ipekchi.info
Ilham Ismayil- təhlükəsizlik məsələləri üzrə ekspert
Aqil Layıc – vəkil
İkram Rafiqoglu Rəhimov – Reallıq TV
Elşən Həsənov – hüquq müdafiəçisi
Mənsum Bayramov – Vəkil
Ilyas Babayev - jurnalist
Şəhriyar İbrahimov - şair
Əzizli Kənan- fəal
Ləman Qasımova- jurnalist
Azər Quluzadə - sıravi vətəndaş
Rahim Telman Sadiqbəyli - SAMM TV İSVEÇ Azərbaycan rəhbəri
Ləman Ələşrəfqızı - LAF TV
Qizilgul Abdinova - jurnalist
Məhəmməd Məmmədbəyli – vətəndaş
Irada Javadova - vəkil
Nurlan Qəhrəmanlı - jurnalist
Fikrət Fəraməzoğlu - jurnalist
İkram Rəhimov - jurnalist
Şəmistan Həziyev - jurnalist
Ulviyya Xalil - jurnalist
Javad Javadov – vəkil
Razim Rzayev – ictimai fəal
Nemat Kerimli – vəkil
Zöhrab İsmayil, Açıq Azərbaycan Təşəbbüsü
Təzəxan Mirələmli- Azadlıq qəzeti
Orxan Əzim - müstəqil fotoreportyor
Cavid Şirəliyev - 7gun.az
Roza Məmmədova - jurnalist
Novruzova Fərqanə - müstəqil jurnalist
Asabali Mustafayev - Demokratiya və insan hüquqları Resurs Mərkəzi İçtimai Birliyi
Hikmət Carçıyev - jurnalist
Emil B. Memmedov - Demokratiyaya Yardım İctimai Birliyinin sədri+
Fuad Həsənov - Demokratiya Monitoru İctimai Birliyinin sədri
Zahir Amanov - jurnalist
Könül Ali - müstəqil jurnalist
Mirnaib Həsənoğlu - Azərbaycan Fotoqrafları Birliyi
Nurlan Mirali – vətəndaş
Teyyub Mirgasimov – hüquq müdafiəçisi
Sabuhi Gafarov - İnsan Hüquqları Klubu
Zaur Əkbər - Müdafiə Xətti İnsan Haqları Təşkilatı
Əhməd Muxtar - Fotojurnalist
Hüseyn İsmayılbəyli - JAMnews Azərbaycan redaksiyasının redaktoru
Səbuhi Qafarov - AFN.az saytının baş redaktoru.
Zafar Ahmadov – hüquq müdafiəçisi
Ramil Suleymanov - hüquqşunas
Əlayif Həsənov - hüquqşunas
Ülvi Həsənli - AbzasMedia
Nəcəf Ruslanoğlu - fotoreportyor.
Gülnaz Qənbərli - Azadmediatv.com
Rafail Mahmudbəyli – vətəndaş
Hafiz Hasanov - hüquq müdafiəçisi
Elşad Barat – vətəndaş
Nərgiz Absalamova - müstəqil jurnalist
Osman Nərimanoğlu - jurnalist
İlqar Salmanov - yenixeber.org
Aytan İmanova - jurnalist
Nureddin Xoca - Teref.az
Əlişir Əhəd - jurnalist
Samir Kazimli – hüquq müdafiəçisi
Elməddin Şamilzadə - jurnalist
Ənnağı Hacıbəyli - hüquqşunas
Samira Ali - jurnalist
Fikret Cəfərli - hüquqşunas
Rüfət Muradlı - jurnalist
Anar Mammadli - hüquq müdafiəçisi
Niyaz Niftiyev - jurnalist
Şəhla Kərim - Toplum TV
Elmar Əzizov - jurnalist
Vusala Mikayil - jurnalist
Mirvari Qəhramanlı - hüquq müdafiəçisi
Samira R. Aghayeva - hüquqşunas
Hafiz Hasanov - hüquq müdafiəçisi
Anar Rəsullu – journalist
Elşən Əlisoy - Sözcü.az
Anar Rəsullu - Sözcü.az
Tofik Agacanov – vətəndaş
Qadir Ibrahimli - istiqlal.az
Orkhan Rustamzade – ictimai fəal
Aytac Tapdıq - jurnalist
Vahid Qazi – ictimai fəal
Nərgiz Liftiyeva - jurnalist
Babek Abdurahmanli - jurnalist
Bünyad Şirinli – jurnalist
Kamran Vəli - jurnalist
Dünya Sakit - jurnalist
Rovshan Aliyev - jurnalist
Rashad Aliyev - hüquqşunas
Nigar Cəfərova - jurnalist
Parvana Gurbanlı – journalist
Elmidar Aliyev - jurnalist
Əminə Məmmədova - jurnalist
Igrar Gurban - jurnalist
Ulviyya Xalil - jurnalist
Latifa Oruc - jurnalist
Khalid Vahidoghlu - jurnalist
Vidadi Məmmədov - jurnalist
Elshen Shirinov - jurnalist
Afaq Aqil - jurnalist
Mireli Huseynov - hüquq müdafiəçisi
Qabil Abbasoglu -pressklub.az
Şeyda Nesibli - jurnalist
Alovsat Aliyev - hüquq müdafiəçisi
Anar Orucov - jurnalist
Ləman Qasımova - jurnalist
Ixtiyar Hesenli - jurnalist
Shahnaz Beylerqizi - jurnalist
Mahsati Guluzade - jurnalist
Teymur Zahidoqlu - jurnalist
Könül Ali - jurnalist
Mushfig Jabbar - jurnalist
Rövşən Əliyev - jurnalist
Farman Nabiyev - jurnalist
Samira Gasimli – journalist
Səkinəxanım Məmmədova - jurnalist
Sabina Izzatli - jurnalist
Qizilgul Abdinova - jurnalist
Arzuman Nebiyev - jurnalist
Bəşir Süleymanlı - hüquq müdafiəçisi
Orxan Ali - jurnalist
Elchin Rustamli - jurnalist
Bakir Həsənbəyli - jurnalist
Nezaket Zeynalli - jurnalist
Arifa Mikayilova - jurnalist
Himayət Rizvanqızı - jurnalist
Imran Aliyev – hüquq müdafiəçisi
Khanim Mustafayeva – journalist
Məmməd Əhmədoğlu-jurnalist