Bu gün, 8 fevral tarixinə AMEA Rəyasət Heyətinin toplantısı təyin edilib.
İfadetv.com xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə yayılan məlumatda iddia olunur ki, toplantıda Ramiz Mehdiyev istefa verəcək. Onun yerinə birinci vitse-prezident Arif Həşimovun seçiləcəyi də bildirilir.
Qeyd olunur ki, AMEA prezidenti Rəyasət Heyətinin toplantısında deyil, AMEA Ümumi yığıncağında seçilir. Bu baxımdan hətta Ramiz Mehdiyev həmin gün istefa versə belə, Arif Həşimov səlahiyyətlərin icraçısı ola bilər.
Ramiz Mehdiyev AMEA prezidenti vəzifəsinə 2019-cu ildə gəlib. Bundan sonra qurumda baş verən korrupsiya və pulla diplom alınması haqda məlumatlar mətbuatın gündəminə çevrilib. Elə Ramiz Mehdiyevin özünün də pulla diplom alması məsələsi diqqət mərkəzinə gəlib. 2020-ci ildə Azərbaycan Naminə İctimai Forumun (ANİF) rəhbəri Eldar Namazov Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Ramiz Mehdiyevi pulla akademik diplomu almaqda ittiham etmişdi.
Son aylar Ramiz Mehdiyev ona edilən müxtəlif təzyiqlərə baxmayaraq öz vəzifəsini öz bildiyi kimi yerinə yetirməkdə davam etməsi ictimaiyyət arasında da birmənalı qarşılanmır. Bu adamın manevrləri onu deməyə əsas verir ki, sabki, o əvvəlki tək PA rəhbəridir və Kremldən gələn təlimatlara heç bir kənar təsirlərə əhəmiyyət vermədən hərəkət edir. Və göründüyündən də artıq çox arxayındır. Sanki ətrafında baş verənlərin hamısı bir milçək vızıltısıdır. Baxmayaraq ki, Azərbaycan elminə qarşı hər gün və hər saat törətdiyi sabotajlar bütün alimlərimizin gözləri qarşısında baş verməkdədir. Seyr etdiklərimizdən yalnız bu qənatə gəlirik ki, cənab R.Mehdiyev də eldar Mahmudov, Nəcməddin Sadıqov, Əbülfəz Qarayev, Tağı Əhmədov, Əli Abbasov kimi cəzasızlıqdean sığortalanmaları barədə "YAŞIL KART"lara sahibdirlər. Yəni, Azərbaycan qanunvericiliyinin bu fərdlərə mütləq dəxli yoxdur. Sanki bu adamlar törətdikləri bu qədər cinayətlərə rəğmən yenə də özlərini "Qüdrətli" hesab edirlər. Bu hesabın da bizlərə məlum olan səbəbi Kremldir. Yoxsa ki, bu qədər cəsarət sahibi olmaları mümkün deyil.
İfadetv.com