Sözügedən sənəddə Rusiyanın Dəfn Təşkilatları və Krematorilər İttifaqı qeyri-hökumət təşkilatı Müdafiə Nazirliyinə müraciət edərək sifariş olunan sayda tabutun müqavilədə göstərilən vaxtda (06.12.2021) çatdırılmasını təmin edə bilməyəcəyini göstərib.
Təşkilat buna səbəb kimi pandemiya şəraiti ilə əlaqədar məhdudiyyətləri qeyd edib və son tarixin 25 fevrala qədər uzadılmasını istəyib.
Sözügedən sənədin saxta olması ehtimalı da istisna edilmir. Lakin müvafiq paylaşım sürətlə yayılıb. Bir çox sosial şəbəkə istifadəçisi Rusiyanın Ukraynaya mümkün hücumu zamanı itkilərini nəzərə alaraq bu cür addım atdığını düşünüb.
