Çərşənbə axşamı prezident Co Bayden Rusiya neftinin, maye təbii qazın və kömürün ABŞ-a idxalının qadağan edilməsi haqda fərman imzalayıb. Ağ Ev bu addımı “Putinin hərb maşınına daha bir zərbə” adlandırıb.
Baydenin fərmanı qadağan edir:
*Rusiya xam neftinin və bəzi neft məhsullarının, maye təbii qazın və kömürün ABŞ-a gətirilməsi. Ötən il ABŞ Rusiyadan sutkada təxminən 700 000 barrel xam neft və neft məhsulları idxal edib və bu addım Rusiyanı hər il Amerika sürücülərindən və istehlakçılarından gələn milyardlarla dollar gəlirdən məhrum edəcək.
*ABŞ-ın Rusiyanın enerji sektoruna yeni investisiyaları, belə ki, onlar Amerika şirkətlərinin və amerikalı investorların Rusiyada enerji istehsalının genişləndirilməsilə bağlı Putinin səylərini dəstəkləməyəcəyinə zəmanət verir.
*Həmçinin amerikalılara Rusiyada enerji istehsalına sərmayə yatıran xarici şirkətlərin maliyyələşdirilməsi və ya yardım edilməsi qadağan ediləcək.
ABŞ bu qərarı “bütün dünyadakı müttəfiqləri və tərəfdaşları, eləcə də Konqresin hər iki partiyadan olan üzvlərilə sıx əməkdaşlıq şəraitində” qəbul edib, – Ağ Evin informasiya bülletenində deyilir.
Bayden administrasiyası benzinin qiymətinin artması fonunda qadağa tətbiq etməyə tərəddüd etsə də, son günlər həm demokratlar, həm də respublikaçılar tərəfindən bunu etməklə bağlı çağırışlar kəskin şəkildə artıb.
Çərşənbə axşamı Bayden öz çıxışında sanksiyaların amerikalılara baha başa gələcəyini etiraf edib: “Bu, Putini daha çox incitmək üçün atdığımız addımdır, baxmayaraq ki, bunun ABŞ-a da təsiri olacaq “.
“Vaşinqton və müttəfiqləri Rusiyanın enerji daşıyıcılarından asılılığın azaldılması və Putinə təzyiqlərin dəstəklənməsi üzrə işlər aparırlar. Tarixi çoxtərəfli koordinasiyamız nəticəsində Rusiya qlobal iqtisadi və maliyyə baxımından təklənib “.
Dünya iqtisadiyyatının yarıdan çoxunu təmsil edən 30-dan çox ölkə Rusiya üçün dərhal və ciddi iqtisadi itkilərə səbəb olacaq, yüksək texnologiyalara çıxışı məhdudlaşdıracaq, onun artım potensialını sarsıdacaq və Silahlı Qüvvələrini zəiflədəcək sanksiyalar barədə bildiriblər.
Hazırda Rusiya rublu Putin Ukraynaya müdaxilə etdiyini elan etdikdən sonra öz dəyərinin yarısını itirməklə sentin dəyərindən azdır.
“Rusiya Mərkəzi Bankını təcrid edərək, Rusiyanın ən iri banklarını beynəlxalq maliyyə sistemindən ayıraraq, biz onu xarici valyuta ehtiyatlarından və sanksiyaları yumşaltmaq imkanından məhrum etdik”, – Ağ Evin bəyanatında deyilir.