“Ya Ukraynada qalib gələcəyik, ya da üçüncü Dünya Müharibəsi başlayacaq. Putin məğlubiyyəti etiraf etməkdənsə, nüvə müharibəsi başlatmağa üstünlük verəcək”.
“AzPolitika.info” Rusiya mətbuatına istinadla xəbər verir ki, bunu Rusiyanın “Russia Today” kanalının baş redaktoru, erməni əsilli jurnalsit Marqarita Simonyan “Rossiya 1” telekanalında yayımlanan “Vladimir Solovyovla Bazar axşamı” verilişində deyib: “Ölkəmizi və liderimizi tanıyırıqsa, Üçüncü Dünya Müharibəsinin başlama ehtimalı olduqca yüksəkdir. Açığı bu məni qorxudur. Amma bu belədir. Onsuzda hamımız bir gün öləcəyik.Bununla belə, Qərb öləcək, amma biz cənnətə gedəcəyik”.
Qeyd edək ki, Maraqarita Simonyan daha sonra özünün şəxsi “Telegram” hesabından verdiyi açıqlamada, İngiltərənin Ukraynanın Rusiya torpaqlarına hücumlarına verdiyi dəstəyi tənqid edib: “Bizə hansı seçimi buraxırsınız, axmaqlar? Ukraynada sağ qalanların da tamamilə yox olmasını? Yoxsa, nüvə müharibəsini?”.
Xatırladaq ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov da ötən gün nüvə müharibəsi ehtimalının real təhlükə olduğunu bildirmişdi.
“AzPolitika.info”