"Mən onlara narkotik yeridərdim, kürəklərinə ulduz həkk edərdim, qulaqlarını, barmaqlarını kəsərdim ki, ağrıdan dözə bilməsin..."
Vaxtilə uşaq xəstəxanasında işləyən rusiyalı qadın ukraynalı uşaqlara işgəncə vermək və öldürmək hisslərilə alışıb yanır...
"Azadlıq Radiosu"nun Ukrayna xidmətinin layihəsi olan "Sxemı" proqramının jurnalistləri rusiyalı hərbi qulluqçusunun həyat yoldaşını müəyyən edib, o, ərinə ukraynalı uşaqlara işgəncə verməyə və onları öldürməyə hazır olduğunu söyləyib.
Moderator.az xəbər verir ki, bu barədə Ukraynanın Təhlükəsizlik Xidməti məlumat yayıb.
Rusiyalı hərbçi və onun Ukrayna ilə sərhəddə yerləşən, Ukrayna vətəndaşlarının məcburi olaraq təxliyə edilən şəhərində yaşaya həyat yoldaşı ilə söhbətinin lent yazısı Ukrayna Təhlükəsizlik Xidməti tərəfindən mayın 11- də dərc edilib.
Lent yazısında Rusiya Federasiyası vətəndaşı olan qadın deyib ki, ukraynalı uşaqlar Qələbə gününün Rusiya rəmzlərinin şəklini çəkməkdən imtina edir və bu bayramı "özünününkü" hesab etmir.
Uşaqların davranışından hiddətlənən rusiyalı qadın öz əri ilə "nasistlər" adlandırdığı ukraynalılara işgəncələr verilməsi ideyasını bölüşür və onlara nifrət etdiyini bildirir.
"Sən bilirsənmi ki, onlar böyüyüb "nasistlər" kimi olacaqlar? Mən anlaya bilmirəm, nədən Putin onlara elə hey "Rusiyaya gəlin" deyir? Bu kütbeyinlərin hamısını öldürün, cəhənnəm olsunlar. Mən, əksinə, işləsəydim, onlara narkotik yeridərdim, gözlərinə baxıb deyərdim ki, "nəfəsiniz kəsilsin, əzab çəkin". Mən onların cinsiyyət orqanlarını kəsərdim, kürəklərinə ulduz həkk edərdim, hər gün qulaqlarını, barmaqlarını kəsərdim ki, ağrıdan dözə bilməsinlər", - qadın audioyazıda belə deyir.
Əri etiraz edib və deyib ki, axı, söhbət uşaqlardan gedir, həyat yoldaşı cavabında deyib: "Bilsəydin, bu ukraynalılara necə nifrət edirəm. Vova, indi isə lap çox nifrət edirəm. Mən o uşaqları güllələyərdim".
"Sxemı" proqramının məlumatlarına görə, bu söhbət aprelin 29- da baş tutub və Xarkov vilayətində yazılıb, həmin an rusiyalı qadının əri orada olub.
Səs yazısında söhbət gedən qadın Yuliya Kopıtovadır (qız soyadı Tsıqankovadır). Əri Vladimir Kopıtovun 31, qadının 30 yaşı var. Hər ikisi əslən Smolensk vilayətinədndir. Kopıtov Yartsevo şəhərində, onun həyat yoldaşı Prjevalski kəndində anadan olub, bunu "Sxemı" araşdırıb.
Jurnalistlər həmçinin müəyyən edib ki, bu, 30 yaşlı Kopıtovanın ikinci nikahıdır. Müəyyən edilib ki, ukraynalı uşaqlara əzab verərək öldürmək hissi ilə alışıb yanan qadın 2019- cu ildə uşaq xəstəxanasında işləyib.
Araşdırmaçılar qadınla əlaqə yaradıb. Kopıtova danışmaqdan imtina edib, əri isə səs yazısında həyat yoldaşının səsi olduğunu inkar edib.
Jurnalistlər həmçinin Kopıtovanın qayınanasını tapıblar. O isə deyib ki, oğlu ilə ünsiyyəti yoxdur, söhbətin lent yazısını dinləyəndən sonra isə bəyan edib: "Mənim oğlum orada nəsə deyib? Qadın danışıbsa, onunla aydınlaşdırın".