Ukrayna silahlı qüvvələri Rusiya hərbçilərini Severodonetskdə tələyə salıb. İndi də əks hücuma keçirlər.
Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Prezident Aparatı rəhbərinin müşaviri Aleksey Arestoviç Facebook-da məlumat verib.
"Biz rus qoşunlarını Severodonetskdə tələyə sürüklədik, guya şəhəri "təslim" etmişik. İndi rus komandanlığı şokdadır. Onlar artıq Severodonetskinin ələ keçirilməsi barədə məlumat veriblər. Amma qəfil hücum rus "yoldaşları" çox pis yerdə yaxalayıb".
Onun sözlərinə görə, şəhərdə şiddətli döyüşlər gedir və Rusiya komandanlığı bütün qüvvələrini Severodonetskin saxlanmasına yönəldir.
