Dünən gecə saatlarından başlayan güclü leysan yağışları və külək nəticəsində rayonun bir neçə yaşayış məntəqələrində fərdi yaşayış evlərinə, elektrik təsərrüfatlarına, sahibkarlıq obyektlərinə, əkin və pambıq sahələrinə, yollara, yolkənarı ərazilərə və körpülərə ciddi ziyan dəyib. Bəzi yaşayış məntəqələrinə elektrik enerjisi və təbii qazın verilişi dayanıb.
Bununla əlaqədar olaraq Rayon İcra Hakimiyyəti başçısı Məhərrəm Quliyevin rəhbərliyi ilə rayon Fövqəladə Hallar Komissiyasının təcili iclası çağrılıb və mövcud vəziyyət müzakirə edilib. Yaranmış fəsadların operativ surətdə aradan qaldırılması məqsədi ilə İcra başçısı tərəfindən aidiyyəti məsul şəxslərə və təşkilatlara təcili və ciddi tapşırıqlar verilib.
Hazırda dəymiş ziyanın və movcud problemlərin aradan qaldırılması üçün yerlərdə əhatəli işlər aparılır.