Bakı şəhəri, Xətai rayonu, NZS qəsəbəsi, İlham Məmmədov küç.,26 ünvanda yaşayan SOCAR işçisi olmuş 3 uşaq atası (əlil) Ağəliyev Şahin Samil oğlu dövlət başçısına və digər qurumlara, eləcə də ifadetv.com saytın müraciət edərək Xətai rayonun İlham Məmmədov keçəsilə Babək prospektinin kəsişməsində zəbt olunmuş 0.38 ha dövlət mülkiyyətində olan torpaq sahəsinin qanunsuz zəbt edilməsi, tikilmiş hasarın sökülməsi, ərazinin əvvəlki vəziyyətinə qaytarılması barədə AR Əmlak Məslələri Dövlət Komitəsinin 26 iyul 2019-cu il tarixli Qərarının icra olunmamasından şikayətlənir. Şikayətin həqiqətən aidiyyatı üzrə orqanlar tərəfindən araşdırıldığı, lakin zəbt olunmuş dövlət torpağı hesab olunan ərazinin öz əvvəlki vəziyyətinə qaytarılması barədə Əmlak Məslələri üzrə Dövlət Komitəsinin 26 iyul 2019-cu il tarixli məlum qərarının olmasına baxmayaraq, SOCAR, yerli və Bakı şəhər İcra Hakimiyyəti qərarı icra etməkdə acizlik və passivlik göstərirlər. İlk baxışdan elə görünür ki, Bakının mərkəzindəki dövlət torpaqları "Qara bazar" qanunlarıilə alınır-satılır. İfadetv.com saytı hesab edir ki, vətəndaşın qaldırdığı məsələ düzgündür və aidiyyatı dövlət orqanalarının monitorinq qrupları artıq bu barədə rəylərini vermişlər. Buna baxmayaraq icra orqanlarının hərəkətsizliyi sadəcə başa düşülən deyil. Bütün bunlara baxmayaraq hesab edirik ki, məslə dövlət başçısının diqqətinə çatdırılmışdır və cənab Eldar Əzizov bir neçə günə öz qəti sözünü deyəcəkdir. Şikayəti olduğu kimi oxucuların diqqətinə təqdim edirik:
Xatırladım ki, iki ay əvvəl Xətai rayonun Babək prospektində, “Neft Emalı” Zavodunun yanacaq rezervuarları ilə “Arzu” şadlıq evi arasında olan, digər tərəfi NZS qəsəbəsindən İlham Məmmədov küçəsinin kəsişməsindəki 0,38 ha ərazidə yerləşən yüksək gərcinlikli iki nəhəng dəmir konstruksiyalı elektrik dirəklərinin yeri dəyişilmiş, həmin torpaq sahəsini isə eləcə də mənə məxsus olan və kənarları hasarlanmış 0,04 ha ərazi dağıdılmış və mənimsənilmişdir.Yəni mənim hasarımı özbaşına uçuraraq yenisini səliqə ilə tikmişlər. Tezliklə öyrəndim ki, bu torpaq sahəsi Yusif adlı şəxs tərəfindən zəbt olunmuş və SOCAR –ın sabiq Neft Kəmərləri rəisi olmuş Zöhrabdan aldığını bildim. Yusif mənimlə görüş zamanı bildirmişdir ki, biz Zöhraba milyonlarla pul verib bu ərazini almışıq. Get, Zöhrabla haq-hesabını çək!. Etizaımı bildirdim və özümə yaxın adamalarla mübahisənin halallıqla yekunlaşmasını istədim. Ərazidə aparılan müzakirə zamanı torpaq sahəsini alan və ortalıqda olan əsas fiqur hesab edilən Yusif makler İlqarla mənim doğma dayılarım olan Asəfin, Alovun yanında etiraf etmişdir ki, bəli, bu torpağa görə biz Zöhraba çox ağır pul vermişik. Bu sahədə olan dəmir konstruksiyalı elektrik dirəklərinin yerinin dəyişilməsi üçünsə hər birinə 250000 manat pul vermişik. İkisinə isə 500000 AZN. Onu da bilin ki, bu torpağa görə pulları xərcləyənlər generallar və icra başçısıdır (Nizami rayonun İH-nin başçısı nəzərdə tutulur). Ona görə də yaxşısı budur ki, sən burada bizimlə torpaq mübahisəsi eləmə!, Yoxsa səni atacaqlar içəri. Bildinmi?” Necə olur ki, işdən qovulan Zöhrab mənə məxsus olan torpaq sahəsilə birlikdə “Neft Emalı” zavodunun torpağını dədəsinin malı kimi satır? Kim verib işdən qovulan bu adama makler səlahiyyətini? Mən məsələnin aidiyyatı orqanlar tərəfindən dərhal araşdırılmasını və baş verən və verməkdə davam edən özbaşnalıqların dərahal dayandırlmasını və abadlaşdırdığım, bağ sahəsi kimi saxladığım ərazinin əvvəlki kimi mənə qaytarılması barədə 14 iyul 2019-cu ildə yuxarı dovlət orqanlarına şikayət yazdım. Dərahal da məslələ bir çox orqanlar tərəfindən yerində araşdırıldı.
Məslən, Əmlak Məsələri Dövlət Komitəsi yanında Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyi tərəfindən araşdırılmış və direktor Mohuma Heraçiyevin imzaladığı 26 iyul 2019-cu il tarixli məktubda qeyd edilmişdir ki, “ Müraciətinizdə qeyd edilən məslə komitənin Bakı ərazi şöbəsinin torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarətini həyata keçirən müfəttişi tərəfindən yerində araşdırılarkən, sözügedən ünvanda yerləşən torpaq sahəsininqanunsuz olaraq hasarlandığı faktı öz təsdiqini tapmışdır.
Aparılmış qeyri-qanuni işlərlə bağlı qanunamüvafiq tədbirlərin görülməsi, tikilmiş hasarın sökülməsi, ərzinin əvvəlki vəziyyətinə qaytarılması aidiyyatı mərkəzə və yerli icra hakimiyyəti orqanlarının nümayəndələri tərəfindən qərara alınmışdır.”
Respublika səviyyəli Dövlət Agentliyinin yerində araşdırması bir daha təsdiq edir ki, yazdıqlarımız doğrudur. Digər tərəfdən özbaşına zəbt olunmuş dövlət torpağında tikilmiş hasarın sökülməsi, ərazinin əvvəlki vəziyyətinə qaytarılması qərar alınsa da aidiyyatı icra orqanları nədənsə aradan 40 gün vaxt keçməsinə baxmayaraq qərarı icra etmək istəmirlər.
Yəni bu işə birbaşa nəzarət edən Daxili İşlr Nazirliyi, Bakı şəhər İcra Hakimiyyəti, Xətai rayon İcra hakimiyyəti və SOCAR rəhbərliyi qərarı icra etmək əvəzinə, müəmmalı olaraq susqunluq nümayiş etdirməklə məşğuldurlar. Doğrudur, Xətai RPİ-nin ərazi aidiyyatı üzrə 34-cü Polis Bölməsi məsələni yerində araşdırmış və Topağın zəbti barədə qərar qəbul edərək hüquqi qiymət verilməsi üçün Xətai rayon Prokurorluğuna göndərmiş, Bakı Baş Polis İdarəsi msələni araşdırmı, Bakı şəhər Prokuroru məsələnin araşdırılmasını 26 iyul tarixində Xətai rayon Prokurorluğuna həvalə etmişdir. Bakı şəhər İcra Hakimiyyəti Aparatının rəhbəri E. Həbibullayev isə məslənin araşdırılması və nəticəsi barədə vətəndaşa məlumat verilməsi barədə Xətai rayon İcra Hakimiyyətinə 29 iyul 2019-cu il tarixli məktub göndərmişdir.Energetika Nazirliyi Dövlət Neft Şirkətinə ünvanladğı 30 iyul 2019-cu il tarixli məktubunda aidiyyatı üzrə baxılması üçün SOCAR rəhbərliyinə həvalə edir. SOCAR vitse-prezidenti Mikayıl ismayılovun imzaladığı 01 avqust 2019-cu il tarixli cavab məktubunda isə bildirilir ki, “Məslənin araşdırılması SOCAR-ın səlahiyyətləri xaricindədir və aidiyyatı üzrə müraciət olunması tövsiyə olunur.” Və s. cavab məktublar. Ortalıqda isə bircə dənə də olsun real iş yoxdur. DƏK qərar verib ki, zəbt olunmuş 0.38 ha dövlət torpağı əvvəki vəziyyətinə qaytarılsın, hasar sökülsün.” Qəti və konkret tapşırıq. Bəs biz və ictimaiyyət nə görür? Aidiyyatı dövlət orqanlarının məsuliyyətsizliyi, bacarıqsızlığı və səriştəsizliyi. Məsələ bundadır ki, torpağı zəbt edən İlqar adlı “çirkli pullar sahibi” nə DİN-nin 34-cü Polis Bölməsinin, Xətai rayon Prokurorluğunun nə də Bakı Baş Polis İdarəsinin çağırışlarına məhəl qoymur və izahat vermək üçün getmir. Heç bir qrum da onun zəbt etdiyi ərazini əvvəlki vəziyyətinə qaytarmağa cürət etmir. Əksinə, sadəcə yusifə vaxt verirlər ki, get gör ərzini necə tezbazar sənədləşdirə bilirsən. O da Xətai rayonun Əhmədli Bələdiyyəsilə gizli sövdələşmələr aparır ki, guya bu ərazi ona yerli bələdiyyə tərəfindən 2000-ci ildə verilibmiş.
Bəs o zaman SOCAR hara baxırdı.? Hansı ki, 2007-ci ildən qonşu ərazidə yerləşən 168 şəxsi evin sökülməsilə bağlı Xətai rayon Məhkəməsinə təqdim etdikləri bütün iddiaları təmin edilmişdir. Digər tərəfdən SOCAR tərəfindən əraziyə göndərilmiş monitorinq qrupu 14 avqustda mənim iştirakımla ərziyə baxış keçirmiş və rəy vermişlər ki, zəbt olunmuş ərazi 50 metrlik mühafizə zolağına düşür və hasar sökülməlidir. Burada heç bir tikinti işi aparıla bilməz. Biz SOCAR rəhbərliyinə bu barədə rəy verəcəyik. Bəs o zaman nə baş verir? Niyə DƏK-in zəbt olunmuş ərazinin əvvəlki vəziyyətinə qaytarılması və hasarın sökülməsi barədə 26 iyul 2019-cu il tarixli qərarı havada qalıb. İcra etmək istəyən yoxdur. Mən də bir vətəndaş olaraq qəti surətdə Bakı şəhər İcra Hakimiyyəti rəhbərindən və Xətai rayon İcra Hakimiyyəti başçısından tələb edirəm ki, Əmlak məsələləri Dövlət Komitəsinin 26 iyul 2019-cu il tarixli məlum qərarı dərhal icra edilməlidir. Qanunvericiliyimizə sayğısız yanaşan insanların zəbt etdiyi ərazi öz əvvəlki vəziyyətinə qaytarılmalı, günahkar şəxslərin qanunazidd əməllərinə hüquqi qiymət verilməlidir.
Çoxhörmətli cənab Prezident, Sizdən xahiş edirəm ki, qaldırdığımız məsələnin dövlət və ictimai əhəmiyyət kəsb etməsini nəzərə alaraq məlum qərarın icrasını şəxsi nəzarətinizdə saxlayasınız. Əvvəlcədən təşəkkürlər.
Qoşma: 7 vərəqdə.
Dərin hörmətlə, Şahin Ağəliyev