“Həmin danışıq Putinin ən ehtiyat etdiyi məqamı təsdiqləmişdi”
“Bəlkə, müharibədəki məğlubiyyət Rusiyanı bu cansıxıcı orbitdən kənara itələdi”
SSRİ dağılandan sonra Rusiya keçmişdən dərs götürərək tamamilə yeni xarici siyasət yürütmək əvəzinə, yenidən köhnə stratateji xəttə-imperiya siyasətinə qayıtdı. Ancaq Rusiyanın iddiaları ilə imkanları üst-üstə düşmür. Belə siyasətin Rusiya üçün hansı ağır nəticələr verdiyi isə tarixdən yaxşı bəllidir.
“AzPolitika.info” xəbər verir ki, Ukraynanın “Glavred.info” internet portalında “Putinin bütün alçaldılmalara qarşı verdiyi cavab: Rusiya yenidən düşdüyü quyudan çıxa biləcəkmi?” başlıqlı məqalə dərc edilib. Həmin məqalədə yuxarıda qeyd etdiyimiz mövzuya toxunulub. Sözügedən məqaləni təqdim edirik:
”Tokayevin Putinin üzünə “LXR-DXR” barədə nə düşündüyünü və Qazaxıstanın onları heç zaman tanımaycağını söyləməsi və həmçinin Avropa Birliyinin rəhbəri Şarl Mişelə Avropaya neftlə bağlı kömək edəcəyini bildirməsi ona gətirib çıxardı ki, Qazaxıstanın “Tengiz” neft yatağında insan tələfatının da yer aldığı güclü partlayış baş verdi.
Digər tərəfdən isə, Novorossiysk məhkəməsi “Xəzər Borukəməri Konsorsiumu”nun işini dayandırdı. Qazaxıstanın Avropaya nəql etdiyi neftin hamısı həmin boru kəməri ilə axırdı. Bu, Qazaxıstanın ixrac neftinin 70 faizini təşkil edir.
Görünür ki, Putin qazaxlarla birgə nəsə edə biməyəcəyini və onları müttəfiqliyə dartmağın mümkünsüzlüyünü anlayıb. Tokayev “Peterburq Beynəlxalq İqtisadi Forumu”nda birbaşa bəyan etdi ki, Qazaxıstan Rusiyaya qoyulan sanksiyalara riayət edəcək.
Bütün müşahidəçilər təcrübəli diplomat Tokayevin birmənalı şəkildə söylədiyi sözlərə təəccüblə yanaşdılar. Analitiklər Tokayevin dönməzliyinin əsaslı səbəblərinin olduğunu düşünürlər.
Lakin Putin küləyin haradan əsdiyini yaxşı bilirdi. 15 iyunda onun Si Çzinpinlə telefon danışığı olmuşdu. Həmin danışıq Putinin ən ehtiyat etdiyi məqamı təsdiqləmişdi. Belə ki, Çin lideri Sankt-Peterburqdakı iqtisadi forumda iştirak etməklə bağlı Putinin dəvətindən imtina etmişdi.
Beləliklə, bu gün Qazaxıstan nefti ilə bağlı baş verənlər Putinin özünə qarşı edilən təhqirlərə, alçaldılmalara verdiyi cavabdır. Rusiya xarici siyasəti artıq çoxdandır ki, öz rasionallığını və praktiki mahiyyətini itirib və o, tamamilə eybəcər imperiya formasını alıb.
Mixail Qorbaçovun yenidənqurmasından bu günə kimi baş verənləri gözdən keçirdikdə, istər istəməz Uinston Çörçilin 1918-ci ildə Rusiya barəsində dedikləri yada düşür. O, yazıb: ”Tale heç bir ölkə ilə Rusiya qədər zalım davranmayıb. Limana tam yaxınlaşan zaman onun gəmisi dənizin dibinə batıb. Rusiya artıq bütün qasırğalara məruz qaldı, bütün qurbanlar verildi, bütün işlər yekunlaşdı. Qarşıya qoyulan tapşırıqlar yerinə yetirilən məqamda hakimiyyəti çarəsizlik və xəyanət bürüdü... Qələbəni əllərində tutduğu bir vaxtda, Rusiya qurdların gəmirdiyi İrod kimi canlı-canlı yerə yıxıldı”.
Əslində, yeni minilliyin başlarında bütün qurbanlar verilimişdi və yeni Rusiyanın qurulması üçün bütün işlər fakitiki görülmüşdü. Hər şey yekunlaşmaq üzrəydi və bu nəhəng gəminin sürət yığıb üzməsi üçün görüləsi son tamamlama işləri qalmışdı. Amma elə bu anda Rusiya vaxtilə Lenin kimi onu kanalizasiyaya axıdacaq birisini təmtəraqla özünə rəhbər seçdi. Həqiqətən də, sanki talenin hansısa qəddar hökmü bu bədbəxt ölkə üzərindən asılıb qalıb...
Rusiyanın düşdüyü quyudan yenidən çıxması üçün neçə illər lazımdır? İndi bunu dəyərləndirmək çətindir, çünki Rusiya quyunun dibinə yuvarlandığını hələ anlamır. Axı, bu ölkə təşəbbüslə doludur və cəsarət, qəhrəmanlıq oyununa girişib.
Hər şey, elə bil ki, “Titanik”dəki kimidir: gəminin alt qatına su dolmağa başlayıb, yuxarıda isə orkestr çalır, sərnişinlər şampan şərabı içirlər...
Alman filosofu Hegel fəlsəfəyə “die Schlecht-Unendlichkeit”(Axmaq sonsuzluq) kimi termin gətirib. O, bu terminlə heç zaman həlli edilməyən eynitipli məhdudiyyətsiz prosesləri, eynitipli dəyişiklikləri nəzərdə tuturdu. Rusiya tarixini bu termindən yaxşı heç nə ifadə edə bilməz.
Bircə ona ümid etmək qalır ki, bəlkə, müharibədəki məğlubiyyət Rusiyanı bu ümidsiz və cansıxıcı orbitdən kənara itələdi. Bu baxımdan Ukraynanın qələbəsi Rusiyaya ümid verə bilər”.
V. Nəsibov
“AzPolitika.info”