ANTİKORRUPSİYA ƏMƏLİYYATLARI DÖVLƏT GÖMRÜK KOMİTƏSİNDƏN SONRA DÖVLƏT SƏRHƏDD XİDMƏTİNDƏ APARILACAQDIR
Azərbaycanda yeddi hərbi qulluqçu və bir nəfər Bərdə rayon sakini həbs edilib.
Bu barədə Baş Prokurorluğun Mətbuat Xidməti məlumat yayıb.
Baş prokuror tərəfindən qeyd olunan faktla bağlı Cinayət Məcəlləsinin 206.3.2, 206.3.3 (qaçaqmalçılıq), 234.4.1, 234.4.3 (narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi), 240.3.2 (külli miqdarda güclü təsir edən və ya zəhərli maddələrin satış məqsədilə qanunsuz dövriyyəsi) və 318.2 (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə həvalə edilib.
Keçirilmiş çoxsaylı istintaq hərəkətləri ilə müəyyən edilib ki, DSX-nin hərbi qulluqçuları Tural Osmanov, Şəmil Abbasov, Habil Nəcəfov, Kamran Cəfərov, Nurlan Qasımov, Seymur Azadxanzadə, İlkin Qasımzadə və qeyriləri vəzifəli şəxs qismində öz qulluq mövqelərindən istifadə edərək mülki şəxs Hikmət Xəlili və qeyriləri ilə satış məqsədilə külli miqdarda narkotik vasitələrin, psixotrop və güclü təsir edən maddələrin İran İslam Respublikasından qaçaqmalçılıq yolu ilə gizli keçirilməsi və satılması barədə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşiblər.
Cinayətkar niyyətin həyata keçirilməsi üçün qrupun İİR-nin ərazisində olan üzvləri dövriyyəsi qadağan edilən həmin vasitələri əldə edərək 2022-ci ilin iyul ayında Cəbrayıl rayonunun Mehdili kəndi ərazisindən respublikamızın dövlət sərhədinin nəzarət-buraxılış məntəqəsindən və dövlət gömrük nəzarətindən kənarda keçirməklə gizlədiblər.
Razılaşdırılmış plana uyğun olaraq hərbi qulluqçulardan 4 nəfəri iyulun 21-də saat 20 radələrində vasitələri gizlədilən yerdən götürərkən DSX-nin “Pusqu” sərhəd naryadı tərəfindən saxlanılıblar.
Onlardan 94,3 kq narkotik vasitələr (87,7 kq marixuana, 7,6 kq heroin, “metadon-40” 198 konvalyut hər birində 10 ədəd olmaqla 1980 həb), psixotrop maddə (400 qram metamfetamin) və güclü təsir edən maddə (“preqobalin-150” 831 konvalyut hər birində 15 ədəd olmaqla 12465 həb) aşkar edilərək götürülüb.
Toplanmış sübutların məcmusuna əsasən adları qeyd edilən 7 hərbi qulluqçu və Hikmət Xəlili iyulun 22-də Cinayət Məcəlləsinin qeyd edilən maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunub, barələrində Bakı Hərbi Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Bundan başqa, aparılmış istintaq hərəkətləri ilə qabaqcadan əlbir olmuş həmin cinayətkar qrupun digər üzvü - mülki şəxs Bəşir Quliyevin cinayət əməlləri ifşa edilməklə o, Cinayət Məcəlləsinin həmin maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla istintaqdan qaçıb gizləndiyindən barəsində axtarış elan edilib.
Hazırda kompleks istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Tərəfimizdən hadisə ilə bağlı əldə etdiyimiz bilgilərdən məlum olur ki, DSX rəisi general Elçin Quliyevin 7 hərbçisinin narkobizneslə bağlı həbsi heç də təsadüfə oxşamır.
Belə ki, bir müddət əvvəl Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev yaxın zamanlarda öz vəzifəsi ilə vidalaşacağı və onun yerinə DSX rəisinin müavini, Sərhəd Qoşunlarının komandanı general-leytenant Araz Məmmədov təyin ediləcəyi KİV-də yayımlanmışdı.
Elə bu səbəblərdən 2 il əvvəl DSX-da keçirilən antikorrupsiya əməliyyatlarının istintaqı ilə bağlı araşdırmaların nəticəsi Elçin Quliyevin yola salınmasını üçün hesablansa da sonda hansısa "gizli Əl" onun karyerasını xilas edə bildi. Və həbs edilmiş general Əfqan Nağıyev qəfil azadlığa buraxıldı.
DSX-da keçirilən antikorrupsiya əməliyyatından əvvəl isə Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi general-polkovnik Elçin Quliyevin Novxanı qəsəbəsində, 165 hektarlıq bağ evinin üzə çıxdığı ortalığa çıxmışdı.
Yenixeber.org: Bu barədə araşdırmaçı jurnalist Həbib Müntəzir məlumat yayıb.
O yazıb: “Bura general-polkovnik Elçin Quliyevin Novxanı qəsəbəsində, 165 hektarlıq bağ evidir. DSX sədri o qədər vətənpərvərdir ki, bağından birbaşa süni yaratdığı, Xəzər dənizi formasında olan gölə çıxışı var. Bakının Novxanı qəsəbəsindəki bu malikanədən İlham Əliyevin əsla xəbəri yoxdur. Mənim isə 3600 km uzaqlıqda olmağıma baxmayaraq xəbərim var. Görməyibsə, maksimum paylaşaq, görsünlər, tanısınlar, bilsinlər”.
Dövlət Sərhəd Xidməti jurnalistin iddiasını nə təsdiq, nə təkzib edib.
Xatırladaq ki, EşQuliyevə məxsus olduğu bildirilən və dəyəri 10 milyonlarla dəyərləndirilən belə bir malikanənin oxşarının Rusiya prezidenti Vladimir Putinə məxsus olduğu bildirilir. Təkcə bu fakt cənab Elçin Quliyevin astronomik rəqəmlə ölçülə bilən varidata sahib olmasından xəbər verir. Müqayisə üçün qeyd etmək olar ki, hətta uzuzn müddət nazir postunda əyləşmiş dövlət məmurunun varidatı E.Quliyevin faktiki varidatı ilə müqyisəedilməzdir. Belə olduğu zaman ortalığa təbii sual çıxa bilər. Necə ola bilər ki, DSX-ya rəhbərliyi dövründə dövlət büdcəsindən bu xidmətin saxlanması üçün ayrılan vəsaitlərin hamısı təyinatdankənar mənimsənilsə belə təkcə 165 ha ərazisi olan villanın inşasına bəs edə bilərdi. Amma bir neçə gün öncə DSX-nın 7 hərbi qulluqçusunun narkobizneslə məşğul olduqlarına görə həbs edilmələri bizdə tamam başqa təəsürat yaradır. Və istintaqın nəticəsindən asılı olmayaraq o nəticəyə gəlirirk ki, artıq DSX rəhbərinin "qələmi sındırılmışdır". Və o tezliklə ən yaxşı halda vəzifəsindən kənarlaşdırılacaq və sabiq nazir Elmar Məmmədyarov kimi bir "xoruza yük" ediləcəkdir.
Araşdırmalarımız davam edir.
İFADETV.COM-un araşdırma qrupu