OĞRU MƏMURLAR ƏLACSIZ İNSANLARI ZİBİL YIĞIB SATMAĞA QOYMURLAR
Ucar sakini Allahverdi Səlimovun Hurriyyet.az-a verdiyi məlumata əsasən, rayon sakinlərinə qarşı adları hazırda bizə məlum olmayan bəzi məmurlar tərəfindən özbaşınalıq edilir.
Onun redaksiyamıza göndərdiyi videolardan aydın olur ki, rayonda “mərkəzi zibilxana" adlanan yerdə işləyən mühafizəçi bəzi vətəndaşların orada gündəlik qazancları üçün əldə etdikləri çörək puluna mane olur. Mühafizəçidən bunun səbəbini soruşan sakinlər “yuxarıdan belə tapşırıq verdildiyi” cavabını alırlar.
Şikayətçilər deyir ki, yığdıqları bəzi tullantı məhsullarını aparıb şəhərdə satıb, çörək pulu qazanmağa çalışırlar. Başqa yol tapa bilmədiklərini və ailələrini necə dolandıracaqlarını bilmədikləri üçün zibilxanadan tullantıları yığıb satmaq qərarına gəliblər.
Bir müddət keçdikdən sonra vətəndaşlar gözlərinin şahidi olublar ki, tullantılar həmin zibillikdə dərin quyular qazılıb orada basdırılır. Bəs görəsən işsiz, sadə vətəndaşların evinə, ailəsinə çörək pulu aparmasına kimlər icazə vermir?
Üstəlik, zibilxanadan götürüb satdıqları vasitələr görə sakinlərə “oğurluq edirsiz” deyilir.
Qeyd edilir ki, bu barədə "102"yə məlumat verilib. Polis işə baxıb, araşdırmalar gedir.
Onu da qeyd edək ki, zibilxanadan tullantı vasitələri yığan insanların əksəriyyəti məşğulluq idarəsində qeydiyyatda olanlardır.
Jalə FAMİLQIZI