ETİRAZLARIN ELDAR MAHMUDOV ÜÇÜN HEÇ BİR İSTİSİ-SOYĞU YOXDUR. TALANAN PULLARSA HEÇ VAXT SAHİBLƏRİNƏ QAYITMAYACAQ
Keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun Nardarandakı villasının qarşısında etiraz aksiyası keçirilib.
Bu barədə sosial şəbəkələrdə fotolar yayılıb. Etirazçılar vaxtilə MTN tərəfindən saxta ittihamlarla qanunsuz həbs olunduqlarını, yaxınlarından külli miqdarda pul alınandan sonra həbsdən buraxıldıqlarını deyiblər. Onlara vurulan ziyanın ödənilməsini tələb ediblər. Etirazçılar əllərində “Təhdidlə ailələrimizdən aldığınız pulları qaytarın!”, “Azərbaycan dövlətinə güc göstərməyin, pullarımızı qaytarın!”, “Bizə qarşı cinayətinizi qiyamət də örtməz!” yazılmış plakatlar qaldırıblar.
Aksiya iştirakçıları Eldar Mahmudovun, sabiq Baş prokuror Zakir Qaralov və onun birinci müavini Rüstəm Usubovun məsuliyyətə cəlb olunmasını istəyiblər. Onlar iddia ediblər ki, MTN-də ailələrindən alınan pulların böyük bir hissəsi bu şəxslərə çatıb.
Bu istiqamətdə apardığımız araşdırmalar zamanı məlum olmuşdur ki, "Texnikabank"a sahibkarların qoyduqları depozit hesablardan MTN dəstəsi tərəfindən qanunsuz formada 2 mislilə götürülüən pulların məhkəmə qaydasında geri qaytarılması da mümkün olmayacaq. Belə ki, Mövlan şıxaliyev və sabiq nazir Eldar Mahmudovun zərəçəkənlərə qaytarmağa nə pulları var , nə də satılası əmlakları. Ona görə də sabiq nazir evinin qabağında təşkil olunan belə etirazlardan heç narahatlıq da keçirmir. Çünki sahibkarlara məxsus pullar çoxdan "ünvanına" çatmışdır. Eldar da çox arxayınçılıqla evində oturub gözlərini sadəcə döyməklə məşğuldur.
İfadetv.com