Azərbaycanın Almaniya Federativ Respublikasındakı səfiri həbs edilə bilər.
Buna səbəb Maliyyə Nazirliyinin səfirlikdə apardığı yoxlamadan sonra ciddi pozuntular aşkarlamasıdır.
Məlumata görə, 30 dekabr 2014-cü il tarixdən 01 oktyabr 2021-ci il tarixə kimi olan dövrdə maliyyə-təsərrüfat fəaliyyətininin təftişi zamanı bank çıxarışlarındakı məlumatların dəyişdirilərək saxtalaşdırılması, bank hesablarında olan vəsaitlərin, o cümlədən konsulluq əməliyyatları üzrə dövlət rüsumlarının təyinatından başqa hesablara köçürülməsi yolu ilə mənimsənilməsi halları müəyyənləşib.
Aşkar edilmiş maliyyə pozuntularının ciddiliyi nəzərə alınaraq təqsirkar vəzifəli şəxslər barəsində müvafiq tədbirlər görülməsi məqsədilə yoxlama materialı Dövlət Təhlükəsizliyi Xidmətinə təqdim edilib.