2018-ci ilin aprelindən Muxtar Babayevin qəfil heç kimin gözləmədiyi halda Ekologiya və Təbi Sərvətlər naziri təyin edilməsi ictimaiyyət tərəfindən birmənalı qarşılanmadı. Xatırladaq ki, buna qədər cənab Muxtar Babayev 2-3 il SOCAR-ın Ekologiya üzrə vitse-prezident vəzifəsində də işləmişdi. Amma onun bu təcrübəsi Azərbaycan boyda bir ölkənin ekoloji problemlərinin həll olunmasına kifayət edirdimi? Əsla.
Bəs Muxtar Babayevin bu təyinatından sonra ETSN-də nələr dəyişdi? Bəli, təsdiq etmək olar ki, ilk günlərdən nazirlikdə köklü kadr dəyişiklıkləri baş verdi. Muxtar Babayevin vaxtı ilə SOCAR-da çalışdığı bütün döst-tanışları, qohumların hamısını Nazirliyə transfer etdi. Onların hamısına demək olar ki, nazirlikdə bir sıra aparıcı vəzifələr tapşırıldı. Az keçməmiş nazirliyin Nəqliyyat və Kompleks Mexaniki Təminat İdarəsinin direktoru vəzifəsinə , əslən Qubadan olan həmyerlisi nazirin əmisioğlu kimi özünü bəyan edən Fizuli Babayev təyin edildi. Yəni, təbii ki, bu adam da SOCAR-dan transfer olunanlardan biri hesab olunurdu.
Bəs Fizuli Babayevin direktoru olduğu Sahələrarası Nəqliyyat və Kompleks Mexaniki Təminat İdarəsinin fəaliyyəti nədən ibarətdir? Qurumun balansında ətraf mühitin mühafizəsi və ekoloji təhlükəsizliyin təmin edilməsi məqsədilə istifadə edilən xeyli sayda nəqliyyat vasitələri var. Bu nəqliyyat vasitələrinin hərəkət cədvəlindən tutmuş, bütün maddi-texniki məsələlər də məhz sözügedən idarənin səlahiyyətlərinə daxildir.
Qələm dostumuz, araşdırmaçı jurnalist Telman Məmmədovun son 3 ildə dövlət büdcəsindən Ekologiya və Təbii Sərvətlər Nazirliyi Sahələrarası Nəqliyyat və Kompleks Mexaniki Təminat İdarəsinə ayrılmış vəsaitlərin hansı məqsədlər üçün sərf olunması ətrafında apardığı unikal araşdırmalar diqqəti cəlb etməyə bilməzdi.
Araşdırmalar zamanı Fizuli Babayevin Mexaniki Təminat İdarəsinə direktor təyinatından sonra keçirilmiş tenderlərin necə də formal və qanunvericiliyin tələblərinə cavab vermədən keçirilməsi və talan edilən büdcə vəsaitlərinin bir qismi konkret faktlara istinad edilməklə göstərilirdi. Bu araşdırmalara keçməzdən əvvəl onu xatırlatmaq istəyirik ki, Fizuli Babayev son 3 ildə vəzifə səlahiyyətindən və qulluq mövqeyindən süi-istifadə hallarına çoxsaylı yol vermələri araşdırmalarımız zamanı konkret faktlarla üzə çıxarılsa da, nazir M.Babayev öz həmkəndlisi olan F.Babayevi korrupsiya cinayətlərindən yayındırmaq üçün nüfuzundan və ona arxa olan dayaqlarının köməkliyindən istifadə edərək təqaüd yaşına iki ay qalmış onu ETSN-də oxşar bir vəzifəyə təyin etmişdir. Lakin araşdırma yazılarımızın davam etməsi və ciddi korrupsiya faktlarının respublikanın yuxarı direktiv orqanları qarşısında dəflərlə qaldırdıqdan sonra nəhayət Baş Prokurorluq məslənin araşdırılmasını F.Babayevin yerinə təyin olunmuş Elxan müəllimə həvalə etmişdir. Yeni idarə rəisinin redaksiyamıza yazdığı 15 iyun 2022-ci il tarixli formal cavab məktubundan isə aydın olur ki, sən demə Fizuli Babayev "Şeyx övladı" imiş. Və bizim də mətbu orqan olaraq bundan xəbərimiz yoxdur. Yəni, təzə rəis köhnə rəisin bütün cinayətlərini ört-basdır edərək rəsmən bildirir ki, "Fizuli Babayev vicdanlı, namuslu bir dövlət qulluqçusu kimi xidməti vəzifəsini layiqincə yerinə yetirmişdir. Sizin yazdıqlarınız öz təsdiqini tapmamaışdır". Bəli, Elxan müəllim əlbəttə ki, belə riyakar cavab məktubunu cənab nazirin təkidilə yazmışdır. Biz isə bir araşdırmaçı mətbu orqan olaraq israr edirk ki, Fizuli Babayev bir talançı, idarəsinə xüsusi təyinatlar üzrə ayrılmış dövlət büdcəsini qulluq mənafeyindən süi-istifadə edərək ələ keçirən bir korrupsionerdir. Nazirliyin Sahələrarası Nəqliyyat və Kompleks Mexaniki Təminat İdarəsinin yeni təyin olunmuş müdiri Elxan da bilə bilə Fizulinin 3 il ərzində törətdiyi və dövlətə milyonlarla manat vurduğu maddi ziyana şərik olmaqla baş vermiş iqtisadi cinayəti ört-basdır etməklə özü böyük cinayətə yol vermişdir.
BƏS FİZULİ BABAYEV TALADIĞI MİLYONLARI İNDİ HARA XƏRCLƏYİR?
Suala konkret cavab olaraq bildirmək istəyirik ki, Fizuli Babayev son 3 ildə büdcədən taladığı və oğurladığı 10 milyonlarla manat vəsaitin kiçik bir hissəsinə ( 4 milyon manata ) nazir Muxtar Babayev üçün 4 ulduz səviyyəli bir şəxsi hotel tikdirir. Mənbənin verdiyi məlumatdan aydın olur ki, hazırda hotel tikintisininin tamamlama işləri yekunlaşmaq üzrədir. Hotelin nazirin hansı etibarlı qohumunun adına rəsmiləşəcəyi də məlumdur. Gələn araşdırmalarımız zamanı nazirin hoteli haqqında geniş məlumat verəcəyik.
Fizuli Babayev nazir Muxtar Babayevə hotel tikdirir
Ona görədə ETSN-nin Sahələrarası Nəqliyyat və Kompleks Mexaniki Təminat İdarəsinin Elxan adlı müdirinin redaksiyamıza verdiyi yalan rəsmi açıqlamasına cava olaraq idarədə baş verən və verməkdə davam edən faktları bir daha dəyərli oxucularımızın diqqətinə çatdırırıq:
Biz bu araşdırmalar zamanı diqqətimizi cəlb edən məqam isə İdarənin sərnişindaşıma, yükdaşıma və torpaq işlərinin görülməsi xidmətlərinin satın alınması üzrə “UNISERVICE GROUP” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağladığı məşhur müqavilədir. Qeyd etdiyimiz xidmətlərin göstərilməsinə Sahələrarası Nəqliyyat və Kompleks Mexaniki Təminat İdarəsi 494 461.3 manat məbləğində hər il vəsait ayırıb.
Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “UNISERVICE GROUP” Məhdud Məsuliyyətli Cəmiyyətinin 27.09.2019-cu il tarixdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 5 manat olan MMC-nin hüquqi ünvanının BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYONU,AZADLIQ PR., ev 196, m. 114, qanuni təmsilçisi kimi isə Mütəllimov Samir Adil oğlu qeyd olunub.
Açıq mənbələrdən əldə edilmiş bu məlumatlardan da göründüyü kimi Sahələrarası Nəqliyyat və Kompleks Mexaniki Təminat İdarəsinin keçirdiyi tenderlərin böyük əksəriyyəti bir neçə MMC-lərlə həyata keçirilib. Yəni idarə bütün işləri daimi müştərilərinə həvalə edir,satınalmalar haqqında qanunun tələblərinə zidd olaraq eyni şirkətlərlə işbirliyi qurur. Hansı ki, həmin MMC-lərin barəsində adlarından başqa heç bir məlumat yoxdur. Baxmayaraq ki,kifayət qədər ciddi məbləğlərdə tenderin qalibləri olublar,amma bu MMC-lərin nəinki bir veb-səhifəsinə, hətta sosial şəbəkə hesablarına belə rast gəlmək mümkün deyil. Bunlar şübhəli məsələlərin birinci tərəfi. İkinci maraqlı tərəf isə ondan ibarətdir ki, tenderlərdə nəqliyyat vasitələri və texnikalar üçün satınalması nəzərdə tutulan ehtiyat hissələri,sürtgü yağları, şin və akkumulyatorların böyük əksəriyyətini sürücülər şəxsi vəsaitləri hesabına alırlar. Bunlar açıq mənbələrdə təbii ki, göstərilmir. Bunları biz müxtəlif yollarla,şəxsi mənbələrimiz vasitəsi ilə öyrənə bilmişik. Bəs ayrılan milyonlarla dövlət vəsaiti hara gedir? Suala cavab verməzdən öncə məsələnin digər tərəfini, yəni tenderlərin əslində regionlarda necə həyata keçirilməsi prosedurunun hansı maxenasiyalarla baş verməsini, idarədə kimlərin bu məslələri hansı mexanizmlə idarə etməsinin təfərrüatını yerlərdəki mənbələrimizin köməkliyi sayəsində aşkarlaya bilmişik. İdarə rəisinin göstərişilə 2019-cu ildə Nizamnamə kapitalı 5 manat olan MMC-nin hüquqi ünvanının BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYONU,AZADLIQ PR., ev 196, m. 114, qanuni təmsilçisi kimi isə Mütəllimov Samir Adil oğlu kimi qeydiyyatdan keçən mmc ilə idarəarasında hər iltəxminən yarım milyon manat civarında tender müqaviləsi bağlamaqla regionlardakı meşə təsərrüfatı mərkəzlərinin tabeliyində olan ərazilərdən dövlət təşkilatlarının quru oduncaqla təchiz olunması məsələsinin həllini tapması nəzərdə tutulurdu. Belə ki, idarənin özünün bu işlərin icrası üçün kifayət qədər texnika və yük avtomobillərinin olmaması səbəbindən idarə tender vasitəsilə əldə etdiyi milyonları rayonlarda fəaliyyət göstərən fiziki şəxslərə məxsus avtomobillərin meşə materiallarının daşınmasına cəlb etmək məqsədilə sürücülüərlə “UNISERVICE GROUP” Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbəri Samir Mütəllimov arasında yay fəsli üçün xidməti müqavilə bağlanırdı. Həmin müqavilələrdən birini bağlayan sürücülərdən birinin sözlərinə görə bizi ETSN nümayəndəsi olan və idarənin Qəbələ-İsmayıllı regionu üzrə kuratoru təyin edilmiş Elsevər adlı birisi tərəfindən bütün işlər tənzimlənir. Belə ki, Oğuz, Qəbələ, İsmayıllı rayonları üzrə meşələrdən yerli sakinlərin icazəli meşə materiallarının daşınması xidmətilə məşğul olan sürücülərə müraciət edərək onlarla bir şərtlə meşəyə buraxılmalarını razılaşır. Hər rayon üzrə 3 nəfər yük avtomobili olan sürücü əvvələcə Elsevərin şəxsi avtomobilinə oturdularaq Bakı şəhərinə, daha dəqiq desək Xırdalan şəhərində erləşən Fizuli Babayevin idarəsinə təşrif buyurulur. Müdirin “kassası” hesab edilən Xosrov müəllimin təlim və tövsiyələrindən sonra mmc müdiri Samir Mütəllimov idarəyə dəvət edilərək hər bir sürücü ilə ayrı ayrılıqda xidməti müqavilələrə imzalanır. Sürücülərə bank kartları tərtib edilərək təqdim edilir. Və onlara başa salınır ki, hər ay onların kart hesablarına mmc tərəindən köçürülən 4500-4800 manat pullar hesaba oturdulduqdan dərhal sonra gətirib verməlidirlər Qəbələnin Vəndam kəndində yaşayan və Fizuli Babayevlə uzaq qohumluq əlaqələri olan Elsevərə. Rəsmi sövdələşmədən sonra Xosrov müəllim onları gəldikləri rayonlara yola salır. Son 3 ildə beləcə ETSN Regional Meşə Təsərrüfatı Mərkəzləri üzrə Elsevər kimi 1 nəfər kurator olamqla bu iş beləcə düzülüb qoşulur. Şəki Regional Meşə Təsərrüfatı üzrə idarənin kuratorunun adı isə Vüqardır. O da öz növbəsində Xosrov müəllimin göstərişlərinə uyğun olaraq Balakən, Zaqatala, Qax və Şəki rayonları üzrə meşələrlə əlaqəsi olan hər rayon üzrə 3 nəfər sürücü taparaq onlarla əvvəlcə gizli sövdələşir, hər birinin adına rsəmi müqavilə bağlanmaqla bank kartı təşkil edilir. Bundan əlavə mənbə onu da bildirdi ki, biz sürücülər tərəfindən guya meşə materialı olan yüklərin daşınması zamanı avtomobilimizin sürtkü materialı, şinləri və yanacaqla təmin olunması üçün də mmc tərəfindən xeyli vəsaitin ayrılması nəzərdə tutulur. Məsələn, hər bir yük avtomobili üçün 3000 manatlıq yanacaq formal yazılır. Sürücülər də özləri demişkən “Çörəklərinin xatirinə” belə şərtlər altında müqavilələr bağlamağa razı olurlar. Və hərdən 80-100 manat qarşılığında real yükləri də idarə və təşkilatlara daşıyırlar. Amma hər dəfə onların bank hesabına 400-4800 manat əməkhaqqı köçürüləndə yerli vergi orqanları onlardan aldıqları vəsaitin vergisininin ödənilməsini tələb edirlər.Və bu məsələ deyilənə görə həll olunmamış qalmaqdadır. Yerdə qalan bütün proseslər formal olaraq kağız üzərində sənədləşdirlir. Tender “qalibi” olmuş 5 manatlıq Nizamnamə kapitalının sahibi, “UNISERVICE GROUP” Məhdud Məsuliyyətli Cəmiyyətinin sədri S.Mütəllimov isə reallıqda 5-10 manat qarşılığında bir etibarlı alət kimi istifadə edilir və edilməkdədir. Sonda dövlət büdcəsindən ayrılan milyonları qazanan isə Nəqliyyat və Kompleks Mexaniki Təminat İdarəsinin direktoru Fizuli Babayev, Xosrov müəllim və yerlərdəki kuratorlar olan Elsevər və Vüqar kimilər olur. Budur, Elsevərin özünün də etiraf etdiyi kimi qısa müddətdə 2 möhtəşəm evə və 3 təzə minik avtomobilinə sahib olmuşdur. ( yazılan faktları Elsevər bəyin 1 saat 06 dəqiqəlik səs yazısında səmimi olaraq etiraf da olunmuşdur) Və sənəd 4 dəfə hüquq-mühafizə orqanlarına tədbir görülməsi üçün təqdim edilsə də, nazir buna imkan verməmişdir ki, irimiqyaslı cinayətlər üzə çıxsın. Bütün bunlara rəğmən xatırlatmaq istəyirik ki, sağlamlığımız hesabına yaratdığımız müstəqil Azərbaycan hüquqi dövlətdir və bu dövlətdə "meşə qanunları" işləməyəcək.
Bir sözlə, biz təkcə bir epizod üzrə, yəni, “tender qalibi” olmuş “UNISERVICE GROUP” Məhdud Məsuliyyətli Cəmiyyəti üçün hər il dövlət büdcəsindən ayrılan milyonların reallıqdakı taleyinə qismən aydınlıq gətirdik. Və bu prizmadan yanaşmaqla Fizuli Babayevi idarəsinin müxtəlif təyinatlar üzrə ayrıayrı etibarlı mmc-lərlə bağladığı müqavilərərin sonradan necə formal həyata keçirilməsini də digərləri üzrə araşdırıb detalları ilə üzə çıxarmaq olar.
Hələlik qələm dostumuz T.Məmmədovun qalan araşdırmasını da təqdim edirik:
Qurum fiziki şəxs Fərzəliyev Sabir Təvəl oğlu ilə 10.07.2020-ci il və 06.05.2021-ci il tarixlərdə nəqliyyat vasitələri və texnikalar üçün ehtiyat hissələri, şin və akkumulyatorların satın alınması üzrə müvafiq olaraq 563473.6 və 570501.68 manat məbləğində satınalma müqaviləsi bağlamışdır. Bu yuxarıda qeyd etdiyimiz xidmətlərin satınalmasına on ay ərzində 1 133 975 manat vəsaitin ayrılması deməkdir. Buraya nəqliyyat vasitələri və texnikalar üçün müxtəlif akkumulyatorların satın alınması üçün ayrılmış 121556.52 manatı da əlavə etsək, bu on ay ərzində bir fiziki şəxslə 1255531 manat satınalma müqaviləsinin bağlanılması deməkdir.
Bəs Fərzəliyev Sabir Təvəl oğlu kimdir? Fiziki şəxs kimi Quba rayon Vergilər İdarəsində Dövlət qeydiyyatına alınıb. Prezident İlham Əliyevin 31 dekabr 2020-ci il tarixli Sərəncamına əsasəsən Azərbaycan Respublikasında kənd təsərrüfatının inkişafında xidmətləri olan şəxslərın təltif edilməsi siyahısında Fərzəliyev Sabir Təvəl oğlu 3-cü dərəcəli “Əmək” ordeni ilə təltif olunduğu barədə məlumat var. Sözügedən şəxsın bir fiziki şəxs olaraq kənd təsərrüfatının inkişafında nə kimi xidmətləri olub,deyə bilmərik, amma respublikanın şimal bölgəsində bir çox müəssisələrin elan etdiyi tenderlərin qalibi olması barədə məlumatlar yetərincədir. Sahələrarası Nəqliyyat və Kompleks Mexaniki Təminat İdarəsinin elan etdiyi tenderin qalibi olmasında da çox güman ki,bir yerli kimi Fizuli Babayevin rolu olub.
Qurumun ikinci bir daimi müştərisi “ESE” Məhdud Məsuliyyətli Cəmiyyətidir ki,30.07.2019-cu il tarixdən 18.11.2020-ci il tarixə qədər Ekologiya və Təbii Sərvətlər Nazirliyinə tabeli bir neçə qurumun keçirdiyi 12 tenderin qalibi olub. Onlardan 4-də Sahələrarası Nəqliyyat və Kompleks Mexaniki Təminat İdarəsinin payına düşür.
Sahələrarası Nəqliyyat və Kompleks Mexaniki Təminat İdarəsinin inzibati binasının (B) əsaslı təmiri işləri”nin satın alınması üzrə 157 624.49, Sahələrarası Nəqliyyat və Kompleks Mexaniki Təminat İdarəsinin inzibati binasının (A) təmiri, abadlaşdırma işlərinin satınalınması üzrə 294 831.08, Sahələrarası Nəqliyyat və Kompleks Mexaniki Təminat İdarəsinin ərazisində yerləşən obyektlərin əsaslı və cari təmiri işlərinin satın alınması üzrə müvafiq olaraq 189 567 və 49 812 manat məbləğində satınalmaların qalibi olub.
Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “ESE” Məhdud Məsuliyyətli Cəmiyyətinin 08.09.1993-cü il tarixdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 20 manat olan MMC-nin hüquqi ünvanının BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYONU,CƏFƏR XƏNDAN, ev 3,m. 23, qanuni təmsilçisi kimi isə Mehdizadə Hafiz Muqbil oğlu qeyd olunub.
Təminat İdarəsinin daha bir daimi müştərisi isə “İRMİS” Məhdud Məsuliyyətli Cəmiyyəti olub. 2019-cu ilin iyul ayından 2020-ci ilin iyun ayına qədər Sahələrarası Nəqliyyat və Kompleks Mexaniki Təminat İdarəsi Nəqliyyat vasitələri və texnikaların icarəsi xidmətinin satın alınması üzrə 514 428.08 manat,Nəqliyyat vasitələri və texnikaların icarəsi üzrə 226 189.48 manat, Nəqliyyat vasitələri və texnikalar üçün müxtəlif şinlər üzrə 264 718.84 manat, Nəqliyyat vasitələri və texnikalar üçün ehtiyat hissələri üzrə 296 484.59 manat,yəni ümumi olaraq 1 301 820 manat məbləğində müqavilə bağlamaşdır.
Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “İRMİS” Məhdud Məsuliyyətli Cəmiyyətinin 05.02.2013-cü il tarixdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanının BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYONU, MƏHƏLLƏ 3097, ev ETK 2, qanuni təmsilçisi kimi isə Babuşov Hüseyn Baba oğlu qeyd olunub.
Sözügedən şəxsin maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair cavabdeh qismində məhkəməyə cəlb olunması barədə internet resusrslarında məlumatlar var. Son bir ildə Ekologiya və Təbii Sərvətlər Nazirliyindən 1,3 milyon manatlıq tender müsabiqəsi udan şirkət barədə açıq internet resurslarda heç bir məlumat mövcud deyil.
Daha bir daimi müştəri isə “AZƏRMAŞ GROUP” Məhdud Məsuliyyətli Cəmiyyətidir.Yolsuzluq şəraitində hərəkət edə bilən 28-30 yerlik avtobusların satın alınması üzrə 168 000 manat, yüksək keçicilik qabiliyyətli yük-sərnişin tipli nəqliyyat vasitələrinin satın alınması üzrə 136 800 manat, tam ötürücülü bortlu yük avtomobillərinin satın alınması üzrə 288 000 manat,yəni 10 ay ərzində ümumi olaraq 592 800 manat məbləğində satınalma müqavilələri də “AZƏRMAŞ GROUP” MMC ilə bağlanılıb.
Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “AZƏRMAŞ GROUP” Məhdud Məsuliyyətli Cəmiyyətinin 24.01.2019-cu il tarixdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanının BAKI ŞƏHƏRİ NƏSİMİ RAYONU, SÜLEYMAN RƏHİMOV, ev 195, m. 8, qanuni təmsilçisi kimi isə Adıgözəlov Rövşən Rəfail oğlu qeyd olunub. Rövşən Adıgözəlov həm də “UNİON LİZİNQ” Açıq Səhmdar Cəmiyyətin qanuni təmsilçisidir.
Sahələrarası Nəqliyyat və Kompleks Mexaniki Təminat İdarəsi “YUQ” balıqçı gəmisinin əsaslı təmiri işləri”nin satın alınması üzrə 01.12.2020-ci il tarixdə 224 385.26 manat,cəmi beş ay sonra 19.04.2021-ci il tarixdə 224 063.19 manat satınalma müqavilələri “SAQA GƏMİ TƏMİRİ” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlamışdır.
Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “SAQA GƏMİ TƏMİRİ” Məhdud Məsuliyyətli Cəmiyyətinin 08.08.2017-ci il tarixdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 100 manat olan MMC-nin hüquqi ünvanının BAKI ŞƏHƏRİ XƏTAİ RAYONU, AFİYƏDDİN CƏLİLOV, ev 6, m. 3, qanuni təmsilçisi kimi isə Qədirov Nəriman Qüdrət oğlu qeyd olunub.
Sonda əldə etdiyimiz bir məlumatı da xatırlamaq yerinə düşədi ki, cənab Fizuli Babayevin son illər törətdiyi irimqyaslı korrupsiya hüquqpozmalarına görə nazir M.Babayev onu cinayət məsuliyyətindən xilas etmək üçün təqaüd yaşına 2 ay qalmış cari ilin martın 1-dən vəzifəsindən azad etmişdir. Və ara sakitləşəndən sonra şəriki və əmisi oğlu olan F.Babayevə aprelin 2-dən nazirliyin bütün mexanika və nəqliyat sisteminə nəzarət edən müşavir vəzifəsinə təyin etmişdir. Təkrar yazılarımızdan sonra isə cənab nazir dostu və "kassiri" hesab etdiyi F.Babayevi sonuncu iş yerindən azad edərək, tamamailə başqa bir dövlət strukturunda şəxsi xahişlə işlə təmin etmişdir. Bəs görəsən hörmətli Fizuli müəllim tövbəsini pozub yenə də dövlət büdcəsinin talançılığı ilə məşğul olmayacaq ki? Bax bu suala indi cavab vermək bizim üçün çətin olsa da cənab nazir üçün bir o qədər asandır. Çünki, ƏMR onun ƏMRİDİR.
P.S. Yazıda adları çəkilən hər br şəxsin mövqeyini işıqlandırmağa hazırıq.
P.S.S. Əlimizdə bütün yazılanları təsdiq edən səs yazısı mövcuddur və hüquq-mühafizə orqanlarına təqdim edilmişdir.
İFADETV.COM-un araşdırma qrupu