“Mən həyatda olmayanda övladlarım necə yaşayacaq? Onlar mənim yanımda, sıradadırlar…”
Belarus prezidenti Aleksandr Lukaşenko bəyan edib ki, prezident olmaqdan yorulub.
İfadetv.com Moderator.az-a istinadən xəbər verir ki, o, bu barədə “Xatın” xatirə kompleksini ziyarət edərkən jurnalistlərlə söhbətində bəyan edib.
“Deyirlər ki, görəsən, Lukaşenko orada daha nə qədər qalacaq…” Bura baxın, mən artıq təngə gəlmişəm. Mən heç bilmirəm ki, ümumiyyətlə, nəyin hesabına bu qədər qalıram…Bir azdan 30 ilim tamam olacaq: gündüz də, gecə də üzəngidəyəm”, – prezident bəyan edib.
Belarus lideri indiyədək nədən öz postunda qalmasını izah edib.
O, deyib ki, ona görə vəzifədən getmir ki, qohumları və yaxın ətrafı üçün narahatdır.
“Digər tərəfdən, düşünürəm: “Yaxşı, hər şeyə tüpürüb getdim. Böyük mənada heç kim mənə daş atmaz”. Bəs sizinlə nə baş verəcək? Kim zəmanət verə bilər ki…
Yaxşı, biz normal insanları ( bizdə belələri kifayət qədərdir) hakimiyyətə gətirdik. Onların hakimiyyəti qoruyub saxlamasına zəmanət varmı? Zəmanət yoxdur.
O zaman yavaş-yavaş yuxarıdan və ya aşağıdan sizin dərinizi soymağa başlayacaqlar. Və mən sağ qalsam, necə yaşayacağam? Yaxud mənim övladlarım, mən olmayanda necə yaşayacaqlar? Axı, onların hamısı mənim yanımdadır, sıradadırlar”, – o, bəyan edib.
Lukaşenko əlavə edib ki, vəzifədən ona görə getmir ki, yaxın ətrafının təzyiqi altındadır və onları pis vəziyyətdə qoymaq istəmir.
“Düşünürəm ki, siz ki, barrikadalarda dayanıb mənə dəstək verirsiniz, orada məndən hansısa büt yaradırsınız, mən də sizi pis vəziyyətə sala bilmərəm. Sizi deyəndə, əsl dövlət qulluqçularını, ölkə üçün can qoyanları nəzərdə tuturam. Siz bunun ən məsuliyyətli iş olsuğunu təsəvvür edə bilməzsiniz”, – Belarus prezidenti sözlərinə yekun vurub.
İfadetv.com