Qərbin xüsusi xidmətləri təcavüzkar ölkə olan Rusiyanın Prezidenti Vladimir Putinin faktiki ləvğ edilməsi ssenarisini işləyib hazırlayırlar. Bu tapşırıq nəzəri cəhətdən həyata keçirilib - baxmayaraq ki, Putinin çox səviyyəli mühafizəsi var.
Bu fikri «OBOZREVATEL»ə eksklüziv müsahibəsində Ukrayna Xarici Kəşfiyyat Xidmətinin keçmiş rəhbəri (2005-2010), ordu generalı Nikolay Malomuj səsləndirib.
«Nəzəri baxımdan Putinin fiziki məhv edilməsi planına baxılır» - o, deyib.
Generalın izah etdiyi kimi, hazırda Qərb bu planı reallaşdırmaq niyyətindədir.
Eyni zamanda o, inandırıb: əgər Putin Ukraynaya qarşı nüvə silahı işlətməyə qərar versə, bütün üsullar məqbul olacaq və o zaman onun aradan götürülməsi ssenarisi gündəlikdə olacaq. «Ola bilsin ki, onun məhvinin bir neçə ssenarisi tətbiq oluna bilər, çünki o, təkcə Ukrayna üçün yox, bütün dünya üçün təhlükə yaradacaq. Çünki nüvə silahı nə ölkə, nə millət tanımır».
General xəbər verib ki, Rusiya diktatorunun çox səviyyəli mühafizəsi var, amma bunun da öhdəsindən gəlmək olar.
«Müdafiənin 5 sistemi yaradılıb - onun şəxsi təhlükəsizliyi sistemindən tutmuş, FTX, DİN və kəşfiyyata qədər. Qeyri-rəsmi xüsusi xidmət də var ki, daim onunla işləyir. O, mənzilini və dislokasiyasını dəyişir. Ona qədər mühafizə variantı və şərti diversantların və terrorçuların oriyentasiyasının pozulması variantı var. Amma bütün bunları «hesablamaq» olar» - o, bəyan edib.
AzPolitika.info