Türkiyədə azərbaycanlı deputatın oğlu oğurlanıb. Deputatdan oğlunun sərbəst buraxılması üçün 10 milyon dollar tələb olunub.
İfadetv.com-un Musavat.com-a istinadən verdiyi xəbərə görə, danışıqların nəticəsi olaraq oliqarx-deputat (keçmiş yüksək vəzifəli məmur) oğlunun sərbəst buraxılması qarşılığında 5 milyon dollarından keçməli olub.
Əldə etdiyimiz xəbərə görə, deputatın oğlunu oğurlayanlar separatçı kürd qruplaşmanın üzvləri olublar.
Qeyd edək ki, oliqarx-deputatın oğlu 5 milyon dollar ödənildikdən sonra sərbəst buraxılıb. Onun hazırda Bakıda olduğu bildirilir.
Hadisənin təfərrüatı ilə bağlı əlavə məlumat verəcəyik.
Xatırlamaq yerinə düşər ki, Azərbaycandan xaricə xüsusi missiya- biznes adı altında xalqdan oğurlanmış milyonlarla çirkli pulların yuyulması işini həyat keçirmək üçün hazırda xarici ölkələrdə yaşayan məmur oğlu bir deputatla məhdudlaşmır. PA-nın müdiri cənab Samir Nuriyev və İqtisadiyyat naziri cənab Mikayıl Cabbarovun övladlarından başqa hazırda elə bir məmur oğlu və ya qızı qalmayıb ki, təhsil ə ya biznes adı altında xarici ölkələrdən birinə göndərilməsin. Onların hamısının fəaliyyətidədlərinin Azərbaycandan taladıqları milyonları leqllaşdırmaq üçün belə ənənəvi üsullardan istifadə edirlər. Ona görə də belə oliqarx övladlarından çırpışdırılan haram pulların əsl quldurlara və oğrulara qismət olması adamda təəssüf hissi yaradır. Necə deyərlər, "Oğrudan oğruya halaldır" zərb məsələli yada düşür. Amma bu ənənə halını alsaydı heç də pis olmazdı.
İfadetv.com