Ukraynada başlatdığı müharibə ilə tənqidlərin əsas hədəfinə çevrilən Vladimir Putin ətrafındakı şəxslərlədə yola gedə bilmir. Putin və ona yaxın kadrlar arasında ciddi fikir ayrılıqlarının olduğu və artıq Kremldə etiraz səslərinin eşidilməyə başlandığı bildirilir.
“AzPolitika.info” xəbər verir ki, bu barədə ABŞ-ın nüfuzlu “The Washington Post” nəşri ABŞ kəşfiyyatındakı mənbələrinə istinadla məlumat yayıb.
Məlumatlı mənbə bildirib ki, Ukrayna müharibəsi ilə bağlı Putinin yaxın kadrları arasında gərginlik yaşanıb və onlardan biri şəxsən Putinə etiraz edib və ikili arasında ciddi gərginlik yaranıb.
Xəbərdə qeyd olunur ki, ABŞ kəşfiyyatı bu məlumatları Prezident Baydenlədə paylaşıb. Mənbələr həmçinin qeyd ediblər ki, Putinin yaxın ətrafı müharibənin idarə olunması və qəbul edilən qərarları şübhə altına almağ başlayıblar.
Nəşr hansı məmurun Putinə etiraz etdiyini yazmasa da, bu adın rəsmi kəşfiyyat sənədlərində yer aldığı bildirilib.