Bakı (Az 1072) Nərimanov rayonu, Aşıq Alı küçəsi, ev7/19,mən.,141- ünvanda yaşayan Məmmədova Gülsüm Əsgər qızı tərəfindən ölkə rəhbərliyinə müraciət ünvanlanıb. Bir nüsxəsi də İfadetv.com-a daxil olan müraciət redaksiya tərəfindən araşdırılmağa başlamışdır. Gülsüm xanımın ifadəsinə görə onun dövlət başçısına müraciətindən sonra Naxçivanda yaşayan qohum-əqrəbaları da Talıbovların onlara qarşı qəzəbindən çox narahatçılıq keçirmişlər. Lakin Baş prokurorun əmri ilə Talıbov Məhərrəm vətəndaşa qarşı törətdiyi total talançılıq, özbaşnalıq, qarət faktına görə dərhal vəzifəsindən azad edilmişdir. Hazırda araşdırma getdiyi bildirilir. Vahid Məmmədovun ailəsi hazırda hüquq-mühafizə orqanlarından onların iş üzrə zərərçəkən kimi tanınmasından sonra dəymiş maddi ziyanın, son 18 il ərzində əldən çıxmış faydanın hesablanaraq onlara qaytarılmasına ümid edirlər. Ailənin varisinin müraciətinin ictimai əhəmiyyət kəsb etməsini nəzərə alaraq onu olduğu kimi dəyərli oxucularımıza və qanuni tədbirlər görülməsi üçün aidiyyatı üzrə hüquq-mühafizə orqanlarının nəzərinə çatdırırıq:
"Çox hörmətli cənab Prezident! Son 27 il ərzində Naxçivan Muxtar Respublikasında Talıbov Vasif və Məhərrəm qardaşlarının törətdiyi cinayətlərin sayı-hesabı yoxdur desək yanılmarıq. Bu dəstənin əlindən əziyyət çəkən Naxçıvanda yaşayan minlərlə ailələrdən biri də bizim ailəmiz olub. Belə ki, 1957-ci ildə Naxçivan şəhərində anadan olmuş həyat yoldaşım Məmmədov Vahid Rza oğlu 1984-cü ildə Heydər Əliyev prospekti 17-də tikilib istifadəyə verilmiş "Təbriz" hotelinin yanındakı "Təbriz" restoranında 1983-cü ildən 1989-cü ilə kimi əsas işçisi kimi sənədləşdirilərək işləmiş, daha sonra isə1990- 2003-cü ilin dekabrın 26-dək tək sahibi olmuşdur. Vahid "Təbriz" restoranını yenidən qurmuş, bütün lazım olan avadanlıqlarla, mebellərlə, xalçalarla tam təchiz etmişdir. 1993-cü ilədək restoran kimi fəaliyyət göstərsə də, 1994-2004-cü ilədək bu restoran Naxçivan şəhərində ən böyük ( 600 yerlik ) şadlıq evi kimi də fəaliyyətini davam etdirmişdir.
Vahidin restoranı 1990-1993-cü illər ərzində Ulu Öndərin şəxsi tapşırığı əsasında Naxçivana gəlmiş rəsmi qonaqlara da xüsusi xidmətlər göstərmişdir, tədbirlərin keçirilməsinə şərait yaratmışdır. Bunun üçün Vahid müəllim Almaniyadan dəyəri 20000 dollara olan xüsusi çılçıraqlar, İrandan ən böyük ölçülü, bahalı xalılar, Rusiyadan böyük gücə malik generatorlar, avadanlqlar gətirib şadlıq evini zənginləşdirmişdir. Elə həmin şadlıq evində Vasif Talıbovun bacısının, qardaşının da toy məclisləri təşkil edilmişdir. Lakin çox təəsüflər olsun ki, 2003-cü ilin dekabrın 26-da növbəti toy mərasiminin keçirilməsinə hazırlıq görüldüyü zaman Vasif Talıbovun qardaşı Məhərrəm Talıbov bir dəstə qolu zorlu qoçularla şadlıq evinə daxil olaraq işləri dayandırmış və şəxsi heyətin dərhal restoranı tərk etmələri tələb olunmuşdur. Qapılar içəridən bağlanmış və Məhərrəmin 10 nəfərlik quldur dəstəsi soyğunçuluğa başlamışdır. Yəni, seyfdə olan bütün sənədlər, pul, şəxsi əşyalar yağmalanmış və bu günə qədər qaytarılmamışdır. Elə həmin günü quldur dəstəsi restoranın bütün qapılarının kilidlərini dəyişmiş, mühafizəni gücləndirmişlər. Təlaşa düşən restoran işçilərinə və kimsəyə heç bir açıqlama vermədən zoraçılıqla şadlıq evini ələ keçirmişlər.
Xatırladaq ki, uzun müddət Vahid Məmmədov "Təbriz" restoranını işlətdiyinə görə Naxçıvanda o "Təbriz Vahid" ləqəbilə tanınırdı. Belə bir zoraçılıq və əmlakının Talıbovlar tərəfindən ələ keçirilməsindən sonra 2004-cü ilin əvvəlində ona edilən müxtəlif təzyiqlərdən sonra Vahid Məmmədov evini-eşini tərk edərək Naxçivandan Bakıya köçməli olmuşdur. Bu dəhşətli hadisədən sarsılan Vahid ürək əməliyyatı keçirmiş, şəkər xəstəliyinə tutulmuşdur. Vahidə təzyiqlə onun Naxçivanda yerləşən ata yurdu olan evini də məcbur edib dəyər dəyməzinə satdırmışlar ki, bir daha Naxçivana qayıtmaq fikrinə düşməsin. 2016-cı ilin əvvəlində Vahid qəfil olaraq 59 yaşında dünyasını dəyişmişdir.
Çoxhörmətli, cənab Prezident Bir daha nəzərəinizə çatdırmaq istəyirik ki, ailəmizin büdcəsi və uzun müddət sahibkarlıq fəaliyyəti zamanı əldə etdiyi və qurub yaratdığı "Təbriz" restoranının genişləndirlməsi, təchizatı, işçilərin saxlanması, təmiri, və s. işlərin görülməsi üçün qurub yaratdığı bir obyektin Talıbov Vasif və Məhərrəm tərəfindən heç bir səbəb göstərilmədən zoraçılıqla əlindən alınması ailəmizə məxsus şəsxi mülkiyyətə qəsb hesab olunur. Və Sizdən çox xahiş edirik ki, "Təbriz" - indiki "Zümrüd" restoranının simasız quldurlardan alınaraq ailəmizə qaytarılması üçün DTX rəisi cənab Əli Nağıyevə göstəriş verəsiniz ki, məsələ yerində araşdırılsın və bu illər ərzində ailəmizə dəymiş ziyan tam ödənilməklə, obyekt ailəmizin mülkiyyətinə qaytarılsın. Əvvəlcədən ailəmizin adından minnətdarlığımızı bildiririk".
İddia olunanlarla bağlı fadetv.com olaraq qarşı tərəfi də dinləməyə hazırıq...