Naxçıvan Muxtar Respublikası Ali Məclisinin keçmiş sədri Vasif Talıbovun adı ətrafında yaranmış ajiotaj səngimək bilmir. V.Talıbov vəzifədən gedəndən sonra da onun personasına maraq azalmayıb.
iFADETV.COM xəbər verir ki, "Yeni Sabah" saytı keçmiş sədrlə bağlı maraqlı məlumat əldə edib.
Belə ki, Talıbovlara yaxın şəxslərdən birinin məlumatına görə, sözügedən ailə Londondakı dəbdəbəli villasını satışa çıxarıb. Bu məqsədlə Böyük Britaniyada əmlak satışı ilə məşğul olan tanınmış şirkətlərdən biri ilə müqavilə imzalanıb.
Mənbə deyib ki, Vasif Talıbovun Londondakı villası 40 milyon funt sterlinqə başa gəlsə də, daha ucuz qiymətə satışa çıxarılıb.
Məlumatlı şəxs Talıbovların Bakı və Naxçıvamdakı villalarını da satmağa hazırlaşdıqlarını deyib.
Əldə etdiyimiz məlumatlardan məlum olur ki, Talıbovların bütün ölkə daxili və xaricində olan villalarını, əmlaklarını satıb vaxtilə oğurladığı pulların hamısını qaytarmağa vadar edirlər. Bəs görəsən çıxılmaz vəziyyətdə qalan Talıbov da Ziya Məmmədov, Elmar Məmmədyarov, Tağı Əhmədov, Eldar Mahmudov, Əbülfəz Qarayev və neçə neçə sabiqlər kimi oğurladıqları büdcə vəsaitlərini vaxtında qaytara biləcəkmi, yoxsa Cahangir Hacıyev kimi, Səlim Müslümov kimi simiclik edib həbsxanalara yollanacaqmı? Zaman göstərəcək.