Bildiyimiz kimi Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev 11 aprel 2018-ci il seçkilərindən dərhal sonra islahatlara başladı və bir sıra nazirliklərdə, həmçinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində də korrupsiya halları səbəb göstərilərək dəyişikliklər edildi. Nazir Səlim Müslümov yeni gənc kadr hesab edilən Sahil Babayevlə əvəzləndi. Nazirlikdə baş verən bu dəyişikliklərdən sonra sadə insanlarda bir ümid yaranmışdı ki, daha əvvəlki korrupsiya hallarına son qoyulacaq, pensiya və ünvanlı yardımların təyinatında şəffaflıq yaranacaq. Amma... nazirlikdə illərini bu sahədə keçirmiş təcrübəli peşəkar mütəxəssislər dərhal “qohum-qəbilə” prinsipinə əsaslanan dövlət qulluğunda bir gün də stajı olmayan və ümumiyyətlə, dövlətçilik təfəkkürü olmayan, yalnız rəhbərin ağzına baxan yeni adamlarla əvəz olundu. Anaxeber.infoya daxil olan məlumata görə, bu sırada nazir Fizuli Ələkbərovun dövründə Nazirliyin “qara kassası” vəzifəsini uğurla icra edən Heybət İmanovun yenidən Nazirliyə ayaq açması xüsusilə diqqət çəkir. Hesablama Palatasında işlədiyi dövrdə işi gücü Səlim Müslümov və Əjdər Cəbiyev haqqında saytlara yazılar ötürmək olan Heybət İmanov nazir dəyişikliyindən sonra pusquda duran kimi dərhal özünə adam axtarmağa başladı və o adamı tapdı. Özünü elə reklam elədi ki, güya o bu sahənin mütəxəssisidi, onsuz bu sahədə iş getməz. Amma o sahədə işləyənlər yaxşı bilir ki, onun mütəxəsisliyi sosial sahə ilə bağlı qanunvericiliyi üzdən köçürdüb “kitab” yazmaqdan o yana getmir. Belə olmasaydı o üç sözdən ibarət cümlə yazanda otuz səhv buraxan Rza Əhmədovu “rivizor” vəzifəsinə yüksəltməzdi. Heybət İmanovun insanlara “rivizor” kimi sırıdığı Rza Əhmədov Yasamal rayon ƏSMM-də ünvanlı yardımda işçi, direktor müavini sonra isə Əjdər Cəbiyevin himayəsi ilə Xəzər rayon ƏSMM-də direktor müavini işləyib. Bu adam ƏSMM-də işləyənə qədər rayon İcra Hakimiyyətində işə düzəlib ki, ordan asanlıqla digər orqanlara dövlət qulluğuna keçə bilsin və belə də edib. Əks halda test imtahanında iştirak etməli idi. H.İmanovun R.Əhmədova belə yüksək etimadının tək səbəbi isə ortaq iş birliyidir. Mənbənin Anaxeber.infoya bildirdiyinə görə, Heybət İmanov nazirin islahatlara başının qarışdığı bir dövrdə bundan istifadə edib Rza Əhmədovu rayonlara yoxlamaya göndərir ki, getsin idarələrdən nəsə tapıb onu o qədər şişirtsin ki, işçilər qorxusundan tələb olunanı yerinə yetirsin.
Bütün bunlarla faktiki olaraq əqli cəhətdən əlillik dərəcəsi olan Heybət İmanov Nazirliyin Daxili Nəzarət idarəsinin rəisi vəzifəsinə təsdiq olunduqdan sonra nazirlikdə fironluğa başladı. Halbuki Fizuli Ələkbərov işdən çıxarılanda o istintaqa cəlb olunacağı qorxusuyla yaşayırdı. Ən azında bir çoxları H.İmanovun nazirliyin yaxınlığındakı qarajda hansı müdirdən neçə min manat pul aldığını və bu pulu neylədiyini yaxşı bilir. Fizuli Ələkbərovun dövründə başdan ayağa qədər çirkaba bulaşmış belə birisini yenidən nazirliyə yüksək vəzifəyə gətirməklə ətrafı nazir Sahil Babayevə əsl ayı xidməti göstəriblər. Amma məslənin digər tərəfi də vardır ki, H.İmanov son illər sabiq nazir Səlim Müslümova qarşı yaşadığı qisasçılıq hissini həyata keçirmək üçün yüksəldiyi vəzifədə yaxşı fürsət əldə etmişdir. Belə ki, onun əsas hədəfi olan S.Müslümovun işlədiyi nazir dövründə yol verilmiş bütün qanunpozuntu hallarını aşkarlayıb ortalığa çıxarmaq üçün uzun müddət tər tökməli oldu. Ən əsası isə bu məkrli planın həyata keçməsi üçün vxtilə Hesablama palatasında azandığı təcrübə onun işinə yaradı. H.İmanov ilk öncə saxta əlillərin kütləvi surətdə aşkar edilməsinə nail oldu və mənimsənilmiş 30 miyon manatdək büdcə vəsaitinin geri qaytarılmasına nail oldu. Bu nailiyyətindən sonra o S.mslümov dövründə baş vermiş digər qanunpozuntuları hallarını aşkarladıqdan sonra toplanmış materialların hamısını hüquqi qiymət verilməsi üçün Baş Prokurorluğa göndərilməsini Sahil babayevə razı saldı. Bəli, H.İmanov S.Müslümov və Əjdər Cəbiyevin həbsə atılmasıilə öz məqsədinə qismən nail oldu.
H. İmanov 2013-cü ildən fəaliyyətini xrokoloji ardıcıllıqla və tam təfsilatıilə belə araşdırmışdır:
2013-cü ildə nazir olan Müslümov ən böyük sosial qrupla işləmək imkanı qazanıb. Bu nazirlik təxminən 6 milyona yaxın vətəndaşın sosial məsələləri ilə məşğul olub. Onların arasında fərdi uçot sistemində qeydiyyatda olanlar, pensiyaçılar, müavinət alan əlillər, sosial qayğıya ehtiyacı olan şəxslər var. Fərdi uçot sistemində qeydiyyatda olanlar dövlətin sosial müdafiə və sosial təminat xərclərindən bəhrələnməsə də digərləri üçün hər il dövlət büdcəsindən və "pensiya fondu”ndan böyük məbləğdə vəsait ayrılır.
S.Müslümovun nazir işlədiyi 5 illik dövrdə sosial təminat və sosial müdafiə xərcləri sürətlə artırılıb. Bu artımın məqsədi heç də sosial müdafiəni və təminatı yaxşılaşdırmaq yox, korrupsiya üçün yaxşı yem mənbəyi yaratmaq idi. Dövlət vəsaitinin korrupsiya yeminə çevrilməsi sahəsində böyük məharət göstərən Müslümov müxtəlif əsaslandırmalarla sosial təminat və sosial müdafiə xərclərinin sürətlə artırılmasına nail olur.
2013-cü ildə sosial müdafiə və sosial təminat xərclərinə 1,75 milyard manat vəsiat ayrılmışdı və bu, büdcə xərclərinin 9,2 faizinə bərabər idi. S.Müslümov nazir olduqdan sonra, yəni 2014-cü ildə sosial müdafiə və sosial təminat xərclərinə 2 milyard manat və ya büdcənin 10,5 faizi, 2016-cı ildə 2,645 milyard manat və ya büdcənin 14,9 faizi, 2017-ci ildə 2,35 milyard manat və ya büdcənin 13,3 faizi qədərində vəsait xərclənib.
Vəsaitlərin bu qədər artırılması sosial müdafiə və sosial təminat istiqamətində müxtəlif layihələrin reallaşdırılması, əlillik təyin edilən şəxslərin sayının artması hesabına mümkün olmuşdu. Əlillik təyin edilən şəxslərin sayının artırılmasında Müslümov xüsusi "bacarıq” nümayiş etdirə bildi. Həmin illərdə S.Müslümov "Azərbaycanda əlillərin sayı azdır” faktına istinad edərək əlillik təyinatını "asanlaşdırdı”.
Həmin dövrdə Müslümov belə bir fikri daha çox qabardırdı ki, ölkəmizdə əhalinin 5 faizi əlil olduğu halda Rusiyada, Avropada bu göstərici 10 faizdən böyükdür. O, bu müqayisəni əsas götürərək daha çox insanın saxta əlillik almasına şərait yaratdı. Nəticədə 5 il ərzində əlillərin sayı 100 min nəfər artaraq 600 mini ötdü. 2013-cü ilə qədər əlillərin sayı 506 min olduğu halda 2017-ci ilin sonunda 613 min təşkil etdi. Qısa müddətdə əlillərin sayı 18 faizə qədər artdı. Nəticədə pensiya alan əlillərin sayında 331 mindən 384 minə qədər artım baş verdi.
Azərbaycanda sonrakı illərdə də əlillərin sayı artıb. Amma son 3 ildəki artım əvvəlki kimi yüksək deyil. Müslümov nazir postundan uzaqlaşdırılanda 614 min olan əlil sayı hazırda 634 mindir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindəki rəhbər dəyişiklikdən sonra ölkəmizdə çoxlu sayda insanın əsassız şəkildə əlil statusu aldığı aşkarlandı. İndiyə qədər 6500-dən çox saxta əlillik təyinatı aşkarlanıb ki, bu işlərin də ümumi maliyyə yükü 30 milyon manatdan artıqdır. Əgər həmin şəxslərin saxta əlilliyi aşkarlanmasaydı, onlara yaşadıqları dövrdə 735 milyon manat vəsait ödənilməliydi. Onun "peşəkarlığı” sayəsində minlərlə, on minlərlə əlilin haqqı tapdandı, əvəzində çoxlu sayda fırıldaqçı haqqı olmadığı halda müavinət və pensiya aldı.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi müharibə əlilləri, şəhid ailələrini mənzil və avtomobillərlə, əlilləri reabilitasiya vasitələri ilə təmin edir, əmək, məşğulluq və digər sosial müdafiə məsələləri ilə də məşğul olur. Müslümov bu istiqamətlərdə də izafi xərclər yaratmaqla dövlət vəsaitinin mənimsənilməsində, onun korrupsiya yeminə çevrilməsində xüsusi "bacarıq” göstərib.
Bu cür fəaliyyətin nəticəsidir ki, S.Müslümova qarşı cinayət işi açılıb, barəsində həbs qətimkan tədbiri seçilib. İbtidai və məhkəmə istintaqı zamanı hələ bizlərə məlum olmayan başqa faktların aşkarlanacağı yəqindir.