Ukrayna Milli Təhlükəsizlik Xidməti tərəfindən keçən ilin martında öldürülən 45 yaşlı bankir Denis Kiriyev həbsi zamanı Rusiyanın Kiyevə hücum edəcəyi haqqında xəbərdarlıq edib.
İfadetv.com Globalinfo.az-a sitinadən xəbər verir ki, bu məlumatı “Vol Strit Jurnal” qəzeti yayıb.
Nəşrdə bildirilib ki, Kiriyev özünün Rusiyadakı mənbələrindən aldığı məlumatı Ukrayna hərbi kəşfiyyatının rəhbəri Kiril Budanova ötürüb. Qəzet məhz bunun sayəsində Kiyevin müdafiəsini təşkil etməyin mümkün olduğunu yazıb.
Kiriyevin həmçinin müharibənin başlanma tarixi haqqında da Kiyev rəsmilərini məlumatlandıra bildiyi qeyd edilib. Bundan sonra fevralın 24-də Rusiyanın Antonov aeroportuna desant çıxarmaq cəhdlərinin qarşısı alınıb. Nəticədə aeroport ağır döyüşlərdən sonra məhv edilib və Moskvanın planı puç olub.
Bir müddət sonra Kiriyev şəhərin mərkəzində Ukrayna Milli Təhlükəsizlik Xidməti tərəfindən saxlanılıb və naməlum istiqamətdə aparılıb. İnsidentdən 1,5 saat keçdikdən sonra onun cəsədi aşkarlanıb.
Qəzetin bu iddialarına Ukrayna rəsmiləri münasibət bildirməyib. Bununla belə, əks-kəşfiyyat tərəfindən dövlətə xəyanətdə ittiham edilən Kiriyevin ölümündən az sonra verilən bəyanat maraq doğurub. Hərbi kəşfiyyat onun xüsusi tapşırığın icrası zamanı öldüyünü bəyan edib. Daha sonra isə o, qəhrəman kimi dəfn edilib. Hətta V.Zelenski onu dövlətin təhlükəsizliyinin müdafiəsində töhfələrinə görə ölümündən sonra medalla təltif edib.