İsrail Fələstinin radikal HƏMAS hərəkatından Qəzza zolağında atəşkəslə bağlı son təklifə cavab aldığını təsdiqləyib.
Bu barədə İsrailin “Ynet” xəbər portalı məlumat yayıb.
Məlumata görə, İsrail hazırda sənədi öyrənir.
Bundan əvvəl HƏMAS teleqram kanalında hərəkatın vasitəçilərə müsbət cavab verdiyini və müzakirə olunan təklifin həyata keçirilməsi ilə bağlı dərhal danışıqlara başlamağa hazır olduğunu bildirib. Bu qərar Fələstinin bütün fraksiyaları ilə məsləhətləşmələr başa çatdıqdan sonra qəbul edilib.
