Yerli mətbuatda vəzifədən alınacağı xəbəri yayıldı. Ardından isə onun ölkədən 1 milyard dollar nağd pul vəsaiti çıxardığı faktı açıqlandı. Hər birində bu adam susdu. Mətbuatda yazılan xəbərlərə ironik "nə milyard..." reaksiyası ilə diqqətə gəldi. DİA.AZ bildirir ki, onun şəxsi reaksiyası bir yana, aidiyyatı qurumların bu faktları ciddiyə almaması da bir başqa dərddir... Söhbət Baş nazirin birinci müavini Yaqub Eyyubovdan gedir.
DİA.AZ bildirir ki, amma buna rəğmən jurnalistlər ortadakı faktın üzərinə yeriməkdə, əlavə dəlillər təqdim etməkdədir.
Tanınmış araşdırmaçı jurnalist Cavançir Həsənli yeni faktları təqdim edib. Jurnalist aşağıdakı fotofaktı diqqətə çatdıraraq yazır:
Baş nazirin birinci müavini Yaqub Eyyubovun oğlu Orxan Eyyubovun Kanadada Ontario gölü sahilindəki (Oakville) meşəlikdə tikdirdiyi villa.
Orxan Eyyubov Kanada vətəndaşıdır".
Məsələ ilə bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...