Xatırladaq ki, İfadetv.com İnformasiya Agentliyinin araşdırma qrupu tərəfindən son 3 il ərzində təiətimizə tutulan divanlarla bağlı qələmə aldığımız silsilə araşdırma yazıları Avropanın və ya ASİYANIN İSTƏNİLƏN ÖLKƏSİNDƏ oxusaydılar, sadəcə dəhşətə gələrdilər. Baxmayaraq ki, dövlətimizin Ekologiya və Təbii Sərvətlər Nazirliyi adında bur qurumu vardır və strukturun saxlanması üçün büdcədən hər il 100 milyonlarla manat vəsait ayrılır.
Bəs görəsən, dövlətin verdiyi bu 100 milyonların qarşısında Ekologiya Nazirliyi təbiətimizi qorumaq üçün nə iş görür..?
İş görməyi bir kənara. Meşələrimizi mebel mafiyasına satıb məhv edirlər.
Bircə faktı üstü örtülü qeyd edim ki, müxalifət liderlərindən biri neçə ildir meşələrimizin ən sağlam ağaclarını QUNDAQ üçün Türkiyəyə aparıb satıb.
Bəli, bütün bunlar hamısı sabiq nazir Hüseynqulu Bağırovun dövründə baş verib.
Və islahat-reforma adı ilə Muxtar Babayev nazir təyin olunanda cəmiyyətimiz düşündü ki, bəlkə meşələrdə yaşıl terrora son qoyula. Amma ortada müsbət nəticə yoxdur.
Ən dəhşətlisi odur ki, bu məmurların kabinetlərində Ulu Öndərin portreti və onun məşhur sözü asılıb:
"Bir ağacın budağı kəsiləndə elə bil qolumu kəsirlər."
Amma Ulu Öndər Sumqayıtdakı müşavirədə daha sərt sözlər deyib:
"Bu ağacları kəsənlər elə bil balamın başını kəsirlər."
Bundan artıq nə demək olardı.
Bu gün də təbiətimizə qarşı olan terror davam edir.
Bir dəfə yazmışdıq, bir daha qeyd edək ki, erməni vandalların işğal olunmuş rayonlarda təbiətimizə vurduğu ziyanla ETSN-nin bəzi məmurlarının vurduğu ziyan eynidir. Ermənini haradasa başa düşmək olar, düşməndir. Bəs bizim öz məmurlarımız..?
Bax ETSN strukturunda kök salmış bu məmurların aşkar edilərək ictimaiyyətə təqdim edilməsi üçün 3 ildir ki, ciddi araşdırmalarımızı davam etdiririk.
Bəli, ilkin olaraq İfadetv.com-un baş nazır cənab Əli Əsədova və ETSN naziri cənab Muxtar Babayevə ünvanladığı “ETSN-nin Şəki və Qəbələ Regional Meşə Təsərrüfatı Mərkəzi rəhbərliyi tərəfindən Şəki və Oğuz rayonu ərazilərində yerləşən cəmi 2200 ha sıx meşələrin kürünməsi nəticəsində Azərbaycanın Şimal-Qərb zonasının flora və faunasının tamamilə məhv etdiliməsinə icazə verməsi, yəni bəşəriyyət əleyhinə qarşı törədilmiş cinayət əməllərilə” bağlı verdiyimiz 4 fevral və təkrar olaraq 16 fevral 2021-ci il tarixli rəsmi sorğularımıza əvvəlcə bizə məlum olmayan səbəblərdən cavab verilmədiyinə görə birtərəfli qaydada, elə həmin ilin 6 mart tarixli “MUXTAR BABAYEV BİR NAZİR KİMİ TƏBİİ SƏRVƏTLƏRİMİZİ QORUYA BİLMİRSƏ, GETSİN SOCAR- dakı İŞİLƏ MƏŞĞUL OLSUN!” başlıqlı araşdırma yazını oxucularımıza və aidiyyatı üzrə rəsmi orqan və diplomatik nümayəndəliklərə təqdim etdikdən dərhal sonra ETSN rəhbərliyinin birbaşa tapşırığıilə sorğumuzda göstərilən faktların yerində araşdırılmasına göstəriş verilmişdir. Və hava şəraitinin uyğun bir vaxtında, 23-29 mart tarixlərində ETSN tərəfindən bölgəyə ezam olunmuş məsul şəxslərlə birlikdə monitorinqə başlamışdıq. Doğrudur, zonada şikayətlərin çox olmasına baxmayarq vaxt itirmədən bir çox əsas faktların yerində yoxlanılmasına və aktların tərtib olunmasına nail olduq. Ezamiyyətdən qayıtdıqdan sonra, 7 aprel 2021-ci ildə ETSN –nin 3 yüksək səlahiyyətlisi ilə nazirliyin aparat rəhbəri cənab Rəşad Allahverdiyev, Dövlət Ekoloji Təhlükəsizlik Xidməti rəisi cənab Hikmət Əlizadə və onun müavini cənab Bəhruz Məhəmmədovla 2saat davam edən rəsmi görüş keçirərək qeyd edilən korrupsiya faktları üzrə dərhal lazımi tədbirlərin görülməsinin vacib olduğu tərəfimizdən vurğulandı və ETSN rəhbərliyinin qısa zamanda lazımi tədbirlər görüləcəyi bildirildi.Görüş zamanı bölgələrdə başda Bəhruz Məhəmmədovla birlikdə apardığımız monitorinqin nəticələri, Calud meşəsində tamamilə məhv edilmiş 200 illik ağaclararı olan sıx meşə sahəsinin yerində təyinatdankənar bugda və vələmir əkilməsinin detalları müzakirə olundu. Nəticələr barəsində redaksiyamıza rəsmi cavabın da göndəriləcəyi xüsusi vurğulandı. Lakin çox təəssüflər olsun ki, ETSN rəhbərliyinə təqdim etdiyimiz sənəd və videomateriallara baxmayaraq son 1 il 9 ay ərzində qeyd edilən cinayət faktları üzrə hər hansı ölçünün götürülüməsi barədə bizə rəsmi cavab göndərilməmişdir.
Ona görə də təbii sərvətlərimizin qorunması istiqamətində dövlətin məlum strategiyasının əksinə olaraq təqdim etdiyimiz cinayət faktlarının elə ETSN rəhbərliyi tərəfindən yüksək səviyyədə ört-basdır edilməsinin şahidi olduq. Bunun üçün xronoloji ardıcıllığa bir daha nəzər yetirək:
Əvvəlcə xatırladaq ki, iki ilə yaxındır ki, milli sərvətimiz olan təbiətimizin qorunmasıilə bağlı regionlardan gələn məlumatlar, şikayətlər və şəxsi araşdırmalarımız əsasında hazırladığımız silsilə araşdırma yazıları ictimaiyyətə təqdim etməklə yanaşı, eyni zamanda baş verən qanunsuzluqlarla bağlı müvafiq tədbirlərin görülməsi üçün aidiyyatı dövlət orqanlarına göndərirdik. Lakin çox təəssüflər olsun ki, aidiyyatı dövlət orqanları nəinki lazımi tədbir görür, əksinə bizim araşdırmalardan xoşlanmayan ETSN-nin aparatdakı və yerlərdəki səlahiyyət sahibləri nümayışkaranə formada qanunsuz əməllərini daha aqressiv formada həyata keçirməkdə davam edirlər. Sanki bu yaramaz əməllərilə demək istəyirlər ki, "HEÇ KİMDƏN QORXMURUQ, KİMSƏ ARXALANDIĞIMIZ OLİQARXLARA SÖZ DEYƏ BİLMƏZ!"
Təbii sərvətlərimizin misli görünməmiş və total formada məhv edilməsilə bağlı Qax,Şəki, Oğuz, Qəbələ və İsmayıllı rayonlarında apardığımız monitorinqlərin nəticələri əsasında hazırlanmış dövlət və ictimai əhəmiyytə malik aşağıdakı faktları bir daha təqdim edirik:
Məsələn,“Aqro ko” MMC- barədə verilən rəsmi məlumatlardan aydın olur ki, onların Şəki rayonun Cunud meşəbəyliyi üzrə 1360 ha sahədə fındıq tingləri üçün Şəki Regional Meşə Təsərrüfatı Mərkəzilə 2019-cu ildə müqavilə bağlasalar da, xüsusi aparatla ölçmələr zamanı məlum olmuşdur ki, təxminən 25-27 ha sahədə müqavilədən artıq və kənar işlər aparmış, qiymətli meşə cinsli ağaclardan ibarət sıx meşə massivi traktorlarla qəsdən kürüdülərək məhv edilmişdir.Nəticədə kürünmüş meşə ərazisində yaşayan çoxsaylı müxtəlif meşə heyvanları - tülkü, çaqqal, kirpi, dovşan, canavar, dələ, çöl pişiyi kimi heyvanlar Baş Layısqı və Baş Göynük kəndinə gedən əsas yollara çıxdıqları zaman çoxu avtomobillərin altında qalaraq məhv olmuşlar. Burada intensiv bağsalma işlərinin görüldüyünün də şahidi olduq. Hər bir fındıq tinginin damcı üsulu ilə suvarılması sistemi istifadəyə verilmişdir. Bu çox təqdirəlayiq haldır. Yerli əhalinin işçi qüvvəsindən burada geniş istifadə olunur. Oğuz rayonun Daşağıl meşəbəyliyində isə 670 ha meşə fondunda icarəyə yer götürsələr də, bu yerin yalnız 100 ha –da sıx yeniyetmə müxtəlif cinsdən olan ağacları kürüməklə təmizləmə işləri aparılmışdır.
Xatırladaq ki, Meşə Məcəlləsində konkret olaraq qeyd edilir ki, aqroparkların salınması yalnız meşə fondu torpaqıarının açıq sahələrinin icarəyə verilməsi nəticəsində mümkün hesab olunur. Ona görə də 49 il müddətinə bağlanan icarə müqavilələrinə hüquqi don geyindirmək üçün ETSN rəhbərliyinin birbaşa göstərişlərilə tarixi meşələrimizdə qəsdən yanğınlar törədilir və ağacların sıxlığının kifayət qədər az olması görüntüsü yaradılmasına çalışılır ki, aqrobağ salınması zamanı qarşıya heç bir hüquqi problem çıxmasın. Lakin çox təəssüflər olsun ki, dövlət başçısının tapşırıq və tövsiyələrinə zidd olaraq ETSN rəhbərliyi, başda nazir müavini cənab Firdövsi Əliyev və Meşələrin İnkişafı Xidməti rəisi və DETX-nin rəis müavini Bəhruz Məhəmmədoğlu icarəyə verilən meşə fondu torpaqlarından tam qanunsuz formada təyinatdan kənar istifdə edənlərə qarşı, heç bir qanuni tədbir görməmiş, əksinə şəraiti özləri bilərəkdən qanunazidd olaraq yaratmışlar.
Belə ki, Oğuz rayonun Daşağıl meşəbəyliyi ərazində ərazinin meşə sahə rəisi olan Elmdarın ( əslən laçın rayonundan olan və ETSN Dövlət Ekoloji Təhlükəsizlik Xidməti rəisinin müavini, Bəhruz Məhəmmədovun yaxın qohumu) Bakıda yaşayan imkanlı qohumlarının adına fiziki şəxs kimi 21 ha meşə fondunın sıx ağaclıq yerini 15 il müddətinə qanunsuz olaraq icarə vermişlər. Yerə 23 mart 2021-ci il tarixində baxdığımız zaman burada heç bir ağac tinginə rast gəlmədik. Lakin 2 gün sonra, 25 mart tarixlərində nazirliyin monitoriq qrupu ilə birlikdə baxış keçirdiyimiz zaman burada heç bir aqrobağın salınmadığı, əksinə 6 ha sahədə taxıl əkildiyi məlum olmuşdur. Digər sahələr üçün mişar kəpəyinin və mal peyninin gətirilərək sahədə toplanmasının şahidi olduq. bunar tərəvəz və bostan məhsullarının əkilməsi üçün hazırlıq işlərinə bənzəyirdi. 2 gün sonra isə ETSN əməkdaşlarının gələcəyindən xəbər tutan meşə sahə rəisi Elmdar gecə iməcilik təşkil edərək ərazinin 2 ha yerinə 5 x 8 metr olmaqla tezbazar GMO tipli qoz tingləri əkdirmişlər. Qalan ərazilər isə dirrik məhsulları əkilməsi üçün hazırlıq işləri görülmüşdür. Yəni fiziki şəxs ETSN-dəki vəzifəli qohumunun göstərişi və dəstəyi nəticəsində şərikinə bağladığı icarə müqaviləsinin şərtlərini kobud surətdə pozmuşdur. Bundan daha acınacaqlı vəziyyətlə isə ərazinin yaxınlığındakı yuxarı hissəsində meşə sahəsinin 1 ha sahəsində yenə də Bəhruz Məhəmmədovla birlikdə apardığımız monitorinq nəticəsində yenicə kəsilmiş orta və kiçik diametrli 650 ədəd palıd, dəmirqaya, vələs ağaclarının kəsilib bir hissəsinin aparıldığını, bir hissəsinin isə meşədə qaldığını aşkar etdik. Lakin bu qiymətli ağaclar yerindəcə aktlaşdırılmadı. Çox təəssüflər olsun ki, bu kəsilən ağaclara aid akt bu günə kimi tərtib edilməmişdir. Lakin məlumatlı mənbə bildirmişdir ki, bu meşə sahəsi bütünlüklə meşəbəyi Fazilin ərazisidir və kəsilən ağacların hamısı hər QAZel yük avtomobili üçün 60 manat ödənilməklə yaxınlıqdakı kəndlərə kömür quyuları üçün xammal kimi tədarük edilir.
Bundan daha faciəli halla isə Oğuz rayonun Calud meşəbəyliyi ərazisində rastlaşdıq. Belə ki, ərazidəki 70 ha meşə fondu torpaqlarının ETSN-lə 2019-ci il 29 noyabr tarixində aqrobağ salınması adı altında fiziki şəxslə bağladıqları 7 nömrəli icarə müqaviləsinin şərtlərinə zidd olaraq 150-200 illik iri və orta gövdəli qiymətli minlərlə meşə cinsli sıx ağaclardan, 36 ha isə fındıq və qoz bağından ibarət meşə fondunun hamısı kürünərək məhv edilmiş, 10 ha sahədə vələmir, 15 ha sahədə isə taxıl əkilmişdir.( Bələdiyyə fonduna aid 20 ha əvəzinə 25 ha, yəni 5 ha meşə fondu qanunsuz olaraq məhv edilmişdir) Sahənin ortasında yaşı 200-dən çox olan 7 ədəd qovaq ağacları qalmışdır. Əkilmiş sahənin ortasında qazılmış iri çalaya isə irigövdəli ağacların kökləri basdırılmış, üzəri torpaqla örtülərək gizlədilməyə çəlışılmışdır. Məlumata görə digər hazırlanmış 30 ha əraziyə də ETSN əməkdaşlarının (Bəhruz Məhəmmədoğlu, Cəmil və Məhyəddin olmaqla) monitorinqindən sonra dərhal taxıl səpilmişdir. Yerli sakinlərin verdikləri məlumata görə həmin qədim 70 ha iri ağaclı sıx meşə fondu torpaqları da 2 il əvvəl Maliyyə naziri Samir Şərifovun qohumu hesab edilən Nihad Zahid oğlu Şərifli adlı fiziki şəxslə ETSN arasında uzunmüddətli icarə müqaviləsi bağlamışdır. Lakin ETSN əməkdaşları ilə şahidi olduq ki, ərazidə heç də müqavilədə göstərilən təyinat üzrə işlər görülməmişdir. Yəni, 150-200 illik sıx ağacları olan qədim meşə fondu vəhşicəsinə kürünərək məhv edilmişdir. Biz məsləni dəflərlə ictimaiyyət və dövlət orqanları qarşısında qaldırdıqdan sonra icarəyə verilmiş həmin ərazinin 25 ha-nın yerli Bələdiyyə fonduna, qalan çox hissəsinin dövlət meşə fonduna olan hissəsini ETSN rəhbərliyinin konkret olaraq B.Məhəmmədovun əsassız göstərişləri əsasında meşə fondu bələdiyyə fondunun balansına keçirilmişdir. Ki, birlikdə törətdikləri irimiqyaslı cinayətlər ört-basdır edilsin.
Və monitorinqin nəticələrindən də görünür ki, Bayan kəndi yaxınlığında yerləşən yerli sakinlərin haqlı narazılığına səbəb olmuş fındıq və qoz bağının tamamilə kürünərək məhv edilməsi nəticəsində yerli sakinlərin burada yetişən meyvələrin yığıb satışından əldə etdikləri gəlirlərdən də məhrum edilmişlər. Bu məsələ ilə bağlı 28 aprel tarixli sayımızda “FİRDÖVSİ ƏLİYEV MALİYYƏ NAZİRİNİN QOHUMUNA 70 ha MEŞƏNİ İCARƏYƏ VERƏNDƏ PREZİDENT SƏRƏNCAMINI NƏZƏRƏ ALMADI” başlıqlı araşdırm yazısı işıq üzü görəndən dərhal sonra bu əraziyə baxan müzdlulara tapşırılmışdır ki, təcili olaraq 70 ha ərazinin kənarlarına qoz tingləri əkilsin. Və bunun üçün də Bayan kənd əhalisinə müraciət edilərək hər bir ağacın əkilməsi üçün 50 qəpik mükafat vəd verilmişdir. Görünən budur ki, digər aqrporklarda olduğu kimi burada da ETSN rəhbərliyinin gizli göstərişi olub ki, təyinat üzrə istifadə edilməyən 70 ha məhv edilən meşə fondu ərazisinin guya yenidən qoz bağı salınacağı görüntüsü yaradılmasına çalışmışlar ki, icarə müqaviləsinin ləğv edilməsinə heç bir əsas qalmasın. Eyni zamanda xatırltmaq yerinə düşərdi ki, 4 may tarixində tanınmış ekofəal Cavid Qara məhv edilmiş bu meşəliyi gördükdən sonra onunla tefonla danışan və özünü bu ərazilərin icarədarı hesab edən, Naxçıvandan Oğuza təşrif buyurmuş Vurğun adlı birisi( məlmata görə o həm də narkotik istifadəçisidir) ekofəalı təhqirlər etdikdən sonra bildirmişdir ki, “bir də bu ərazilərə gəlsən, səni gəlib it kimi yerindəcə güllələyəcəyəm”. C.Qara dərhal özünü icarədar kimi təqdim edən, lakin psixopat adam kimi onu ölümlə hədələyən şəxs barəsində DİN-nin 102 xidmətinə zəng edərək şikayət etmişdir. Və təbii ki, hədləyən şəxs maliyyə nazirinə bağlı adam olduğuna görə heç bir tədbir görülməmişdir. Yəni, ETSN səlahiyyətlilərinin özünü mafioz kimi aparan belə bir şəxslə icarə müqaviləsi bağlaması onların kriminal aləmlə də sıx əməkdaşlıq etməsini bir daha təsdiq edir.
Maraqlısı bu olmuşdur ki, monitorinqdə iştirak edən ETSN Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəis müavini və baş inspektorunun, Meşələrin İnkişafı Depertamentinin inspektorunun və yerli Qəbələ Regional Ekologiya və Meşə Təsərrüfatı rəhbərlərinin iştirakıilə keçirilən bu tədbirdən dərhal sonra, qalan meşə ərazisi də qanunsuz olaraq kürünərək yerinə taxıl səpilmişdir. Sanki hörmətli maliyyə nazirinin qohumu bu qanunsuz hərəkətilə bizlərə demək istəyirmiş ki, “Gedin işinizlə məşğul olun!”. Doğrudan da monitorinq zamanı yerli sakinlərin hiddətinə səbəb olan, aqrobağ yerinə meşə fondunda qanunsuz taxıl əkinilə məşğul olan bu fiziki şəxs barəsində son iki ayda nə ETSN rəhbərliyi, nə də yerli regional idarə rəhbərliyi (Ekologiya və Meşə Təsəsrrüatı İdarələri) qanuni tədbir görməyə hələlik cürət etməmişdir.Yəni icarə müqaviləsinə xitam verib meşə fondunun təbii bərpasına şərait yaratmalı və törədilmiş bəşəri cinayətlə bağlı nəzərdə tutulmuş yüksək cərimələri tətbiq etməli idilər. Amma görünən budur ki, bilmirlər. Çünki cinayətə və əsassız varlanmaya şərikdirlər. Qorxurlar.
Qeyd etdiyimiz məsələ ETSN Aparatında rəhbərliklə geniş müzakirə etmiş, foto və video materialları aprelin 07 –də təqdim etsək də indiyədək görülən tədbirlərlə bağlı heç bir rəsmi cavab almamışıq. Heç inanmırıq da ki, ETSN rəhbərliyi, başda nazir cənab Muxtar Babayev və onun meşələr üzrə 17 illik staja malik nazir müavini cənab Firdövsi Əliyev formal da olsa cavab vermək cəhdinə bulunsunlar. Biz isə dövlət və xalq qarşısında öz peşə borcumuzu yerinə yetirərək tarix yazırıq. Lakin yazdıqlarımıza görə təəssüf edirik ki, milli sərvətimiz olan meşələrimizin ETSN rəhbərliyinin dolayı göstərişləri nəticəsində, yalnız varlanmaq xatirinə total məhv edilməsi barədə yazdıqlarımız Azərbaycanın ekologiya tarixində qara ləkə olaraq əbədi qalacaqdır.
Eləcə də eyni cinayət hadisələri Oğuz rayonun Muxas, Daşağıl, Xaçmaz, Malıx, Calud kənd meşə dolaylarında da beş verməkdədir. Məsələn, Calud meşəsini uzun müddət satıb talayan İsabala adlı meşə gözətçisini nəhayət, gözdən pərdə asmaq üçün işdən çıxarıb onun əvəzinə oğlunu qoyublar. Oğul da bu gün dədəsinin yoluilə gedərək meşənin qalan ağaclarını yüksək intensivlilə satmaqla məşğuldur. Muxas meşəsində təkə bu il ərzində kəsilən iridiametrli 300-ə qədər ağacdan cəmi 70-nin barəsində 6 saylı Qəbələ Regional Ekolgiya İdarəsi formal aktlar tərtib edərək cəmi 1250 manat cərimə yazıblar. Halbuki bu ağacları odun kimi satanada bundan çox pul əldə etmək mümkündür. Lakin Xaçmaz kəndində Qəbələ Regional Meşə Təsərrüfatı Mərkəzinin əmək müfəttişi Kənan Fətəliyevin göstərişilə 50-55 sm diametrli 29 ədəd ağacın kəsilməsinə görə isə 8400 manat cərimə tətbiq olunmaqla yanaşı, iki nəfər muzdlu işçiyə qarşı cinayət işi başlanmış və məhkəmə prosesi davam etməkdədir. Fərqi müqayisə etməyə dəyməz. Muxas meşəsində kəsilən 130 ağadan təkcə 70 ağac üçün 1250 manat, Xaçmaz meşəsində idarə işçisinin sifarişi əsasında kəsilmiş 29 ağaca görə isə 8400 manat cərimə. Bütün bu qədər davamlı ağacların kəsintisinə görə meşə gözətçisi xanım Bənövşə Həkimovaya güldən ağır söz deyən yoxdur. Axı niyə də deyilsin?
Caludda, Daşağıl və Muxas meşələrində kütləvi ağac kəsimlərinin səbəbini araşdırdıq. Məlum oldu ki, Daşağıl meşə sahə rəisi Elməddin əslən Laçın rayonundan olub ETSN Ekoloji Xidmət rəisinin müavini Bəhruz cənablarının yaxın qohumudur. Ona görə onlara, eləcə də digər meşəbəyi işləyən qardaşına da "gözün üstə qaşın var" deyən yoxdur. Bu etibarlı qohum qardaşlar azmüddət ərzində Oğuz şəhərində özlərinə bahalı malikanə tikib yaşayırlar. Əməkhaqları isə 450 manat olmuşdur. İndi yerli sakinlər bu laçınlılara deyəndə ki, Vətəniniz Laçın işğaldan azad olub, niyə dədənizin evinə getmirsiniz? Cavab verirlər ki, biz uyğunlaşa bilmərik. Yəni, Bəhruzun qohumları Oğuzda daha çox meşələri qırıb əsassız varlanmaya üstünlük verirlər.
Növbəti monitorinq yerimiz Oğuz rayonun Tayıflı, Yemşənli, Mollalı, Xaşmaz, Fil Fili kəndlərində fəaliyyət göstərən saysız-hesabsız kömür quyularının fəaliyyəti, istər Qəbələ rayonun Həmzəli meşə dolayında son aylarda “delimka” adı altında kəsilən cəmi 1000 kub m-dən çox olan və hər reysində 10 kub m olmaqla ( cəmi 220 reys) mebel sexlərinə 500-1000 manata satılan fıstıq və palıd materialları, istər Qəbələ rayonun Şahdağ Milli Park ərazisində və ona paralel yerləşən Abrıx-Solunca meşəsindən “delimka” adı altında kəsilib satılmış 54 ədəd iri diametrli qiymətli ağacların taleyi və digər
çoxsaylı hüquqpozma faktlarının olmasına baxmayaraq cənab nazir müavini Firdövsi Əliyevin baş vermiş cinayətlərə göz yumması başa düşülən deyil. Lakin Balakəndən Ağsuya qədər dağətəyi kəndlərdə olan çoxsaylı qanunsuz kömür quyularının fəaliyyəti nəticəsində turizm zonası olan bu yerlərdən avtomobillə belə rahat nəfəs alıb getmək olmur. Ətrafa kömür yanması nəticəsində yayılmış karbon qazı nəfəs kəsir. Təbii ki, bu fəaliyyət zamanı hər bir kömür quyusuna verilən icazəyə görə aylıq 30 manat "HAQQ" qoyulmuşdur. Haqqı verməyənlər Bəhruz müəllimin qəzəbinə dərhal tuş gəlir. Necə ki, bu ilin oktyabrın 18-də Göygöl rayonu ərazisində kömür işinə baxan 3 kasıb kənd sakini barələrində dərhal yüksək məbləğdə cərimə yazılmaqla cəzalanmışlar. Mətbuatdan bu barədə oxuyuruq:
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin məlumatı:
Qanunsuz kömür istehsalının qarşısının alınması məqsədilə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin və Göygöl Rayon Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Göygöl rayonu Toğanalı kəndi ərazisində vətəndaşların torpaq sahələrində qanunsuz yolla ağac kömürü istehsal edən 3 ocaqxana və kömür quyusu aşkar edilib.
Xidmət rəsmisi Bəhruz Məhəmmədov bildirib ki, araşdırma zamanı qanunsuz kömür istehsal edən şəxslərin Göygöl rayon sakinləri Rəşid Məhərrəmov, Elmir Həsənov və Aybəniz Abbasova olduğu müəyyən edilib.
“Faktlarla bağlı protokol tərtib olunub və təqsirkar şəxslər barəsində qanunamüvafiq tədbirlər görülüb”.
B.Məhəmmədovun sözlərinə görə, kömür quyularının ləğv olunması və zəruri tədbirlərin görülməsi məqsədilə aidiyyəti dövlət qurumlarına müraciət edilib.
Xidmət rəsmisi onu da qeyd edib ki, 2022-ci ilin ötən dövrü ərzində keçirilən nəzarət tədbirləri zamanı qanunsuz kömür hazırlanması ilə bağlı Xidmətin əməkdaşları tərəfindən 99 şəxs barəsində protokol tərtib olunub və qanunamüvafiq tədbirlər görülüb.
Bəli, xidmət rəisi dərhal "haqq" verməyənlərə qarşı zamanında tədbir görür. Çünki, hər bir çöp barəsində rəhbərliyinə aylıq HESABAT verir.
Bəs qanunsuz kömür istehsalı ilə bağlı real vəziyyət necədir?
Qəbələnin Nic kəndindən, Qubanın çoxsaylı kəndlərindən, Ağsuyun Kalva və Suraxanı kəndlərindən Bakıdakı şadlıq evlərinə intensiv kömür daşıyan tanışımızla söhbət zamanı o da məlum oldu ki, təkcə Bakı və Sumqayıt şəhərlərində fəaliyyət göstərən 10000-dən çox şadlıq evi, restoranlar, kafelər, barlar da əsasən kabab bişirmək üçün tələb olunan kömürlə təmin edilməsi üçün Azərbaycanın bütün regionlarından QAZel tipli yük avtomobillərilə kömür daşınır. Və təbii ki, kömür məhsulu ölkəmizə xaricdən idxal olunmur. O zaman mənzərə hər bir orta məktəb şagirdinə aydın ola bilər. Yəni, Ekologiya üzrə Xidmət rəisi Bəhruzun ictimaiyyət üçün verdiyi rəsmi bəyənatda təkcə 2022-ci il üçün cəmi 99 qanunsuz kömür quyusu üçün cərimə aktını tərtib etməsi ondan xəbər verir ki, ETSN tərəfindən yazılan cərimə brokonyerlərin heç 1 %-ni belə təşkil etmir.
Ekologiyanın məhv edilməsilə bağlı daha maraqlı faktlardan biri də, Azərbaycanın Şimal-Qərb zonasında dağ çaylarının yataqlarının qanunsuz istifadə edilməsidir. Belə ki, xüsusi icazəsi olmayan çoxsaylı işbazlar yerli ekologiya idarəsinə "hörmət" etməklə Ağsu çayından tutmuş, Balakəndəki Mazımşaya qədər qanunsuz istahsal olunan qum-çınqıl materiallarına görə ETSN tərəfindən heç bir tədbir görülmür. Məslən, Ağsu çayın körpüsünün üst hissəsində EVRASCON şirkətinin 40 ton yük tutumu olan avtomobilləri burada hasil etdikləri qum və çınqıl materiallarını satmaqla məşğuldurlar. Amma tədbir görən yoxdur. Eləcə də Qaxın Gümrük , Ənbər çay, Şəkinin Şin çay, Zəyzit çay, Oğuzun Daşağıl çayı, Qəbələnin Dəmraparan çay yataqlarından qum-çınqılla bərabər bu zonada salınan asfalt yolların yol yataqları üçün lazım olan xam daş-çınqıl materiallar amansızcasına daşınaraq qanunsuz istifadə olunur. Yəni, yerli ekologiya idarələrilə gizli sövdələşmələrin nəticəsində bu hal baş verməkdədir.
BƏS GÖRƏSƏN BƏHRUZ MÜƏLLİM qanunsuz QUM-ÇINQıl istehsal edənlərə qarşı hansı tədbirləri görür? Yenə, azinfo.tv saytından oxuyuruq:
"Son günlər "ekologiya" mövzusu gündəmin ən aktual və həssas mövzuları sırasındadır və nədənsə aidiyyatı orqanlar demək olar ki, ekologiya ilə heç maraqlanmır. Ölkəmizdə ən çox ekoloji problem yaşanan Region cənub bölgəsidir. Çünki, bu saxtakarlığların və nəzarətsizliyin başında Ekologiya Nazirliyi ilə yanaşı, onu yerli qurumu olan 1 saylı Regional Ekologiya İdarəsinin əməkdaşları da durur.
Redaksiyamıza Lerik rayonu Qışlaq kənd sakini Kərimov Qalıb Ağəmməd oğlu video müraciət göndərərək, bizim vasitəmizlə Ekologiya və Təbii Sərvətlər naziri cənab Muxtar Babayevdən kömək istəyir. Önun sözlərinə görə, "Kaspi ulduz" şirkəti tərəfindən çayları 15 metr dərinliyində qazılaraq, "qrabili" daşınır. Vətəndaş, həmin qazıntı barədə ETSN-nin müavini Vüqar Kərimova, Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi rəisi Hikmət Əlizadəyə və oranın qaynar xəttinə zəng etməyinə baxmayaraq, hələ də onun şikayətinə baxılmayıb. Şikayətdən sonra Ekologiy Nazirliyinin Bəhruz adlı əməkdaşı gəlib sözügedən qazıntı olan yerə, həmin qazıntını çəmi bir günlük dayandıra bilib və ( bir gün) sonra yenə də əvvəl ki, qayda ilə qazıntı işləri davam edir. Bəhruz müəllimin maddi marağı nə idi ki, bu yeri bir günlük bağlatmaq?!.
Qazıntı işlərin apartdıran şəxs Milli Məclisin deputatı Iqbal Məmmədovdur.
Sözügedən qazıntı işləri barədə şikayət verən tək Kərimov Qalıb deyil və orada olan digər vətəndaşlar da var. Bəli, həmin Bəhruz müəllim çay yatağının qazıntı işini 1 günlük xahiş minnətdən sonra saxlada bilib və dərhal da dabanına tüpürüb Bakıya qaçıb.
Bəli, dövri mətbuatda son vaxtlar yazılanlara nəzər salsaq aydın olar ki, ağac qətliyamı Azərbaycanın meşə fondu olan bütün rayonlarında, Lerik-Yardımlı-Masallıdan tutmuş Quba-Qusar-Xaçmazadək olan zonalarda bu özbaşnalıq hazırda da daha intensiv davam etməkdədir. Sanki, ETSN-nin rəhbərliy və regionlardakı dəstələri təbii sərvətlərin qorunması ilə deyil, axırına çıxmaq uğrunda yarışa girişiblər. Baxmayaraq ki, bütün meşələrimiz online rejimdə kameralar vasitəsilə dünyanın istənilən nöqtəsindən izlənməsi mümkündür.
Meşələrimiz görünməmiş miqyasda – kütləvi surətdə kürünmə üsulu ilə məhv edildi. Və bu vandalizm aktları indi də geniş miqyasda davam etməkdədir. Ən pis hal isə budur ki, aidiyyatı dövlət qurumları da təbiətimizin qorunmasında nədənsə passivlik nümayış etdirirlər. Yəni, bütün yuxarıda sadalanan faktların bir hissəsini analiz etdikdə və son 2 ildə apardığımız araşdırmalardan o nəticəyə gəlirik ki, Ekologiya və Təbii Sərvətlr Nazirliyində təbii sərvətlərimizin əməldə qəsdinə duran "açar fiqurlardan" biri elə Nazirliyin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəis müavini Məhəmməddin oğlu Bəhruzdur ki, var.
Cənab prezident İlham Əliyevdən və ölkənin baş prokuroru cənab Kamran Əliyevdən xahiş edirik ki, hazırda Azərbaycanın bütün ərazilərində təbii sərvətlərimizin bu və digər formada talan edilməsinin dərhal qarşısının alınması məqsədilə aidiyyatı üzrə rayon və respublika səviyyəsində hüquq-mühafizə orqanlarına xalqımıza məxsus bütün meşə fondlarının bundan sonra qorunub gələcək nəsillərə saxlanılması naminə son 5 ildə ETSN-nin regionlardakı idarə və mərkəzlərinin və onlara himayədarlıq edən apparat məmurlarının fəaliyyətlərinin araşdırılmasına və onların törətdiyi konkret korrupsiya faktlarına hüquqi qiymətlərin verilməsinə göstərişlər verəsiniz.
İFADETV.COM -un araşdırma qrupu
Adları qeyd edilən şəxslərin mövqelərini dərc etməyə hazırıq