LƏNƏT OLSUN MİZAM-TƏRƏZİNƏ!
Azərbaycanın sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudov 6 min manata yaxın pensiya alır.
İfadetv.com xəbər verir ki, bu barədə Gununsesi.info-nun əldə etdiyi xəbərdə bildirilir. Məlumata görə, sabiq MTN şefinin pensiyasının yüksək məbləğdə hesablanması onun uzun illər nazir və yüksək rütbə daşıması ilə əsaslandırılıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Gununsesi.info-nun bu barədə sorğusunu cavablandırmaqdan imtina edib.
Nazirlikdən bildirilib ki, pensiya məbləği şəxsi məlumatlar kateqoriyasına aid edildiyindən bu barədə ya şəxsin özü tərəfindən, ya da müvafiq məhkəmənin sorğusu əsasında açıqlama verilə bilər.
Qeyd edək ki, MTN-nin ləğvindən sonra cəmiyyətdə Mahmudovun həbs ediləcəyi barədə gözləntilər olsa da sonradan özünü doğrultmadı. Çünki quldur generalların oğurladıqları milyardların bir hissəsini büdcəyə qaytarmağa razı oldu.
Baxmayaraq ki, MTN-nin 22 nəfər yüksək vəzifəli şəxsi məhz vəzifə cinayətlərinə-quldurluğa görə, mühakimə olunub.
Qeyd edək ki, Azərbaycanda minumum pensiya 280 manat təşkil edir. Sosial müavinət üzrə 3-cü qrup əlillərə isə yanvarın 1-dək 120 manat təqaüd verilib. Bu pulnan insan fiziki mövcudluğunu saxlaya bilərmi? İnsan və bir quldura verilən təqaüdlər arasında mövcud fərqlərin bu qədər olması isə ayrısekiciliyin ifrat formasıdır.