Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 8574-ə çatıb. Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
Qardaş ölkədə baş vermiş təbii fəlakət nəticəsində yaralananların sayı isə 49133-ə yüksəlib.
***
Türkiyədə güclü zəlzələ nəticəsində ölənlərin sayı 7 108 nəfərə çatıb. Bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Təbii fəlakət nəticəsində 40 910 nəfər yaralanıb.
Zəlzələdən sağ çıxanların sığınacağı üçün bölgədə 50.818 çadırlar quraşdırılıb.
Bütün dövlət qurumlarından, eləcə də QHT və könüllülər, Yerli Dəstək Qrupları və beynəlxalq axtarış-xilasetmə qruplarından zəlzələ bölgəsində 96 min 670 xilasedici çalışır.