“Korrupsiya və rüşvətxorluqda ittiham olunan şəxslərin azadlığa buraxılması və əmlaklarının geri qaytarılması əslində hüquqi boşluqdan doğan məsələdir. Çünki qanunvericilikdə elə bir yer olmasa, məhkəmə bunu edə bilməz. Gərək qanunu hazırlayanda bütün nəticələrini də nəzərə alardılar. Bu, yaxşı ənənə deyil. Əgər adam korrupsiya ilə həbs olunub, yenidən azadlığa buraxılıbsa və onun əmlakı geri qaytarılırsa, bu, başqalarına pis nümunə olacaq. Digərləri də bu yolda irəliləməyə başlayacaqlar. Nə deyim, vallah. Azərbaycanda məhkəmə sistemi çox bərbad vəziyyətdədir. Bu ölkəyə ən çox ziyan gətirən sistem üçüncü hakimiyyət olan məhkəmə sistemidir. Bu sistem yenilənməsə, Azərbaycanda aparılan bütün islahatların heç bir effekti olmayacaq…”
Ifadetv/com bildiri ki, bu sözləri Pravda.az-a açıqlamasında sabiq deputat, politoloq Cümşüd Nuriyev deyib.
C.Nuriyev Ali Məhkəmənin sədri Ramiz Rzayevin keçmiş Milli Təhlükəsizlik Nazirliyinin generalları Akif Çovdarov və Sübahir Qurbanovun əmlaklarının müsadirədən azad olunması ilə bağlı “Mənim üçün nə fərqi var, Çovdarov, Qurbanov, ya da Məmmədov… Biz gərək qanunu düzgün şərh edək, birinə qarşı bir cür, digərinə başqa cür edə bilmərik” deməsinə isə belə münasibət bildirib: “Mark Tulli Siseronun ağıllı bir sözü var: qanun lal hakimdir, hakim danışan qanundur. Azərbaycanın məhkəmə sisteminin bu günə qalmasının ən böyük günahkarı elə Ramiz Rzayevdir. Adam məhkəmələrə göstəriş verir, deyir ki, mən deyəni təsdiq etməlisən. Özüm həm Bakı Apellyasiya, həm də İnzibati Məhkəməyə pensiya ilə bağlı müraciət edirəm. Mənə də deyirlər ki, Ramiz Rzayev nə desə, odur. Bunun nəyi məhkəmə oldu? Məhkəmə monosepal olmamalıdır…”
P.S. BƏS KİMİNSƏ ƏLİNDƏ İFŞAEDİCİ KASSETLƏR VARSA, ONDA NECƏ OLSUN?