Gəncə Şəhər İcra Hakimiyyətinin sabiq başçısı Elmar Vəliyev və oğlu Elmir Vəliyevin sahibkarlıq fəaliyyəti ilə məşğul olan şirkətlərinin külli miqdarda vergi borcu yaranıb.
Bu barədə Gununsesi.info-nu bilgiləndirən mənbənin öszlərinə görə, vəliyevlərə məxsus bir neçə hüquqi şəxs uzun zamandır ki, dövlətin vergisini ödəməkdən yayınır.
“Artıq problem Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi səviyyəsinə qalxıb” deyən mənbəmiz əlavə edib ki, bu borclar bağlanmasa, vəliyevlər cinayət məsuliyyətinə cəlb olunacaq.