Xəbər verildiyi kimi, Rusiyanın xarici işlər naziri Sergey Lavrov ötən gün Braziliyaya rəsmi səfərə yollanıb.
“AzPolitika.info” xəbər verir ki, Lavrov səfər çərçivəsində Braziliyanın xarici işlər naziri Mauro Vieyra ilə görüşüb.
Birgə təşkil olunan mətbuat konfransında Ukrayna-Rusiya müharibəsi ilə bağlı açıqlamalar verən Lavrov, “Ukraynadakı münaqişənin tez bir zamanda bitməsini istəyirik” deyə bildirib.
Lavrov müharibənin başa çatması üçün bir sıra şərtlərinin olduğunu deyib: “İlk növbədə Ukrayna ərazisindən Rusiya Federasiyasının təhlükəsizliyinə təhdidlər dayandırılmalıdır.
İkincisi, Ukrayna parlamenti tərəfindən qəbul edilmiş, Rusiya təhsilini, mediasını, mədəniyyət tədbirlərini və digər fəaliyyətləri birdəfəlik qadağan edən bir sıra qanunlarla illərdir hüquqları pozulan Şərqi və Cənubi Ukraynanın rusdilli əhalisi mühafizə edilməlidir.
Əminəm ki, bu məqsədlər milli azlıqların hüquqlarının müdafiəsi və təminatı ilə bağlı beynəlxalq konvensiyalarda təsbit olunmuş prinsiplərə sadiq qalan hər kəs tərəfindən eynidir”.