Ukrayna Prezidenti Volodimir Zelenski əmindir ki, Rusiyanın məqəsədi Qərbin rəsmi Kiyevə “münaqişəni dayandırmaq” üçün təzyiq etməsinə nail olmaqdır.
“AzPolitika.info” xəbər verir ki, “NBC News”-a müsahibə verən Zelenskinin fikrincə, Vladimir Putin Qərbin Kiyevə qarşı təzyiqinə nail olmaq xatirinə iri miqyaslı hərbi cinayətlərə əl atmağa hazırdır.
Ukrayna Prezidenti deyib ki, bunun üçün Putin hətta Zaporojye AES-i partlatmaq istəyir: “Əgər bizə hazırda tərəfdaşlarımızın balansında olan silahlar kütləvi şəkildə verilsə, müharibədə daha tez qələbə qazanarıq”.
Zelenski qeyd edib ki, silahların “kiçik partiyalarla” verilməsi müharibəni uzadır və Putini Ukraynada destabilizasiya yaratmaq üçün həvəsləndirir.
Qeyd edək ki, iyunun 14-nə olan hesabata görə Zaporojye AES-də vəziyyət getdikcə daha təhlükəli xarakter alır. Moskvanın göstərişinə görə stansiyada radiasiya səviyyəsinin ölçülməsi işləri aparılmır, Rusiya mümkün qəzanın qarşısının alınması mexanizmlərini sıradan çıxarıb, yanğınsöndürmə bölmələri və avadanlıqları mövcud deyil. Kaxovsk SES-in partladılmasından sonra Kremlin Zaporojye AES-i də partlatması riski dəfələrlə artıb.
“AzPolitika.info”