Bakının Sabunçu rayonunda yerləşən “Louvre Palace” şadlıq sarayında yanğın baş verib.
Hadisə ötən gün toy mərasimi keçirilən zaman olub. Belə ki, saat 19:35 radələrində baş verən yanğının mətbəxdə başladığı bildirilib.
Həmçinin qeyd olunub ki, yanğın zamanı şadlıq evində iki toy mərasimi keçirilirmiş.
Məsələ ilə bağlı Fövqəladə Hallar Nazirliyinə (FHN) müraciət etdik. Qurumdan “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirildi ki, Sabunçu rayonu Zabrat qəsəbəsində yerləşən şadlıq sarayının mətbəxində kiçik alovlanma baş verib: “Hadisəyə dərhal müdaxilə edilərək söndürülüb”.(Manset.az)
Sözügedən görüntüləri təqdim edirik:
