ürkiyə və Azərbaycan birgə Hava Komandanlıq və İdarəetmə Sistemi (HAKİM) yaradılması layihəsinə start verəcək.
“AzPolitika.info” Türkiyə mətbuatına istinadla xəbər verir ki, bunu Türkiyə Müdafiə Sənayesi İdarəsinin rəisi Haluk Görgün bildirib.
“HAKİM Hava Komandanlıq və İdarəetmə Sistemi layihəsi Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin birgə həyata keçirdiyi ən mühüm layihələrdən biridir. Bu layihə ilə, hər iki ölkənin Hərbi Hava Qüvvələri Azərbaycanın hava məkanına nəzarət etməklə yanaşı, birgə əməliyyatlar həyata keçirmək imkanı əldə edəcək. Bu səbəbdən də sözügedən layihənin şüarını Ümummilli Lider Heydər Əliyevin şüarına uyğunlaşdıraraq “İki dövlət, bir millət, bir hava məkanı” kimi qoyduq", - Görgün vurğulayıb.
Nazir əlavə edib ki, bu layihə tam şəkildə həyata keçirildikdə, birgə hava məkanına nəzarət zonası Egey dənizindən Xəzər hövzəsinə qədər olan ərazini əhatə edəcək.
“HAKİM” Hava Komandanlıq İdarəetmə Sistemi, müxtəlif növ və qabiliyyətlərə malik olan sensorlardan aldığı məlumatları qiymətləndirərək müəyyən edilmiş hava şəklini (rəsmini) yaradır. Bundan əlavə, “HAKİM” təhdidlərin qiymətləndirilməsi alqoritmləri ilə Silah Sistemləri və Döyüş Təyyarələri üzərində Hava Missiyasına Nəzarət fəaliyyətlərini həyata keçirən, hava məkanına nəzarət fəaliyyətlərini operativ səviyyədə yerinə yetirmək imkanı verən milli hava komandanlığı idarəetmə sistemidir.
O, müxtəlif növ sensorlardan aldığı məlumatları qabaqcıl qaynaşma alqoritmləri ilə emal edir, operatorlara hava mənzərəsi ilə bağlı diaqnostik təkliflər edir və müəyyən edilmiş hava şəklini yaradır.
Təhlükə elementlərinə qarşı qabaqcıl təhlükə qiymətləndirməsi və silah yerləşdirmə alqoritmlərindən istifadə edərək, hava məkanına nəzarət missiyasının qarşısını alan təyyarələr, pilotsuz uçuş aparatları, yer-hava raket sistemləri və lüləli silah sistemləri ilə effektiv icrası üçün lazımi qərar dəstəyi elementlərini təmin edir.
“AzPolitika.info”