Federal Təhlükəsizlik Xidmətinin (FTX) ehtiyatda olan polkovniki, keçmiş kəşfiyyatçı Sergey Jirnov hesab edir ki, “Vaqner” PMC-nin rəhbəri Yevgeni Priqojin gələn il Rusiya Federasiyasında keçiriləcək seçkilərdə iştirak etmək niyyətindədir.
“Əgər o, seçkilərə qədər neytrallaşdırılmasa, onun Rusiya Prezidenti Vladimir Putindən üstün olmaq şansı var”, - Jirnov “Arqument” proqramına müsahibəsində bildirib.
"Mənim hesablamalarıma görə, Priqojin Vladimir Putini Rusiyada həqiqi prezident seçkisi təşkil etməyə məcbur edəcək. O, xalqın qarşısına çıxıb deyəcək: "20 ildir ki, sizi aldatdılar, seçkilər olmadı, amma bu dəfə seçkilər real olacaq. Kim aldatmağa cəhd etsə, güllələyəcəm. Mən isə öz namizədliyimi Putinə qarşı irəli sürürəm”, - keçmiş kəşfiyyatçı vurğulayıb
O, əlavə edib ki, Priqojin gələn ilin martına qədər öldürülməsə, o, Rusiya Federasiyasının növbəti prezidenti olacaq.
Jirnov hesab edir ki, Priqojinə maneçilik törədilməsəydi və üsyanla bağlı danışıqlar aparılmasaydı, “vaqnerçilər” Moskvaya girib, atəş açmadan Kremli ələ keçirəcəkdilər.
"Növbəti dəfə heç nə elan etməyəcəklər - Moskvaya gələcəklər, Kremli zəbt edəcəklər. Sonra Priqojin orada nalayiq sözlərlə dolu video çəkəcək, Putini Kreml sarayından çıxaracaq, onu Faberjin arxasında ən hündür ağacdan asacaq”, - keçmiş kəşfiyyatçı proqnozlaşdırır.
“AzPolitika.info”