İyulun 25-i axşam saatlarında xəbər yayıldı ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Bakı Nəqliyyat Agentliyində əməliyyat keçirir. Məlumatı Baş Prokurorluğun Mətbuat Xidməti də təsdiq edib.
Qeyd olunub ki, əməliyyatın detalları barədə əlavə məlumat veriləcək. Hələlik əməliyyatla bağlı nəticələr açıqlanmasa da, bu qurumda korrupsiya, yeyinti halları adiləşib. BNA özünü doğrulda bilməyən struktura çevrildi. Elə buna görə, tabeliyi dəyişib, səlahiyyətləri əlindən alınıb. Misal üçün faktiki olaraq, BNA müfəttişləri dayanma-durma cəriməsi yazmaqdan qeyri-rəsmi məhrum olublar. Həmçinin, qurumda maxinasiyalar, tenderlər yolu ilə böyük pulların silinməsi faktları dəfələrlə mətbuatda yayımlanıb. Bundan əlavə , BNA-nın İdarə Heyətinin sədri Vüsal Kərimli də etimadı doğrulda bilmədi. Xəbər verdiyimiz kimi, 25 iyulda antikorrupsiya əməliyyatı keçirilib və görünür ki, konkret cinayət əməlləri ifşa edilib. Onu da deyək ki, BNA Bakı meriyasına tabedir.
CİNAYƏT İŞİNƏ ƏLAVƏ:
P.S. Təkcə bir fakt cənab Vüsal Kərimlinin korrupsiya əməlində ifşa olunmasına səbəb ola bilər. Bu fakt da ondan ibarətdir ki, BNA yolların keyfiyyətsiz rənglərlə rənglənməsi üçün son 4 ildə dövlət büdcəsindən ayrılan 31 milyon 265 min manatı yalnız "Yol Xətt" MMC ilə qanunsuz keçirilən tenderlərə görə israf etmişdir. Nəticədə, yollara çəkilən piyada xəttləri, yan xəttlər 1 il keçməmiş asfalt üzərindən silinmişdir. Vüsalın bu gizli sövdələşmələrində "OTKAT"ının qiyməti 50 %-lə ölçülür. Bax bu fakt yetər ki, dövlət əmlakının talan olunmasında Vüsal Kərimliyə qanunlarımızın "ŞAH" olmasını sübut etsin. Necə deyərlər "Yaşayarıq, görərik"
İfadetv.com