Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin Tərtər Rayon İcra Hakimiyyətində keçirdiyi əməliyyat zamanı saxlanılan şəxsin kimliyi bilinib.
“Report” xəbər verir ki, korrupsiya faktları ilə bağlı Tərtər RİH-in Memarlıq və Tikinti Şöbəsinin müdiri, baş memar Tofiq Kərimov saxlanılıb.
***
Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi Tərtər rayon İcra Hakimiyyətində əməliyyat keçirib.
APA xəbər verir ki, idarə əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində korrupsiya faktları ilə bağlı icra hakimiyyətinin vəzifəli şəxsi saxlanılıb.