Avqustun 23-də baş verən müəmmalı təyyarə qəzası nəticəsində həlak olan “Vaqner” lideri Yevgeni Priqojinin illər ərzində qanunsuz yollarla əldə etdiyi əmlakları və varidatı üzə çıxıb.
“AzPolitika.info” xəbər verir ki, aparılan araşdırmalar nəticəsində Priqojinin ümumi sərvətinin 2 trilyon rubl (təxminən 21 milyard 870 milyon dollar) olduğu müəyən edilib.
“Vaqner” rəhbərinin əsas rəsmi aktivinin “Konkord menecment və konsaltinq” şirkəti olduğu, bu şirkətin restoran fəaliyyəti və yemək çatdırılması xidməti üzrə ixtisaslaşdığı bildirilir.
.
Priqojinin bundan əlavə, daşınmaz əmlakın alqı-satqı və kirayəsi ilə məşğul olan “Riteyl”, videofilmlərin yayılması üzrə ixtisaslaşan “Aurum” korporasiyası, eləcə də, Soçi, Moskva və Sankt-Peterburqda çoxlu sayda restoranı var.
Priqojin eyni zamanda Sankt-Peterburqda Şimali Versal və Laxta Plaza komplekslərini inşa edərək tikinti biznesində də fəal iştirak edib. Suriyada karbohidrogen hasilatı ilə məşğul olan “Europolis” və Sudanda qızıl hasilatı üzrə ixtisaslaşan “M Invest” şirkətləri də onun olub. Priqojinin Mərkəzi Afrika Respublikasında, Sudanda və Suriyanın neft-qaz sektorunda avadanlıqların daşınması üzrə biznesi olmaqla yanaşı, şəxsi yaxtası, təyyarəsi, Qara dəniz sahilində malikanəsi və böyük nəqliyyat parkı da var.
Qeyd edək ki, Priqojinin adı 2016-cı ildə Sankt-Peterburqun 30 ən nüfuzlu adamı siyahısına daxil edilib.
“AzPolitika.info”
P.S. Müqayisə üçün bildirək ki, "Vətənə 27 il "SƏDAQƏTLƏ" xidmət etdiyini bildirən Ramiz Mehdiyev bu müddət ərzində Y.Priqojindən cəmi 5 milyard az sərvət toplaya bilmişdir.