İran Azərbaycana hücum etmək üçün ordusuna “hazır ol” əmri verib.
Axar.az Cebhe.info-ya istinadən xəbər verir ki, bu barədə Rusiya Araşdırmaları İnstitutu (RUSEN) X platformasındakı hesabında paylaşıb.
“İranın şimal-qərbindəki ordusu Azərbaycanın Zəngəzur dəhlizini açmaq üçün Ermənistanla toqquşmaya girəcəyi təqdirdə, əks-hücum əməliyyatına başlamaq üçün hazırlıq görür”, - paylaşımda bildirilib.
Qeyd edək ki, sözügedən iddia sosial şəbəkələrdə müzakirə predmetinə çevrilib.