Yaxın vaxtlarda Sabunçu rayon icra hakimiyyətinin başçısı postunda dəyişiklik gözlənilir.
Bu barədə DİA.AZ-a hökumətdəki mötəbər mənbə informasiya verib. Xəbəri verən qaynaq iddia edir ki, artıq qərar verilib.
Qeyd edək ki, hazırda Sabunçu RİH başçısı postunu Adil Vəliyev tutur. O, 2012-ci ildən bu zəvifəyə təyin olunub.
Bildirilir ki, neçə müddətdir Adil Vəliyevin gedişinə zəmin hazırlanırdı və son olaraq baş verənlər bu məsələdə təkanverici stimul rolunu oynayıb.
P.S. Adətən şahidi oluruq ki, hansısa məmur işdən çıxarılan günün səhəri onun taladığı əmlakların siyahısı KİV-də yayımlanır. Adil də nəinki son 11 ildə yığdığı əmlakların, hətta biznes dövründə əldə etdikləri də tam siyahılaşdırılıb. Əldə edilən milyardlıq əmlakların qorunmasının yeganə yolu deputat mandatı əldə etməkdən keçir.