Çeçenistan lideri Ramzan Kadırovun komaya düşdüyü xəbəri yayılıb.
İfadetv.com Unian-a istinadən xəbər verir ki, bu barədə Ukrayna kəşfiyyatı iddia ortaya atıb.
Ukraynanın Müdafiə Nazirliyinin Kəşfiyyat Direktorluğunun sözcüsü Andrey Yusov etdiyi açıqlamasında Çeçenistan lideri Ramzan Kadırovun komaya düşdüyünü və durumunun ağır olduğunu bildirib.
Yeri gəlmişkən, son vaxtlarda Ramzan Kadırovun sağlamlıq durumu ilə bağlı çoxsaylı xəbərlər və spekulasiyalar ortaya atılmışdı.
Onun son günlərdə xəstəxanaya aparıldığı və buna səbəb zəhərlənməsinin olduğu iddia edilirdi.
Kadırovun səhhəti ilə bağlı müxtəlif problemlərdən əziyyət çəkdiyi və çəki artırdığı bildirilirdi.
Xatırladaq ki, R.Kadırov Y.Priqonjinlə sıx dostluq münasibətində olub. Ona görə də onun qələmi "Sındırılmış" hesab olunur. Şəxsi həkimi Kadırovu zəhərlədiyinə görə o komaya düşməzdən əvvəl həkimini diri diri basdırıb cəzalandırmışdır.
İfadetv.com