“Mövcud olduğu 32 il ərzində heç kimin tanımadığı Qarabağdakı torpaqlarını nəhayət separatçı terrorçulardan təmizləmək istiqamətində Azərbaycanın fəaliyyəti Cənubi Qafqaz regionunda sülhün bərqərar olması və inkişafı üçün real şərait yaradacaq”.
Bu sözləri haqqin.az-a politoloq, jurnalist, yazıçı Sergey Verevkin Azərbaycan Silahlı Qüvvələrinin Qarabağ bölgəsində həyata keçirdiyi anti-terror tədbirlərini şərh edərkən deyib.
Politoloqun fikrincə, Azərbaycan Ermənistan-Azərbaycan münaqişəsinin 32 illik faciəli tarixini qapadır:
“Separatçılar Qarabağı ələ keçirərkən deyirdilər ki, bura onların “müqəddəs torpaqlarıdır”. Erməni xalqı hələ də reallıqla heç bir əlaqəsi olmayan bir növ illüziya aləmində yaşayırdı. Paşinyan faktiki olaraq Azərbaycanın antiterror tədbirlərinə yaşıl işıq yandıraraq bildirib ki, onun ordusu Qarabağda deyil və Ermənistan qoşunları Azərbaycan sərhədini keçməyəcək. Digər tərəfdən o, Rusiyanın prosesə qarışmasını və Azərbaycan ordusunu dayandırmasını tələb edib. Buna Rusiya Xarici İşlər Nazirliyi Mariya Zaxarovanın ağzından kinayə və istehza ilə cavab verdi: “Qulaq as, bizdən nə istəyirsən? Siz Qarabağı Azərbaycanın ərazisi kimi tanıyırsınız, ona görə də Rusiyadan Bakının daxili işlərinə qarışmasını tələb etməyin mənası yoxdur”.
Ekspert vurğulayır ki, Azərbaycan bütün Qarabağ ərazisi üzərində suverenliyini bərpa etdikdən sonra Qarabağ bölgəsində Rusiya sülhməramlı qüvvələrinin mövcudluğunun səbəbi aradan qalxacaq. “İndi Bakının Ermənistan tərəfindən yerinə yetirilməyən üçtərəfli müqavilədən çıxmağa tam haqqı var. Lakin Azərbaycan daha müdrik hərəkət etdi - o, Qarabağı separatçı terrorçulardan təmizləmək qərarına gəldi, çünki o zaman bölgədə sülhməramlıların qalmasının mənası olmayacaq”, - deyə o, bildirib.
Verevkin qeyd edir ki, Rusiyaya Ermənistanın cəlb olunduğu münaqişə lazımdır: “Çünki bu, onun Cənubi Qafqazda mövcudluğunu qorumağın yeganə yoludur. Amma heç bir münaqişə olmayacaq - Qarabağda nəinki iki minlik sülhməramlı kontingentin, hətta Rusiyanın Gümrüdəki hərbi bazasının qalmasının mənası olmayacaq. Beləliklə, Rusiya Cənubi Qafqaz regionunda mövcudluğuna nəhayət və həmişəlik son qoyacaq”.
Ekspert hesab edir ki, Rusiyanın regionda mövcudluğu Ermənistan-Azərbaycan münaqişəsindən asılıdır və bu, əslində onun yapışdığı saman çöpüdür.
Verevkin iddia edir ki, Moskva Ermənistana xüsusi təyinatlı dəstə yerləşdirib və İrəvanda çevriliş hazırlayır. Onun sözlərinə görə, meydandakı izdiham Ermənistanın Baş nazirini devirməyə qadir deyil, amma Rusiya xüsusi təyinatlıları bunu edə bilər:
“Ermənistanı sözdə hərarətlə dəstəkləyən İrana gəlincə, əslində o, öz maraqlarına uyğun praqmatik siyasət yürüdür.
Rusiyalı politoloqun fikrincə, Ermənistan dövlətçiliyinin gələcəyi dilemma qarşısındadır: “Büdcəsi 80% Rusiyadan asılıdır, silahları tamamilə ruslarındır, strateji müəssisələri Rusiya şirkətlərinin aktivlərindədir. Ola bilər ki, Paşinyanı devirmək cəhdi olsun. Amma onu Koçaryanla Sarqsyanın rəhbərliyi altındakı marjinal müxalifət yox, Rusiya xüsusi təyinatlıları hakimiyyətdən uzaqlaşdıra bilər”.
Verevkin iddia edir ki, Moskvanın Ermənistana xüsusi təyinatlı dəstəsi yerləşdirdiyi və İrəvanda dövlət çevrilişi hazırladığı barədə məlumatlar var. “Mitinqə çıxanlar iqtidarı devirmək iqtidarında deyil, ancaq Rusiya xüsusi təyinatlıları bunu edə bilər. Paşinyan baş verənləri görür və artıq yardım üçün ABŞ-a müraciət edib. İndi ABŞ-ın reaksiyasını gözləməliyik. Vaşinqton Rusiyaya Ermənistanın baş nazirini devirməyə icazə verəcəkmi”, - deyə rusiyalı politoloq sual edir.