Restoran müdirləri Müqayis Verdiyevi axtarır...
Atalar deyib ki, yalanla, o biri pis əməlin ömrü 40 gün çəkər. Amma nəzərə almalıyıq ki, indi sürət əsridir, gizlinlərin üstü tez açılır, fırıldaqçılar tez ifşa olunur...
Amma istənilən halda özünü iş adamı, biznesmen kimi cəmiyyətə sırımağı bacaran Müqayis Verdiyevin fırıldaqçı serialları xeyli uzandı. Yəni Müqayis Verdiyev illər öncə ifşa olunmalı və layiq olduğu cəzanı almalı idi. Amma atalar demişkən, gec olsun, güc olsun... Bəli, bu gün saytlarda Müqayis Verdiyevin əməlləri ilə bağlı maraqlı yazı dərc olunub. Müqayis Verdyev timsah kimi göz yaşları tökərək müxbiri inandırmağa çalışırmış ki, mən zərəçəkənəm, Sumqayıt şəhərindəki inşa etdiyim böyük layihələrin pulunu ala bilmirəm. Birincisi, Müqayis Verdiyevdən soruşan yoxdur ki, sən hansı böyük layihələrdən danışa bilərsən..?
Sənin ibtidai səviyyədə savadın yox, inşaatçı deyilsən, memar deyilsən, sən böyük layihələri necə inşa edə bilərsən...? Sən ən yaxşı halda kənddə toyuq hini, it damı tikə bilərsən...
Bu gün oxuduğumuz yazıdan bəlli olur ki, Müqayis Verdiyev müxbirlə danışanda “quş buraxa-buraxa” gedib dövlət qurumlarına, vəzifəli şəxslərə şər-böhtan atıb... Müqayis Verdiyev həbsxanada olarkən, özünün ayrıca kabineti, mobil telefonu, istirahət yeri və s olduğunu dönə-dönə vurğulayıb. Onun dedikləri Ədliyyə Nazirliyi, Penitensiar Xidmət rəhbərliyinə qara yaxmaqdır. Müqayis Verdiyev müxbirlə söhbətində bütün şər-böhtan yazılarının onun sifarişi ilə jurnalistlər tərəfindən yazıldığını da bildirir. Bunun özü artıq cinayət əməlidir.
Deməli, Müqayis Verdiyev pul verərək jurnalistlərə böhtan dolu yazılar yazdırır və bu yazılarla qarşı tərəfi təhdid edərək milyonlar tələb edir. Hətta jurnalistlərə deyir ki, nə qədər çox pul ala bilsəm, sizə mükafat verəcəm. Bu gün yayılan yazının sonunda ciddi eyham vurulur, ANONS edilir və daha nələr, nələr...olacağı barədə...
Beləcə Müqayisə deyirlər göstərdiyimiz hələ ucudur, səni daha nələr gözləyir... Redaksiyamıza daxil olan məlumata görə, Müqayis Verdiyevin aldadıb şər-böhtan yazıları yazdırdığı jurnalistlər pullarını ala bilmədikləri üçün yaxın zamanda bir araya gəlib onun barəsində Baş Prokurorluğa şikayət edəcəklər.
Hətta məlumata görə, Müqayis Verdiyev şər-böhtan yazdırdığı jurnalistləri bir yerə toplayıb dəfələrlə müxtəlif restoranlarda ( məsələn, SƏRİN...) qonaqlıq verib.
İndi məlum olub ki, həmin qonaqlıqlar nisyə imiş,.. Müqayis Verdiyev restoran sahiblərini də aldadıb ki, məmurlardan alacağım milyonlar var, alan kimi pulunuzu verəcəm... İndi həmin restoran müdirləri Müqayis Verdiyevi axtarırlar ki...hara qaçıb gizlənirsən, gəl pulunu ver...
Burada deyiblər e, gen qaz, dərin qaz....axırda özün düşəcəksən, ay Müqayis Verdiyev. Biz zamanında sənə çox dedik ki, bu iyrənc əməllərindən əl çək. Sən isə əksinə davam etdirdin. Nə qədər insana şər-böhtan atırsan. Artıq həmin günahlar başının üstündə dolaşır. Hazırlaş, gedirsən, Müqayis Verdiyev...Orada səni yaxşıca başa salacaqlar...