Yenə gündəliyi zəbt etmiş və indiki həssas dönəmdə ictimaiyyəti qıcıqlandıran məlumatlar yayımlanmışdır. Yenə də söhbət AAYDA ASC sədri olan cənab Saleh Məmmədovun Xaçmaz rayonunda sabiq icra başçısına məxsus olduğu bildirilən və dəyəri milyonlarla ölçülən ikinci möhtəşəm villanı satın alınmasından gedir. Bu da cəmiyyətimizin tərbiyəsinə birbaşa çox pis təsir edir. Sadə vətəndaşlar gündəlik çörəyini ala bilmir, AAYDA sədri isə tək bir rayonda iki möhtəşəm villaya sahib olur. Bəli, 2020-ci ilin yayında redaksiyamızın çəkiliş qrupu Nabranda olarkən qəfil avtomobilimiz xarab oldu. Elə bu anda yaxınlıqdakı üç mərtəbəli bir villanın 3 nəfər mühafizəçisi qaçaraq bizə yaxınlaşdılar və dərhal ərazini tərk etməyimizi tələb etdilər. Başa sala bilmədik ki, avtomobili düzəldək sonra ərazini tərk edək. Onlar avtomobili itələyərək uzaqlaşdırmaq istədikdə Daxili İşlər Nazirliyinə olayla bağlı zəng etdim. Məslə böyüdü. Və məlum oldu ki, avtomobilimizin xarab olduğu yolun yaxınlığındakı villa Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi ASC sədri cənab Saleh Məmmədova məxsus imiş. Sadəcə dəhşətə gəldim ki, “Yollar kralı” ildə 5 gün gəlib istirahət etdiyi villasının həndəvərindən niyə bizi kimi insanların hərəkətinə nəzarət qoyur. Elə o gündən sonra biz AAYDA ilə bağlı ciddi faktların araşdırmasına başladıq. Lakin ictimaiyyətə və hüquq –mühafizərqanlarına təqdim etdiyimiz irimiqyaslı korrupsiya faktlarına çox təəssüflər olsun ki, indiyədək reaksiya verilmir. Sanki, S.Məmmədov kimilr dövlət büdcəsindən necə gəldi istifadə etməli, israfçılığa yol verməli və nəticədə əldə etdiyi milyardla 24 yaşlı oğlunu Böyük Britaniyada böyük biznesmen etməli, özünə rayonlarda villalar almalı, xarici bank hesablarında depozitlərə sahib olmalıdır. Biz isə hesab edirik ki, yaşadığımız hüquqi dövlətdə belə özbaşnalıqlara yol verilməməlidir və bu adamdan Cavanşir Feyziyev kimi sahib olduğu milyonların mənbəyini təsdiq edən arayışlar sorulmalıdır. Ona görə biz bir d aha peşə borcumuzu yerinə yetirərək Azərbaycanın indiki korrupsiya tarixini yazırıq ki, heç olmasa gələcək nəsillərimiz bu faktlara qiymət versinlər.
Araşdırma 1. İFADETV.COM olaraq “ Bakı-Şamaxı və Şəki-Qax avtomobil yolunun tikintisinə ayrılan milyonlarla vəsaitin podratçı təşkilat olan “Polad Yol Yapı” şirkəti tərəfindən layihə-smeta sənədlərində şişirdilmiş rəqəmlərlə göstərilərək faktiki mənimsənilməsinin araşdırılması” barədə son iki ildə apardığımız araşdırmaların nəticəsi olaraq 7 may 2021-ci il tarixində dövlət bşçısına və aidiyyatı orqanlara müraciət edərək Azərbaycanda kreditlər hesabına yolların çəkilişi zamanı baş vermiş ciddi korrupasiya hüuqpozmalarının qarşısının alınması barədə müraciət etmişik. Xatırladaq ki, 2020-ci ilin iyun ayında da eyni mövzuilə bağlı Azərbaycan Avtomobil yolları Dövlət Agentliyinə ünvanladığımız müraciətə ASC-nin səlahiyyətlisi cənab Ə.Qasımovun imzası ilə formal cavab almışdıq. Cavabda bizə xatırlanır ki, “..2015-ci ildə 35 km uzunluğunda olan Şəki-Qax yolunun çəkilişi zamanı bütün tikinti norma və qaydalarına əməl edilmişdir”... Bəli, hətta 3-cü sinif şagirdinə də məlumdur ki, bu cavabla cənab Ə. Qasımov baş vermiş iri bir korrupsiya cinayətinin izini bir cavabla itirmək istəmişdir. Amma əlahəzrət fakt bu gündə yerində olmasaydı. Biz də bilirik ki, cənab Ə.Qasımovun başına at təpməyib ki, bizi yola vermək üçün belə bir cavaba imza atsın. Təbii ki, qaldırdığımız məsələ ADY ASC-nin indiki şefi olan Cavid Qurbanova əvvəlcə məruzə edilmişdir. Sonrakı sövdələşmələrdən isə bizim təbii ki, xəbərimiz yoxdur. Ona görə apardığımız araşırmanın mühüm dövlət və ictimai əhəmiyyət kəsb etməsini nəzrə alaraq prezident cənab İlham Əliyevdən bu gün Azərbaycan dövlət zəmanətilə təkcə AAYDA –ya 3.4 milyard manatın Dünya Bankı və digər donor təşkilatlardan alınıb verilmiş vəsaitin müqabilində son 15 ildə çəkilən yolların keyfiyyətini və kəmiyyət göstəricisi barədə məsələnin araşdırılmasına göstəriş verməsini zəruri hesab edirik. Dövlət başçısına ünvanladığımız “Cavid Qurbanov və ondan sonrakılar Azərbaycan dövlət büdcəsini necə 3.5 milyard dollar ziyana salıblar” başlıqlı aidiyyatı dövlət qurumlarının diqqətinə çatdırdığımız müraciətdə təfsilatı ilə faktı araşdıraraq ortalığa qoymuşduq ki, 2015-ci ildə istifadəyə verilmiş 35 km uzunbluğu olan Şəki-Qax yolunun 3-cü səthinin qatı vurulmadığına görə hazırda yolda çoxsaylı çatlar,çökmələr və İnçə kənd körpüsü üzərində hətta şuxurlar əmələ gəlmişdir. Yəni, tək bir epizod üzrə dövlətə 3.8 milyon manat ziyan dəymiş və bu pullar mənimsənilmişdir. Məslə barəsində dəflərlə yuxarı aidiyyatı orqanlara yazılı müraciətlər etsək də hüquq mühafizə orqanları, Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarət İdarəsi və Hesablama Palatası özlərini passiv tamaşaçı yerinə qoymuşlar. Və dövlətdən aldıqları əmək haqlarını da halal hesab etmişlər.
Digər əsas fakt ondan ibarətdir ki, «Bakı-Şamaxı avtomobil yolunda 9 yerüstü piyada keçidlərinin inşaası zamanı mənimsənilən 3 milyon manat dövlət vəsaitinin mənimsənilməsilə» bağlıdır. Və təəssüflər olsun ki, nə AAYDA ASC, nə də aidiyyatı dövlət orqanarı tərəfindən bu araşdırmamıza cavab verilməmişdir. Susmaq isə adətən razılıq əlaməti hesab olunur.
Bakı-Şamaxı avtomobil yolunda 9 yerüstü piyada keçidinin inşaası zamanı apardığımız araşdırmalar zamanı məlum olmuşdur ki, tək bir epizod üzrə dövlətin təxminən 3 milyon manat mənimsənilmişdir.
Rəsmi məlumatdan aydın olur ki, Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 27-100-cü km-lik hissəsində vətəndaşların avtomobil yolunu rahat və təhlükəsiz şəraitdə keçməsini təmin etmək məqsədi ilə AAYDA ASC tərəfindən 9 yerüstü piyada keçidi inşa edilmişdir.
Bu məlumatdan sonra AAYDA-nın İctimaiyyətlə əlaqələr şöbəsi bir daha bildirmişdir ki, işlər yüksək keyfiyyətlə və texnoloji ardıcıllığa riayət edilməklə aparılmışdır.
Yeni yerüstü piyada keçidlərindən biri yolun Qaradağ rayonu Müşviqabad qəsəbəsindən keçən hissəsində, digərləri isə Qobustan rayonunun ərazisində yerləşirlər.
Keçidlər yerləşir: 1. 27.3-cü km, Qaradağ rayonu Müşviqabad qəsəbəsi,
2. 56.7-ci km, Qobustan rayonu Cəngi kəndi,
3. 79.2-ci km, Qobustan rayonu Şıxzahırlı kəndi,
4. 86.1-ci km, Qobustan rayonu Arabu kəndi,
5. 91.7-ci km, Qobustan rayonu Nərimankənd kəndi,
6. 92.7-ci km, Qobustan rayonu,
7. 99-cu km, Qobustan rayonu,
8. 105-ci km, Qobustan rayonu Bədəlli kəndi.
Bütün piyada keçidləri 2 aşırımlı, üstü açıq və metal konstruksiyadan ibarətdir, yer səthindən hündürlükləri 5.5 metr, qalereyasının eni isə 3 metr təşkil edir, pilləkən hissə ilə bərabər uzunluqları 35.5-46.7 metr arası dəyişir.
Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 27-106-cı km-də yerləşən bütün piyada keçidinin inşası artıq yekunlaşaraq 2018-ci ildən vətəndaşların istifadəsinə verilib.
Piyada keçidlərinin inşası ilə bağlı görülən işlər tamamilə yekunlaşdıqdan sonra ətrafında abadlıq işlərinin aparılması, avtobus dayanacaqlarının qoyulması və sərnişin avtobuslarının ümumi hərəkətə maneə yaratmadan dayanacaqlara giriş-çıxışını təmin etmək üçün xüsusi “cib”li hissələrin yaradılması və zəruri yol nişanlarının quraşdırılması nəzərdə tutulub.
Qeyd edək ki, Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 1-ci texniki dərəcəyə uyğun olaraq 2 hərəkət zolağından 4 hərəkət zolağına genişləndirilən 23-101-ci km-lik hissəsində 9 yerüstü piyada keçidindən əlavə, 19 yeraltı keçidin də inşası aparılır.
Piyada keçidləri Azərbaycan Prezidenti İlham Əliyevin piyadaların avtomobil yollarını rahat və təhlükəsiz şəkildə keçməsini təmin etmək istiqamətində verdiyi tövsiyə və tapşırıqlarına əsasən inşa olunur.”
Bəli, rəsmi informasiyada hər şey öz qaydasında qeyd edilmişdir. Bəs görəsən, reallıqda bu 9 ədəd yerüstü piyada keçidləri dövlət büdcəsinə neçəyə başa gəlmiş və faktiki görülən işin keyfiyyəti necə olmuşdur?
Bu istiqamətdə apardığımız araşdırmalar zamanı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi ASC- tərəfindən heç bir dövlət satınalmaları keçirilmədən keçmiş deputatlardan birinin rəhbəri olduğu firmaya birbaşa sifariş verərək inşa etdirdiyi bu yerüstü keçidlər, əslində heç də Azərbaycan Prezidenti İlham Əliyevin piyadaların avtomobil yollarını rahat və təhlükəsiz şəkildə keçməsini təmin etmək istiqamətində verdiyi tövsiyə və tapşırıqlarına əsasən inşa olunmamışdır. Belə ki, Cəngi kəndi və və Qobustan rayon mərkəzi istisna olmaqla qalan inşa edilmiş 6 yerüstü keçid sadəcə rəmzi xarakter daşıyır desək, yəqin ki yanılmarıq. Bu keçidlərin yerləşdikləri yaxınlıqdakı kiçik kənd sakinlərindən soruşduqda ki, bu piyada keçidlərindən kənd sakinləri necə istifadə edir? Sualına elə sualla cavab verdilər ki, məgər kimsə bu keçiddən istifadə edib? Biz görməmişik. Axı Bakı-Şamaxı yolunda sürət həddi 110-dursa, bu halda yolda hansı avtomobil sıxlığı yarana bilər ki?, camaat da qalsın yolun o biri tərəfində. Yerli sakinlərin dediyinə görə son 4 ildə kimsənin bu keçiddən istifadə etməsini görməyiblər. Yəni, kimsə avtomobil olmayan yolda əziyyət çəkib bu pilləkənlərlə yuxarı qalxmayıb. Sakinlərlə apardığımız qısa söhbət zamanı məlum oldu ki, inşa edilən 9 yolüstü piyada keçidindən 7-dən ümumiyyətlə istifadə edilmir.
Qobustan rayonun Bədəlli keçidi
Bir piyada keçidinin inşaası dövlətə təxminən 4.700.000 manata başa gəlmişdir:
Adının hallanmasını istəməyən iş icraaçısının sözlərinə görə belə piyada keçidinin inşaası zamanı ayrılan vəsait hər bir keçid üçün yarım milyona yaxın olsa da, əslində vəsaitin yalnız üçdə bir hissəsi sərf edilmiş, qalan üşdə iki hissəsi isə mənimsənilmişdir. İstifadəyə verilmiş yerüstü piyada keçidlərinə yaxınlıqdan baxış keçirdiyimiz zaman isə 4 il əvvəl istifadəyə verilmiş keçidin dayaq və asqı, eləcə də körpü hissəsinin dəmir konstruksiyalarının hamısı paslanmış,karroziyaya uğramış, vurlmuş ağ rəngin üstündə sarı dəmir pasları əhatə etmişdir. Bu hal ən çox 106-cı km-də yerləşən Bədəlli kəndi yaxınlığındakı yerüstü piyada keçidində açıq-aydın görünür. Yəni, başa düşülür ki, keçidlərin dəmir konstruksiyalarının istifadəsində köhnə, yarasız, yer altından çıxarılıb metalloma təhvil verilmiş dəmir boru və hissələrdən istifadə edilmişdir. Yəni, tikintidə metalloma təhvil verilmiş detalların istifadəsindən sonra konstruksiyaların üzərinə vurulmuş 2-3 qat ağ dəmir rəngi belə bu karroziyanın öhdəsindən gələ bilməmişdir. Bir sözlə, gördüklərimizdən belə nəticəyə gəlirik ki, işlər heç də AAYDA rəsmisinin cəmiyyətə və dövlət başçısına verdiyi rəsmi raportda göstərildiyi kimi, “ yüksək keyfiyyətlə və texnoloji ardıcıllığa riayət edilməklə aparılmışdır.” Tam əksinə, işlər çox keyfiyyətsiz, heç bir texnoloji ardıcıllığa riayət edilmədən, kustar üsullarla aparılan quraşdırma işləri nəticəsində “yola verilmiş”dir. Yəni, inşa zamanı heç bir yeni detal, konstruksiya və dəmir borulardan istifadə edilməmişdir. Ona görə də, belə keyfiyyətsiz inşa edilmiş yerüstü keçidlərin ömrü az olmaqla yanaşı, insan həyatı üçün də təhlükəli hesab edilməlidir.
Apardığımız araşdırmalardan belə ümumi nəticəyə gəlirik ki, Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 27-109-cü km-lik hissəsində vətəndaşların avtomobil yolunu rahat və təhlükəsiz şəraitdə keçməsini təmin etmək məqsədi ilə AAYDA ASC tərəfindən inşa etdirdiyi 9 yerüstü piyada keçidi istifadə üçün yayarsızdır və yenidən keyfiyyətli materiallarla təchz olunaraq texnoloji qaydalar və standartlar gözlənilməklə yenidən inşa olunmalıdır. İnşaat ekspertləri asanlıqla belə keyfiyyətsiz inşa edilmiş yeüstü piyada keçidlərinin hər birinə reallıqda nə qədər vəsait sərf edildiyini də dəqiqliklə hesablayıb hüquq-mühafizə orqanarına təqdim edə bilərlər. Təxmini hesablamalarımıza görə hər bir keçid üçün dövlət büdcəsindən 470000 manat pul ayrılsa da, reallıqda bu vəsaitin max 150000 manatı belə 30 tonluq piyada keçidlərinə sərf edilmişdir. Yəni, burada ciddi korrupsiya hüquqpozmaları olmuşdur. Nəticədə, dövlətə 3 milyon manat maddi zərər dəymişdir.( mənimsənilmişdir)
Xatırlatmaq yerinə düşərdi ki, dostumuz, 2009-cu ilədək Tbilisi şəhər Merliyində uzun müddət memar vəzifəsində işləmiş Tenqiz Salakaya ilə müsahibə aldığımız zamanı bildirmişdir ki, Tbilisi şəhərini ikiyə bölən və Kür çayının sağ və sol sahillərinə paralel salınmış prospektlərin üzərində də 6 dayaqdan ibarət çoxsaylı yerüstü dəmir konstruksiyalı yerüstü keçidlər mövcuddur. Bu keçidlər vaxtilə 80000 lariyə ( kursa görə 50000 manata) tikilib istifadəyə verilmişdir. Müqayisə etməyə dəyər.
Araşdırmaçı media olaraq hesab edirik ki, dövlət başçısının və ictimaiyyətin aldadılması ilə müşayət olunan, tikinti işləri zamanı külli-miqdarda dövlət vəsaitini mənimsəmiş sifarişçi və icraçı təşkilat rəhbərliyinin fəaliyyətinə hüquqi qiymət verilməli, yarasız piyada keçidləri sökülərək yenidən inşa edilməlidir.
BƏS, ASFALT YOLLARI İNŞAAT NORMALARINA UYĞUN NECƏ ÇƏKMƏLİ?
Bu suala da “Asfalt yolun çəkilişini Paşinyandan öyrənin!” başlıqlı 11 iyul 2021-ci il tarixli sayımızda təqdim etdiyimiz növbəti araşdırmamışda cavablandırmışıq. Araşdırma yazısını bird aha xatırlamamız yerinə düşər.
http://ifadetv.com/2726-asfalt-yolun-ceklsn-pasnyandan-oyrenn-cenab-bas-yol-cekenlermz.html
Azərbaycan Respublikasının Yuxarı Qarabağ ərazisinin rəsmən sülhməramlı missiyalı Rusiya hərbi kontingentinin nəzarətində qalan hissəsindəki separatçı-terrorçu rejim tör-töküntülərinin başçısı Araik Arutyunyan Xankəndindən Ağdərəyə gedən yolun təmir edilib asfaltlanması haqda göstəriş verib.
Moderator.az xəbər verir ki, bu barədə erməni mediasına separatçı rejimin qanunsuz “şəhərsalma nazirliyi”nin mətbuat katibi Marta Danielyan məlumat çatdırıb.
Onun sözlərinə görə, layihələndirmə işləri iyunda başlanıb, indi isə yolun 27 km-lik hissəsinin tikintisinə və asfaltlanmasına start verilib.
Qeyd edək ki, ermənilər 1993-cü ilin yayından 2020-ci ilin noyabrın 20-dək Ağdərəyə getmək üçün əsasən Ağdam şəhərindən və həmin rayonun Sırxavənd kəndindən keçən yoldan istifadə ediblər. Odur ki, indi Xocalı, Ağdam və Tərtər rayonu ərazilərindən keçən Xankəndi-Ballıca-Almalı-Ulubaba-Sırxavənd-Canyataq-Ağdərə yolundan istifadə etməyə məcburdurlar. Hazırda Ağdamın Sırxavənd, Tərtərin Canyataq və s. kəndləri Rusiya hərbçilərinin nəzarətində qaldığından, yəqin ki, söhbət Sırxavənd kəndinədək olan yolun bərpasından gedir. Görünür, ermənilər rus sülhməramlılarının Dağlıq Qarabağda əbədi qalacağına zəmanət aldıqdan sonra bu layihənin həyata keçirilməsinə start veriblər. Yoxsa ki, müharibədən uduzub çıxan, iqtisadiyyatı dağılan Ermənistana nə gəlmişdi ki, belə arxayınçılıqla Qarabağda yol çəkilişinə başlayıblar. Amma ermənilər unutmasınlar ki, Paşinyanın Kəlbəcərə çəkdiyi yüksək keyfiyyətli yolu da bu regionun Ermənistana əbədi verilməsi və şimal qonşularının söz verdiyi əbədi təminatından sonra, 2019-cu ildə çəkilmişdi. Və maraqlı burasıdır ki, bizim tankçıların verdikləri məlumatlarda xüsusi qeyd edilir ki, 60 və 80 tonluq tanklarımız Paşinyanın asfaltının üzərindən necə gəldi hərəkət etmələrinə baxmayaraq Kəlbəcər yolunda bir kiçik hissə də hər hənsı deformasiya etmir. Görünür, ermənilər Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin ölkə daxilində gördüyü keyfiyyətsiz işlərdən fərqli olaraq AAYDA-nın erməni həmkarları heç bir oğurluğa, talançılığa, israfçılığa yol vermədən daha yüksək keyfiyyətlə asfalt yolları dünya standartlarına uyğun inşa edirlər. Heyf ki, Paşinyanın Cəbrayıla yol çəkməsi planı müharibənin başlanması nəticəsində "suya düşdü". Yoxsa ki, biz bu yoldan rahatlıqla istifadə edərək Şuşaya ən azı 100 il elə bir təmirə ehtiyaı olmadan gedib gələ bilərdik.
Burada xatırlatmaq yerinə düşərdi ki, Azərbayacan yol çəkilişinin keyfiyyətinə görə Dünya dövlətləri arasında 27 -ci yerdə qərarlaşırsa, Ermənistan bizdən xeyli aşağıda yer tutmasına baxmayaraq ölkəmizdə çəkilən yolların ömrü 3-4 ildən artıq olmur. Kənd və qəsəbə yollarının isə demək olar ki, hamısı 1 qar asfaltdan, ən yaxşı halda isə, bəzi yerlərdə 2 qat asfaltdan ibarət olur. Hətta magistral yollarda belə 3 qat asfalt əvəzinə, oğurluq nəticəsində 2 qat asfalt vurmaqla rəsmi açılış mərasimlərində dövlət başçısının gözünün içinə baxa baxa utanmadan yalan məlumatlar verirlər Sanki belə də olmalı imiş. Bundan artıq rəzillik ola bilərmi? Əsla! Məsələn, Bakı-Ələt , Bərdə-Yevlax, Şəki-Qax, Bakı-Şamaxı yollarında hazırda baş verən və verməkdə davam edən deformasiyalar, çökmələr, çatlar, çuxurlar bunu deməyə əsas verir ki, yol çəkməyi Paşinyandan öyrənmək lazımdır. Baxmayaraq ki, biz bu magistral yollarda baş verən və verməkdə davam edən irihəcmli korrupsiya faktları barəsində dəfələrlə araşdırma yazılarını oxucularımıza və hüquq-mühafizə orqanlarımıza təqdim etmişik. Doğrudur, Azərbaycanda yolların keyfiyyətsiz olmasının digər səbəblərindən biri də AAYDA Aparatında ixtisasça peşəkar yol işçilərinin barmaqla sayılası qədər həddən artıq az olmasıdır ki, qeyri-ixtisas sahiblərindən də bundan artıq nəsə gözləməyə dəyməz. Ona görə də nəticədə Azərbaycanda ən çox kredit borcu olan dövlət idarələrindən ən birincisi AAYDA hesab olunur. Dünya Bankı və Asiya İnkişaf Bankının yollarımızın layihələndirilməsi üçün çox səxavətlə ayırdığı və dövlətin öhdəsində qalan kredit borcunun həcmi hazırda 3.5 mild. dollara yaxındır. Belə olan halda digər ziyanla işləyən və İnvestiyiya Holdinqin tərkibinə daxil olan dövlət idarə və müəssisələri kimi niyə AAYDA bu qurumun tərkibinə daxil edilmir? Gözləyirik ki, az qala Ermənistanın illik dövlət büdcəsi qədər Azərbaycanı borca salan AAYDA kimi bir ASC-nin qeyri-şəfaffaf fəaliyyəti davam etsin və bu rəqəm posmüharibə dövründə 10 mlrd.-a çatsın? Bizcə artıq yetər. İnanırıq ki, prezident cənab İlham Əliyevin tapşırığı əsasında AAYDA-nın son 10 illik maliyyə fəaliyyətinin yoxlanmasına və bu dövlət strukturunun həyata keçirdiyi layihələrin hamısına müstəqil ekspert lər səviyyəsində rəylər veriləcəkdir. Çünki beynlxalq kreditor təşkilatlara qalsa, onların vecinə də deyil ki, Azərbaycanda yolların çəkilişi son dərəcə keyfiyyətsiz icra edilir. Onlar maraqlıdır ki, necə istəyir olsun, dövlətimizin neftdən-qazdan gələn gəliri hesabına verdikləri kreditlər tamam ödəniləcək.
P. S. Təkcə AAYDA ilə bağlı apardığımız 3 araşdırmalardan da göründüyü kimi dövlətə milyonlarla zərər dəymişdir, lakin rəsmən yazıdığımıza və ictimailəşdirdiyimizə baxmayaraq konkret olaraq aidiyyatı dövlət qurumları tədbir görmək istəmirlər. Və biz də bu qənaətə gəlirik ki, cənab Saleh Məmmədovun təkcə Nabranda satın aldığı və dəyəri 10 milyondan çox olan villalarının maliyyə mənbəyi hardanadır. Sonda bu nəticəyə gəlirik ki, bir media olaraq bizim faktlara əsaslanan araşdırmalarımız hörmətli Saleh müəllimin və onunla rəsmi müqavilələr bağlamış icraçı təşklat rəhbərlərinin xoşuna gəlməyə bilər, amma əlahəzrət fakt faktlığında qalır. Və KİV-də yazılan hər bir ciddi korrupsiya faktının araşdırılması hüquq mühafizə orqanlarımızın əhvali-ruhiyyəsindən asılı olmayaraq araşdırılmalı və öz hüquqi qiymətini almalıdır.
İFADETV.COM-un araşdırma qrupu